Xəbər lentiwidget-title-icon

QS reytinqləri, universitetlərimiz və quru rəqəmlər
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
Qabiliyyət imtahanlarına elektron qeydiyyat başlayır
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb

Azərbaycanın Xalq rəssamı İtaliyanın ali mükafatına layiq görülüb

Azərbaycanın Xalq rəssamı İtaliyanın ali mükafatına layiq görülüb

Azərbaycanın Xalq rəssamı, məşhur heykəltaraş Natiq Əliyev İtaliyanın məşhur “Della Stella D’İtalia” Ordeni və diplomu ilə təltif olunub.

tehsilmedia.info xəbər verir ki, İtaliyanın Azərbaycandakı səfirliyində ordenin sənətkara təqdimatı mərasimi keçirilib.

“Natiq Əliyev öz əsərləri ilə dünya heykəltaraşlıq sənətinə töhfələr verib. O, yaradıcılığında İtaliya heykəltaraşlıq məktəbinin ənənələrindən daim istifadə edib və bununla bizim üçün dəyərlidir”, - deyə İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri bildirib.

İtaliya incəsənət nümunələrindən ilhamlandığını bildirən N.Əliyev hazırda da italyan heykəltaraşları ilə birgə layihələr üzərində çalışdığını deyib.

“Hazırda İtaliyadan olan həmkarımla Verona şəhərinin mərkəzi meydanlarından birində qoyulacaq abidə kompleksi üzərində çalışırıq. Kompleksə Şekspir və Nizaminin heykəlləri daxil olacaq. Hər iki sənətkarın yaradıcılığının mərkəzində olan sevgi abidənin əsas ideya mərkəzini təşkil edəcək. Şekspirin heykəlini İtaliya heykəltaraşı, Nizaminin abidəsini isə mən hazırlayacağam”, - deyə N.Əliyev bildirib.

N.Əliyevin sözlərinə görə, artıq heykəlin eskizi hazırdır. Onun Veronada qoyulacağı yerlə bağlı şəhər merinin qərarı da var.

Bundan başqa heykəltaraş Aşıq Ələsgər və Çingiz Aytmatovun da heykəlləri üzərində çalışır.

“Aşıq Ələsgərin heykəli artıq hazırdır. A.Bakıxanov və Rəşid Behbudov prospektlərinin kəsişməsində qoyulacaq. Çingiz Aytmatovun heykəli üçün isə Azadlıq prospektinin Mərkəzi Seçki Komissiyasına yaxın hissəsində yer ayrılıb”, - deyə heykəltaraş bildirib.

Hər iki heykəl bürüncdən düzəldilib.

1947-ci ilin yanvarında təsis edilən “İtaliya Həmrəylik Ulduzu” Ordeni (“Ordine della Stella della Solidarietà Italiana”) İtaliya Respublikasının ali dövlət mükafatıdır.

Orden xaricdə yaşayan İtaliya vətəndaşlarına və əcnəbilərə İtaliya ilə digər ölkələr arasında dostluq münasibətlərinin və əlaqələrin inkişafında xüsusi xidmətlərinə, habelə İtaliya ilə əlaqələrin inkişafına görə təltif edilib.

Mükafat Sərəncam Şurası ilə danışıqlardan sonra xarici işlər nazirinin təklifi əsasında İtaliya prezidenti tərəfindən verilir. Sərəncam Şurası xarici işlər nazirinin sədrliyi ilə dörd nəfərdən ibarət olur.

Oxşar xəbərlər

Bütün xəbərlər