Xəbər lentiwidget-title-icon

Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA

Məlumat verdiyimiz kimi, müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır. Bu, “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

İngilis dili müəllimi Səbinə Babayeva Redaktor.az-a açıqlamasında bildirdi ki, müasir Azərbaycan təhsil sistemində əksəriyyəti qadın müəllimlər təşkil etdiyinə görə geyim məsələsi həmişə ön plana çəkilir:

“Həm də Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olması bu mövzunun aktuallığını qoruyub saxlayır. Belə ki, müəllim istər qadın, istərsə də kişi olsun, hər hansı rəsmi dress-kodun olub-olmamasından asılı olmayaraq, geyiminə xüsusi diqqət yetirməlidir. Mənim fikrimcə, geyimdə əsas meyar nə rəng, nə də dəb olmalıdır. Əsas məsələ geyimin əxlaq və etik normalara uyğun olmasıdır. Əxlaq normaları dedikdə isə yalnız bədənin örtülməsi nəzərdə tutulmur. Geyim bədən quruluşunu qabarıq şəkildə nümayiş etdirməməli, insanın diqqətini müəllimin şəxsiyyətindən və peşə fəaliyyətindən yayındırmamalıdır. Müəllimin geyimi onun ciddiyyətini, nüfuzunu və peşəkarlığını tamamlamalıdır. Şagirdlər müəllimin danışığından, davranışından olduğu kimi, xarici görünüşündən də təsirlənirlər. Buna görə də müəllim geyimində sadəlik, səliqə və təvazökarlıq ön planda olmalıdır. Həddindən artıq dar, qısa, şəffaf və ya diqqətçəkən geyimlər təhsil müəssisəsinə uyğun hesab edilə bilməz. Yəni müəllimin geyimi onun şəxsi azadlığını məhdudlaşdırmaq yox, peşəsinin nüfuzunu qorumaq məqsədi daşımalıdır. Müəllim cəmiyyət üçün nümunədir və onun görünüşü də bu nümunəyə uyğun olmalıdır”.

Müsahibimiz müəllimlərin tamamilə eyni və monoton geyinməsinin tərəfdarı deyil:

“Fərdi zövqü əks etdirən, lakin peşəkar çərçivədən kənara çıxmayan geyim seçimi həm müəllimin özünü rahat hiss etməsinə, həm də məktəb mühitinin daha estetik görünməsinə kömək edə bilər. Lakin bu sərbəstlik heç vaxt qeyri-etik və ya təhsil mühitində diqqəti yayındıra biləcək görünüşə çevrilməməlidir. Bildiyimiz kimi, şagirdlər həyatlarının təxminən 12 ilini məktəbdə keçirirlər. Bu müddət ərzində onların yalnız akademik bilikləri deyil, həm də dünyagörüşü, yaradıcılıq qabiliyyəti və estetik zövqü formalaşır. Mən hesab edirəm ki, müəllimlərin hamısının eyni formada geyinməsi məktəb mühitində müəyyən monotonluq yarada bilər. Hər gün eyni üslubda və eyni görünüşdə olan geyimlərlə qarşılaşmaq zamanla şagirdlərdə marağın və motivasiyanın azalmasına səbəb ola bilər. İnsan beyni vizual müxtəlifliyə və yeniliyə müəyyən dərəcədə ehtiyac duyur. Fərqli rənglər, üslublar və görünüşlər ətraf mühitin daha canlı qavranılmasına kömək edir. Bu baxımdan, müəllimlərin fərdi zövqü çərçivəsində, lakin etik və peşəkar normalara uyğun geyinməsi məktəb mühitini daha dinamik və rəngarəng edə bilər”.

Həmsöhbətimizin fikrincə, məsələnin psixoloji tərəfi də mövcuddur:

“Psixoloqların da qeyd etdiyi kimi, mühitdəki müəyyən dəyişikliklər və müxtəliflik insanın diqqətinin və marağının qorunmasına müsbət təsir göstərə bilər. Tamamilə vahid və dəyişməz görünüş isə bəzi hallarda monotonluq hissini gücləndirə bilər. Bu səbəbdən düşünürəm ki, müəllimlər üçün sərt və tam vahid geyim tətbiq etməkdənsə, ümumi etik və peşəkar çərçivələrin müəyyənləşdirilməsi daha məqsədəuyğundur. Belə yanaşma həm müəllimin fərdiliyini qoruyar, həm də məktəb mühitinin həddindən artıq monotonlaşmasının qarşısını ala bilər. İkinci əsas məsələ, son illərdə müəllim peşəsinin cəmiyyətdəki nüfuzu ilə bağlı müxtəlif fikirlərin səsləndirilməsidir. Mən hesab edirəm ki, müəllimlərin vahid formaya keçməsi bəzi mənfi nəticələr də yarada bilər. Belə ki, vahid forma müəllimlərin ictimai yerlərdə, məişətdə və nəqliyyatda asanlıqla tanınmasına səbəb olacaq.

Bu isə bəzi hallarda müəllimlərin xoşagəlməz münasibətlərlə qarşılaşmasına şərait yarada bilər. Məsələn, cəmiyyətdə müəllim peşəsinə qarşı mənfi münasibət bəsləyən şəxslər onların ünvanına iradlar səsləndirə, aqressiv davranış nümayiş etdirə və ya müxtəlif narazılıqlarını müəllimlərin üzərində ifadə etməyə çalışa bilərlər. Xüsusilə ictimai nəqliyyatda və insanların sıx olduğu məkanlarda belə halların baş verməsi ehtimalı istisna deyil. Düşünürəm ki, vahid forma müəllimin nüfuzunu artırmaq əvəzinə, bəzi hallarda onu əlavə təzyiq və narahatlıqlarla üz-üzə qoya bilər. Müəllimin cəmiyyətdəki hörmətini yüksəltmək üçün ilk növbədə onun sosial statusunun, əmək şəraitinin və peşəsinə olan ictimai münasibətin yaxşılaşdırılması daha vacibdir. Nüfuz geyimlə deyil, müəllimin əməyinə verilən dəyərlə və cəmiyyətin ona göstərdiyi hörmətlə formalaşır. Geyinə desəniz, geyinəcəyik. Tabe olmaq loyallığın tələbidir. Amma qeyd etdiyim psixoloji tərəf də mütəxəssislər tərəfindən gözardı edilə bilməz”.

Oxşar xəbərlər

Bütün xəbərlər