Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir

2026-2027-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universiteti (BMU) və Çinin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) birgə təsis etdiyi PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir. Bu mühüm hadisə Azərbaycanda beynəlxalq mühəndislik təhsilinin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur.

AzEdu.az xəbər verir ki, PKTU-BMU Mühəndislik fakültəsi dünya səviyyəli mühəndis hazırlığını, innovativ tədris yanaşmalarını və qlobal akademik əməkdaşlığı özündə birləşdirən müasir təhsil modeli təqdim edir. Fakültənin əsas məqsədi sürətlə dəyişən texnologiya dünyasının tələblərinə cavab verən, beynəlxalq rəqabət mühitində uğur qazana biləcək yüksək ixtisaslı mühəndislər yetişdirməkdir.

2026-2027-ci tədris ili üzrə qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:

· Kompüter elmləri

· Kimya

· Biotexnologiya

· Mexanika mühəndisliyi

PKTU-BMU Mühəndislik fakültəsinin ən mühüm üstünlüyü onun sadəcə ikili diplom proqramı deyil, BMU və PKTU tərəfindən birgə təsis edilmiş ilk beynəlxalq akademik fakültə olmasıdır. Tədris prosesi hər iki universitetin ortaq akademik idarəetmə prinsipləri və beynəlxalq keyfiyyət standartları əsasında təşkil olunur ki, bu da tələbələrə dünya səviyyəsində tanınan müasir təhsil mühiti təqdim edir.

Fakültədə tətbiq olunan 3+1 təhsil modeli çərçivəsində tələbələr təhsillərinin ilk 3 ilini BMU-da, son ilini isə PKTU-da davam etdirirlər. Bu müddətdə onlar beynəlxalq akademik mühitdə təhsil almaq, qabaqcıl laboratoriyalarda çalışmaq, elmi-tədqiqat layihələrinə qoşulmaq və qlobal sənaye təcrübəsi qazanmaq imkanı əldə edirlər. Yüksək akademik göstərici nümayiş etdirən tələbələr üçün PKTU-da təqaüdlə təhsil imkanları da nəzərdə tutulur. Tədris proqramını uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim ediləcək.

Süni intellekt, rəqəmsal transformasiya, yaşıl texnologiyalar və yeni sənaye çağırışlarına uyğun hazırlanmış müasir tədris proqramları, innovativ

laboratoriyalar, elmi-tədqiqat fəaliyyəti və beynəlxalq akademik mübadilə imkanları tələbələrə gələcəyin peşələrinə hazırlaşmaq və qlobal əmək bazarında rəqabət üstünlüyü qazanmaq üçün zəruri bilik və bacarıqlar qazandırır.

2026-cı ildə bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmiş abituriyentlər ixtisas seçimi (kodlaşdırma) mərhələsində PKTU–BMU Mühəndislik fakültəsinin müvafiq ixtisaslarını seçərək dünya səviyyəli mühəndislik təhsili, beynəlxalq akademik təcrübə və qlobal karyera imkanları təqdim edən bu unikal təhsil modelinin ilk tələbələri sırasında yer ala bilərlər.

Oxşar xəbərlər

Bütün xəbərlər