Xəbər lentiwidget-title-icon

Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı
“Sağlam məktəbli” layihəsi yeni tədris ilində də davam edir
Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."
Kolleclərə qəbulda əlavə şans: Boş plan yerləri elan edildi
Almaniya nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub
Peşə tanınması üzrə imtahanda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqini genişləndirir
Məktəbli formasında yeni qaydalar: sosial status, etnik və dini mənşə fərq yaratmamalıdır

Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”

Yasamal rayonunda yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin valideynləri dərs yükü, uzun dərs saatları və məktəbdəki sanitar şəraitlə bağlı narazılıqlarını bildiriblər.

Tehsilmedia.com xəbər verir ki, “Real Azərbaycan”a müraciət edən valideynlərin sözlərinə görə, bəzi siniflərdə şagirdlər gün ərzində uzun müddət məktəbdə qalırlar və bu vəziyyət uşaqların həm fiziki, həm də psixoloji yorğunluğuna səbəb olur.

Xüsusilə məktəbin 7Z sinfində təhsil alan şagirdlərdən birinin valideyni bildirib ki, dərslər səhər saat 08:00-da başlayır və 16:00-da başa çatır.

Valideyn deyir ki, uşaqların məktəbə vaxtında çatması üçün səhər çox erkən yuxudan qalxması lazım gəlir:

“Biz təhsilin əleyhinə deyilik. Əksinə, övladlarımızın yaxşı təhsil almasını istəyirik. Amma uşaq səhər saat 05:00-da yuxudan qalxır. Yolun tıxacını nəzərə alaraq səhər yeməyini yeyib hazırlaşır və saat 06:00-da evdən çıxır ki, dərsə vaxtında çatsın. Dərs saat 16:00-da bitir. Bundan sonra isə uşağın 3-4 saat müəllim yanında hazırlığı olur. Evə axşam saat 20:00-21:00 radələrində çatır. Uşaq yatana qədər gecə olur”.

Valideynlərin sözlərinə görə, məktəbdə sanitar qovşaqların vəziyyəti də narazılıq doğurur. Onlar sanitar qovşaqların vəziyyətini “dözülməz” kimi qiymətləndirir və bildirirlər ki, bəzi uşaqlar bu səbəbdən ehtiyaclarını ödəmək üçün məktəbdən kənardakı obyektlərdən istifadə etməyə, hətta bəzən taksi ilə evə getməyə məcbur qalırlar.

Valideynlər həmçinin dərs yükünün uşaqlar üçün həddindən artıq olduğunu düşünürlər. Onların sözlərinə görə, ingilis dili, alman dili və digər xarici dillərlə yanaşı, çoxsaylı fənlərin tədrisi uşaqların üzərinə ciddi yük qoyur.

“Uşaqlar artıq əsəbi olurlar, psixoloji vəziyyətləri yaxşı deyil. 12-13 yaşlı uşaq səhər tezdən axşama qədər dərs oxuyub, daha sonra hazırlığa gedirsə, onun istirahətinə və normal yuxusuna nə vaxt qalır?” – deyə valideynlər sual edirlər.

Valideynlər hesab edirlər ki, təhsilin keyfiyyəti ilə yanaşı, şagirdlərin fiziki və psixoloji rahatlığı, istirahəti və normal inkişafı da nəzərə alınmalıdır.

“Uşaqlar robot deyil ki, səhər tezdən axşama qədər fasiləsiz dərs və hazırlıqla məşğul olsunlar. Biz təhsilin əleyhinə deyilik. Sadəcə olaraq uşaqlarımızın sağlamlığının da nəzərə alınmasını istəyirik”, – deyə valideynlər bildiriblər.

Valideynlər Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edərək məktəbdə dərs cədvəlinin, şagirdlərin gündəlik dərs yükünün və sanitar qovşaqların vəziyyətinin araşdırılmasını xahiş ediblər. Onlar dərs saatlarının müəyyən edilmiş normativ tələblərə uyğun olub-olmamasının yoxlanılmasını və qeyd etdikləri problemlərlə bağlı müvafiq tədbirlərin görülməsini istəyirlər.

“Real Azərbaycan” olaraq məsələnin digər tərəfinin – 18 nömrəli tam orta məktəb rəhbərliyinin və Elm və Təhsil Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər

Bütün xəbərlər