Xəbər lentiwidget-title-icon

98 saylı bağça ilə bağlı iddialar araşdırılır – BŞTİ
PKTU-BMU Mühəndislik fakültəsinə qəbul planı 100 faiz dolub
Azərbaycanda məktəblərdə kompüterlərin sayı 30 %-ə yaxın artıb
Linza taxan uşaqlar bunları qətiyyən etməməlidir – Həkimdən xəbərdarlıq
Qarabağ Universiteti direktor vakansiyası ELAN EDİR
Tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir - Vüqar Bayramov
Daha 24 məktəbdə inklüziv təhsil təşkil olunacaq – MÜTDA
Qarabağ Universitetinin tələbələri bu universitetin də diplomunu alacaq - AÇIQLAMA
Repetitor, yoxsa məktəb? — Ekspert təhsildəki aktual problemi açıqladı
Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır?
Rusiyada tədrisin ilk günündə məktəbdə insident: Yaralananlar var
Müəllim olmaq istəyənlərə DİQQƏT - Magistr təhsili tələbə oluna bilər?
Bu ixtisas üzrə Azərbaycanda ilk dəfə tədris proqramı hazırlanıb
Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" - ŞİKAYƏT
TOEFL iBT imtahanı keçiriləcək
5 peşə sahəsi üzrə mütəxəssislərin bilikləri qiymətləndirilib
Azərbaycan dili və ədəbiyyatı müəllimliyinin keçid balı ən çox bu universitetdə ARTIB
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb
Bakı Dövlət Universiteti 107 yaşını qeyd edir
BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır
Universitetlərə SƏRT ÇAĞIRIŞ - “Praktika yoxdursa, ixtisas da olmasın”
Sertifikatlaşdırmada ilk dəfə iştirak edən müəllimlərin müsahibə tarixləri məlum oldu
Təkrar sertifikatlaşdırılan müəllimlərin müsahibələri elektron mərkəzlərdə keçiriləcək

Məktəbdə valideynə “stop” qoyulmalıdır? - Təhlükəsizlik qaydaları yenidən GÜNDƏMDƏ



Ötən günlərdə Türkiyənin Milli Təhsil Nazirliyi yeni tədris ilində görüləcək işlər və tədbirlərlə bağlı bütün vilayətlərə təlimat göndərib. Nəticədə Türkiyədə valideynlərin məktəbə icazəsiz daxil ola bilməyəcəkləri ilə bağlı məlumat verilib.

Bu baxımdan maraqlıdır ki, son dövrlərdə baş verənləri nəzərə alaraq, ölkəmizdə də bu kimi qaydalara ehtiyac varmı? Və məktəblərə daxil olmaq qaydaları necə olmalıdır? Həmçinin hazırda valideyinlər və məktəb rəhbərliyi buna necə əməl edir?

Tehsilmedia.com bildirir ki, Azedu.az-a mövzu ilə bağlı açıqlama verən "İlin gənc müəllimi" Azərbaycan dili və ədəbiyyatı müəllimi, Xəzri Murdav qeyd edib ki, məqsəd valideyni məktəbdən uzaqlaşdırmaq deyil, məktəbdə təhlükəsiz və nizamlı mühit yaratmaqdır:

“Mən hesab edirəm ki, məktəb valideyn üçün qapılarını tamamilə bağlayan bir müəssisə olmamalıdır. Əksinə, valideyn məktəbin ən mühüm tərəfdaşlarından biridir. Çünki söhbət onun böyütdüyü, gələcəyinə sərmayə qoyduğu övladından gedir. Valideynin övladının təhsili ilə maraqlanması, müəllimlə görüşməsi, onun dərslərdəki vəziyyətini öyrənməsi və müəyyən problemləri birlikdə həll etməyə çalışması tamamilə təbii və vacibdir. Amma burada çox mühüm bir sərhəd var: məktəb valideyn üçün açıq olmalıdır, lakin nəzarətsiz olmamalıdır.

Türkiyənin 2026–2027-ci tədris ili ilə bağlı yayımladığı son ümumi sərəncamda da bu məsələyə xüsusi diqqət yetirilib. Sərəncama əsasən, valideyn görüşlərinin “Məktəb Randevu Sistemi” üzərindən planlaşdırılması, randevusuz valideynlərin məktəbə girişinə və şagirdin valideyni və ya qanuni nümayəndəsi olmayan şəxslərin məktəbə daxil olmasına icazə verilməməsi nəzərdə tutulur. Məqsəd valideyni məktəbdən uzaqlaşdırmaq deyil, məktəbdə təhlükəsiz və nizamlı mühit yaratmaqdır.

Məncə, Azərbaycanda da bu məsələyə daha sistemli yanaşmaq olar. Amma bunu “valideyn məktəbə girməsin” kimi qəbul etmək düzgün deyil. Daha doğru yanaşma belədir: valideyn məktəbə daxil ola bilər, amma əvvəlcədən razılaşdırılmış qaydada.

Təsəvvür edək ki, müəllim dərs keçir və valideyn heç bir xəbərdarlıq etmədən sinfə daxil olur. Bu zaman müəllim bilir ki, istənilən anda kimsə dərsə müdaxilə edə bilər. Şagird də bunu hiss edir. Nəticədə dərsin ritmi dəyişir. Halbuki valideyn əvvəlcədən məktəb rəhbərliyinə müraciət edib hansı gün, hansı saatda və hansı məqsədlə gələcəyini bildirsə, həm müəllim, həm şagird, həm də valideyn daha məsuliyyətli davranar. Hətta mən düşünürəm ki, valideynin məktəbə nə vaxtsa gələcəyini bilməsi müəllim üçün də müəyyən mənada müsbət təsirdir. Çünki müəllim anlayır ki, onun dərsi, münasibəti, şagirdlə ünsiyyəti valideyn üçün də açıq və müşahidə edilə biləndir. Bu, müəllimin məsuliyyətini artırır. Eyni zamanda şagird də bilir ki, məktəb, müəllim və valideyn bir-birindən ayrı deyil.

Mən hətta deyərdim ki, valideyn məktəbə yalnız övladı problem yaşayanda gəlməməlidir. Çox vaxt valideyn məktəbin qapısını yalnız şikayət etmək, qiymətlə bağlı narazılıq bildirmək və ya hansısa problem yarananda döyür. Halbuki sağlam əməkdaşlıq problemdən əvvəl başlamalıdır. Valideyn müəllimlə mütəmadi əlaqədə olmalıdır. Müəllim də valideyni yalnız “övladınız zəifdir” deyə çağırmamalıdır. Şagirdin yaxşı nəticəsini də valideynlə bölüşmək lazımdır. Çünki uşaq üçün ən güclü mesajlardan biri budur: “Müəllimim və valideynim mənim arxamdadır"".

Təcrübə də göstərir ki, məktəblə sıx əməkdaşlıq edən valideynlərin övladlarında məsuliyyət hissinin formalaşması daha asan olur: "Valideyn uşağın dərsə davamiyyətini, hazırlığını, davranışını, oxu vərdişlərini izləyir; müəllim isə məktəbdəki vəziyyət haqqında vaxtında məlumat verir. Beləliklə, problem böyümədən həll olunur.

Beynəlxalq araşdırmalar da valideynin təhsil prosesinə düzgün şəkildə cəlb olunmasının əhəmiyyətini göstərir. Education Endowment Foundation-un 2026-cı ildə yenilənmiş məlumatlarında valideynlərin uşaqların akademik öyrənməsinə səmərəli şəkildə cəlb edilməsinin orta hesabla müsbət təsir göstərdiyi və bunun təxminən əlavə 4 aylıq öyrənmə irəliləyişi ilə əlaqələndirildiyi qeyd olunur. Burada söhbət valideynin dərsə nəzarət etməsindən yox, məktəb və müəllimlə düzgün əməkdaşlıq etməsindən gedir. Ona görə də mən valideynlə məktəb arasında divar yaratmağın tərəfdarı deyiləm. Əksinə, divar yox, qayda lazımdır.

Məktəbə giriş üçün sadə və şəffaf mexanizm müəyyənləşdirilə bilər: valideyn əvvəlcədən məktəb rəhbərliyinə müraciət edir, görüş vaxtı müəyyənləşdirilir, giriş qeydiyyata alınır və valideynin hansı məqsədlə məktəbə gəldiyi məlum olur. Əgər dərsdə iştirak etmək istəyirsə, bu da əvvəlcədən müəllim və rəhbərliklə razılaşdırılır. Bu, həm təhlükəsizlik baxımından, həm də tədris prosesinin normal təşkili baxımından daha doğru olar. Türkiyədəki yeni yanaşmanın əsas məntiqini də mən belə başa düşürəm: valideyn məktəbdən kənarlaşdırılmır, sadəcə məktəbə giriş nizama salınır. Təhlükəsizlik adı altında valideyni məktəbdən tamamilə uzaqlaşdırmaq da düzgün deyil. Çünki məktəb adi bir bina deyil. Burada yüzlərlə uşağın təhlükəsizliyi, müəllimlərin iş mühiti və tədris prosesi var. Məktəbin qapısından kimin, nə zaman və hansı məqsədlə daxil olduğunu bilmək artıq sadəcə intizam məsələsi deyil, təhlükəsizlik məsələsidir.

Amma digər tərəfdən, təhlükəsizlik adı altında valideyni məktəbdən tamamilə uzaqlaşdırmaq da düzgün deyil. Valideyn məktəbin tərəfdaşıdır. Onun məktəblə əlaqəsi nə qədər sağlam qurularsa, uşağın təhsilinə də bir o qədər müsbət təsir göstərə bilər.

Məncə, ən doğru model budur: məktəbin qapısı valideynə bağlı olmamalıdır, amma açar məktəbin qaydalarında olmalıdır.

Valideyn məktəbə hörmət etməli, məktəb də valideynin övladı ilə bağlı narahatlığını və marağını hörmətlə qarşılamalıdır. Müəllim, valideyn və şagird bir-birinə rəqib yox, eyni məqsədə gedən üç tərəfdir. Çünki uşağın uğuru nə yalnız valideynin, nə yalnız müəllimin, nə də yalnız məktəbin uğurudur. Bu üç tərəf bir yerdə işləyəndə nəticə yaranır. Əsas məqsəd valideyni məktəbin qapısından içəri buraxmamaq deyil. Əsas məqsəd odur ki, valideyn məktəbə daxil olanda bunun arxasında nəzarət, əməkdaşlıq və qarşılıqlı hörmət dayansın.

Mən hesab edirəm ki, Azərbaycanda da bu məsələyə dair vahid və aydın qaydaların müəyyənləşdirilməsi faydalı olardı. Çünki qayda valideyni məktəbdən uzaqlaşdırmamalı, əksinə, valideynlə məktəb arasındakı münasibəti daha sağlam və peşəkar etməlidir”.

Oxşar xəbərlər


Bütün xəbərlər

98 saylı bağça ilə bağlı iddialar araşdırılır – BŞTİ
PKTU-BMU Mühəndislik fakültəsinə qəbul planı 100 faiz dolub
Azərbaycanda məktəblərdə kompüterlərin sayı 30 %-ə yaxın artıb
Linza taxan uşaqlar bunları qətiyyən etməməlidir – Həkimdən xəbərdarlıq
Qarabağ Universiteti direktor vakansiyası ELAN EDİR
Tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir - Vüqar Bayramov
Daha 24 məktəbdə inklüziv təhsil təşkil olunacaq – MÜTDA
Qarabağ Universitetinin tələbələri bu universitetin də diplomunu alacaq - AÇIQLAMA
Repetitor, yoxsa məktəb? — Ekspert təhsildəki aktual problemi açıqladı
Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır?
Rusiyada tədrisin ilk günündə məktəbdə insident: Yaralananlar var
Müəllim olmaq istəyənlərə DİQQƏT - Magistr təhsili tələbə oluna bilər?
Bu ixtisas üzrə Azərbaycanda ilk dəfə tədris proqramı hazırlanıb
Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" - ŞİKAYƏT
TOEFL iBT imtahanı keçiriləcək
5 peşə sahəsi üzrə mütəxəssislərin bilikləri qiymətləndirilib
Azərbaycan dili və ədəbiyyatı müəllimliyinin keçid balı ən çox bu universitetdə ARTIB
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb