Xəbər lentiwidget-title-icon

Qarabağ Universiteti direktor vakansiyası ELAN EDİR
Tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir - Vüqar Bayramov
Daha 24 məktəbdə inklüziv təhsil təşkil olunacaq – MÜTDA
Qarabağ Universitetinin tələbələri bu universitetin də diplomunu alacaq - AÇIQLAMA
Repetitor, yoxsa məktəb? — Ekspert təhsildəki aktual problemi açıqladı
Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır?
Rusiyada tədrisin ilk günündə məktəbdə insident: Yaralananlar var
Müəllim olmaq istəyənlərə DİQQƏT - Magistr təhsili tələbə oluna bilər?
Bu ixtisas üzrə Azərbaycanda ilk dəfə tədris proqramı hazırlanıb
Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" - ŞİKAYƏT
TOEFL iBT imtahanı keçiriləcək
5 peşə sahəsi üzrə mütəxəssislərin bilikləri qiymətləndirilib
Azərbaycan dili və ədəbiyyatı müəllimliyinin keçid balı ən çox bu universitetdə ARTIB
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb
Bakı Dövlət Universiteti 107 yaşını qeyd edir
BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır
Universitetlərə SƏRT ÇAĞIRIŞ - “Praktika yoxdursa, ixtisas da olmasın”
Sertifikatlaşdırmada ilk dəfə iştirak edən müəllimlərin müsahibə tarixləri məlum oldu
Təkrar sertifikatlaşdırılan müəllimlərin müsahibələri elektron mərkəzlərdə keçiriləcək
Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib
Məleykə Abbaszadə ilə bağlı iddialara RƏSMİ CAVAB - DİM-dən GEDİR?
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
Sentyabrda buraxılış imtahanı olacaq

Tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir - Vüqar Bayramov

“28 May”–“Nizami” stansiyaları arasında təmir işlərinin aparılması ilə əlaqədar metrodan istifadə imkanlarının məhdudlaşdırılması universitetə gedib-gələn tələbələrin də nəqliyyat xərclərini artıra bilər.

Bəs təmir müddətində tələbələr üçün xüsusi güzəştlərin tətbiqi mümkündürmü? Ümumiyyətlə, bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da tələbələr üçün ictimai nəqliyyatda fərqli tariflərin müəyyənləşdirilməsi gündəmə gətirilə bilərmi?

Tehsilmedia.com xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov “Azərbaycan müəllimi”nə bildirib ki, nəqliyyatda tələbələr üçün güzəştlərin tətbiqi dünya praktikasında mövcuddur və əksər dövlətlərdə bu üsuldan istifadə edilir.

“Nəzərə almaq lazımdır ki, inkişaf etmiş ölkələrdə tələbə və pensiyaçılar daha aşağı tariflərdən istifadə edirlər. Biz də Azərbaycanda belə güzəştləri təklif edirik. Tələbələrin sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə alsaq, belə güzəştlərin verilməsi məqsədəuyğun olardı”.

Sosial kateqoriyaya daxil olan vətəndaşların güzəştlərdən istifadəsini məqsədəuyğun hesab edən deputat qeyd edib ki, bu sahədə gündəlik, həftəlik və aylıq kartların satışa çıxarılması da vacib məqamlardandır:

“Həmin kartlarda qiymətlərin fərqli olması da önəmlidir. Bu zaman daha uzunmüddətli dövr üçün nəqliyyat kartı alan vətəndaş, orta hesabla daha az ödəniş edə bilər. Bu, bir tərəfdən nəqliyyat müəssisələrinin qısa zamanda daha çox vəsait cəlb etməsinə və investisiya imkanlarını genişləndirməsinə gətirib çıxara bilər. Digər tərəfdən isə ictimai nəqliyyatdan daha çox istifadə edən vətəndaşlarımız aylıq, yaxud həftəlik kartlar əldə etməklə ictimai nəqliyyatdan daha aşağı tariflərlə istifadə edə bilərlər. Bu baxımdan, təbii ki, biz bu praktikanın da tətbiqinin tərəfdarıyıq”.

Oxşar xəbərlər

Bütün xəbərlər