Xəbər lentiwidget-title-icon

"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

Koroğlu indi yaşasaydı "Koroğlunun kruqunda" baş verənlərdən ŞOKA DÜŞƏRDİ - VİDEO

Koroğlu indi yaşasaydı "Koroğlunun kruqunda" baş verənlərdən ŞOKA DÜŞƏRDİ - VİDEO

Dünyada hər nəyin analoqunu axtarsaq Azərbaycanda tapa bilərik. Maşallah olsun, məmləkətimiz nədən olmasa da, "macəra"dan boldur. Odlar diyarında hər nə cür desən insan tipi mövcuddur. Xüsusilə, paytaxt Bakı bu baxımdan daha çox fərqlənir desək, yəqin ki, yanılmarıq. Səbəbsə, çox sadədir. Ölkənin ən çox iş yerləri olan, həyat səviyyəsinin yüksəkliyi ilə seçilən Bakıya bütün bölgələrdən, hətta xarici ölkələrdən belə axın çox güclüdür. Bu da fərqli insan tiplərinin, fərqli xarakterlərin paytaxtda cəmləşməsini qaçılmaz edir.

Şəhərin "macəra" ilə bol olan yerləri də var . Məsələn, "20 Yanvar dairəsi"ni, "Koroğlu kruqu"nu buna misal göstərmək olar. Bu əraziləri Hindistanın "Bombey"i ilə də müqayisə etmək mümkündür. İnsan əlindən tərpənmək olmur, taksi sürücülərinin bağırtısı ilə illərlə adamın qulaqlarında zəngulə vurur. Etikadan kənar olsa da deyəcəm, burada sözün bütün mənalarında "it yiyəsini tanımır".

Təəssüflər olsun ki, insanların bir parça çörək qazanmaq istəkləri onları vəhşi cəngəlliyin ən vəhşi yırtıcıları səviyyəsinə enməyə məcbur edib. Bir manat pul qazanmaq üçün öz taksi yoldaşını tapdalayaraq "klienti" qapmağa çalışan, səs diapazonunun imkan verdiyi qədər qışqıran və müştəri səsləyən, öz işindən ötrü başqalarının haqqına girən hər nə qədər insan tipi desən, "20 Yanvar dairəsində" və ya "Koroğlu kruqunda" görmək mümkündür. Bir sözlə, bu ərazilərdə 5 dəqiqə müşahidə aparmaqla bir kitab yazmaq olar. "Pirşağı", "Məhəmmədiyə bir manatdan", "Zabratdan Kürdəxanıya" və sair bu kimi çağırışlardan adamın lap qulağı tutulur. Bu cür səs-küydə və sıxlıqda normal bir insan hara getdiyini də unuda bilər. Hətta səhvən "Əhmədli" yerinə "Kürdəxanıya" da yön almaq mümkündür. Sanki insanlar özlərinə lazım olan marşrutu və ya istiqaməti bilmirlər. Elə bu səbəbdən də taksi şoferləri səs-səsə verərək xorla onlara yön göstərməyə çalışırlar. Tıxac, insan sıxlığı, səs-küy və digər biyabırçılıqlar nə yazıq ki adlarını çəkdiyim bu ərazilərdə yaşanır və gündəlik həyat tərzinə çevrilib. Sözün əsl mənasında biyabırçılıqdır. Ümid edirik ki, aidiyyatı qurumlar bu biyabırçılıqlara son qoymağın yolunu tapacaqlar. Axı Bakıya xarici turistlər də gəlir. Onların bu cür neqativ halları görməsi həm ölkəmiz, həm də millətimiz üçün başucalığı gətirməz...

Müşviq Tofiqoğlu,

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər