Xəbər lentiwidget-title-icon

Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli

Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL

Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL

Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq?
"Yaxın gələcəkdə müəllimlər üçün də təhsil kartlarının yaradılması istiqamətində müvafiq addımlar atılacaq. İlk olaraq bir neçə ay ərzində geniş araşdırma aparılacaq".
Bunu Sputnik Azərbaycan-ın müəllimlər üçün güzəşt kartları ilə bağlı sualına Təhsilin İnkişafı Fondundan bildirilib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə gələn ildən müəllimlərin ictimai nəqliyyatdan pulsuz istifadə edəcəyinə dair məlumat yayılıb. Həmin xəbərlərdə bildirilir ki, müəllimlər üçün hazırlanacaq təhsil kartları onlara ictimai nəqliyyatdan pulsuz istifadə imkanı verəcək.
Müəllimlər üçün hansı güzəştlər olacaq?
Təhsilin İnkişafı Fondundan isə Sputnik Azərbaycan-a bildirilib ki, hələki müəllimlər üçün təhsil kartlarında hansı güzəştlərin olacağı barədə dəqiq fikir bildirmək mümkün deyil.
"Gələcəkdə təhsilverənlər üçün də "TələbəPlus" kartı kimi güzəştli kartların hazırlanması nəzərdə tutulur. Bunun üçün Təhsilin İnkişafı Fondu, "Kapital Bank" və "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkətləri arasında danışıqlar aparılır. Amma hələki müəllimlər üçün ictimai nəqliyyatın pulsuz olacağı barədə dəqiq qərar yoxdur. İctimai nəqliyyatda müəllimlərə güzəşt üçün hər hansı razılıq əldə olunmayıb", deyə qurumdan bildirilib.
Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov mətbuata açıqlalamasında müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartlarının gələn ilin ilk rübündə ölkəyə gətiriləcəyini bildirib. O, deyib ki, kartın istifadəsinə 2025-ci ilin ilk yarısından gec olmayaraq başlanılacaq: "Təhsil kart"ların hazırlanması ölkəyə gətirilməsi vaxt aparır. 2025-ci ilin birinci rübündə bu məsələ reallaşacaq".
Qurum rəsmisinin daha əvvəl mətbuata verdiyi məlumata görə, hazırda ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələrində, orta məktəblərdə 200 mindən çox təhsilverən çalışır: "Gələn ildən təhsil işçilərinə veriləcək bu kartlar vasitəsilə müəllimlər müxtəlif sahələrdə endirimlərdən, pulsuz xidmətlərdən və digər imtiyazlardan istifadə edə biləcəklər. İlk növbədə, nəqliyyat sahəsində güzəştlərin tətbiqi müəllimlər üçün mühüm bir dəstək ola bilər. Eyni zamanda, bir sıra ölkələrdə olduğu kimi, şəhərlərarası nəqliyyatda da müəyyən güzəştlərin tətbiqi uzaq məsafədən gələn müəllimlərə əlavə imkanlar yarada bilər", deyə o, bildirib
Digər bir mühüm sahə səhiyyə və tibbi xidmətlərdir: "Güzəştli kartların tibbi xidmətlərdə endirimləri, bəzi tibbi testlərin pulsuz olması və ya endirimli tibbi sığorta paketlərinin təklif edilməsi ilə əhatə olunması müəllimlər üçün əlavə motivasiya yarada bilər. Mədəniyyət obyektlərinə girişdə endirimlərin tətbiqi, muzeylər, teatrlar, kinoteatrlar və digər mədəniyyət ocaqlarına sərfəli qiymətlərlə giriş imkanı müəllimlərin ictimai-mədəni fəaliyyətlərə daha çox qatılmasına şərait yaradar. Müəllimlərin sosial imkanlarını genişləndirmək üçün xüsusi mağazalarda endirimlərin təklif edilməsi də olduqca effektiv ola bilər. Geyim, gündəlik tələbat malları və digər lazımi əşyalar üzrə endirimlər müəllimlərin həyat keyfiyyətini artırmaqla yanaşı, onların iqtisadi vəziyyətlərinə də müsbət təsir göstərəcək".
"TələbəPlus" ın "Təhsil kartı"ndan fərqi nə olacaq?
Xatırladaq ki, bundan əvvəl də qurum "TələbəPlus" layihəsini həyata keçirib. Artıq tələbələrin əksəriyyəti "VISA"nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana bilirlər. Layihəyə 250-dək yerli və xarici şirkət qoşulub. Kart sahiblərinə restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda müəyyən güzəştlər edilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub. Bura həm əyani, həm qiyabi, həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil alan bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan tələbələr daxildir.
Kart eyni anda bir neçə funksiyanı yerinə yetirir. Həm universitetə giriş-çıxışı təmin edir, həm debet bank kartı kimi fəaliyyət göstərir, həm tələbələrin təqaüd kartı, həm də imtiyazlar, endirimlər təqdim edir.
Layihəhə başlamazdan öncə tələbələr arasında (500 nəfər) anket sorğusu, və müsahibə keçirilib. Onların istəkləri, fikir və təklifləri nəzərə alınalaraq xüsusi siyahı hazırlanıb.
Tələbələrin işini mümkün olduğu qədər asanlaşdırmaq məqsədilə, BirBank mobil tətbiqində "TələbəPlus" bölməsi yaradılacaqdır ki, orada bütün endirimlər haqqında məlumat və proqrama qoşulan şirkətlərin siyahısı yer alacaq. Sözügedən tələbə kartının digər tələbə kartlarından üstünlüyü ondan ibarətdir ki, kart asanlıqla "Apple Pay" və "Google Pay" elektron cüzdanlarına əlavə edilə bilir.
Tələbələr mövcud endirimlər, qoşulan şirkətlər haqqında məlumatı linktr.ee/talabaplus linkindən istifadə edərək, sosial şəbəkələrimizdən əldə edə bilərlər. Yaxın zamanda "TələbəPlus"ın öz saytı yaradılacaqdır ki, burada da asanlıqla bütün məlumatlar əlçatan olacaq. Həmçinin ali təhsil müəssisələrində məlumatlandırıcı "rollup"lar yerləşdirilir.
Əməkdaşlıq müqaviləsi imzalanmış 20 universitet üzrə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 170000 tələbə "TələbəPlus" kartı ilə təmin edilməkdədir. Onu da bildirmək istərdim ki, irəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin də bu layihədən yararlanması nəzərdə tutulur. (təxminən 70.000 nəfər). Yaxın gələcəkdə müəllimlər üçün də təhsil kartlarının yaradılması istiqamətində müvafiq addımlar atılacaqdır. İlk olaraq bir neçə ay ərzində geniş araşdırma aparılacaqdır.
"TələbəPlus"a qoşulan ali təhsil müəssisələrin siyahısı:
1. Bakı Dövlət Universiteti
2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
3. ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universiteti
4. Azərbaycan Texniki Universiteti
5. Azərbaycan Dövlət Pedaqoji Universiteti
6. Azərbaycan Memarlıq və İnşaat Universiteti
7. Bakı Slavyan Universiteti
8. Azərbaycan Dillər Universiteti
9. Bakı Mühəndislik Universiteti
10. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
11. Sumqayıt Dövlət Universiteti
12. Lənkəran Dövlət Universiteti
13. Gəncə Dövlət Universiteti
14. Azərbaycan Texnologiya Universiteti
15. Mingəçevir Dövlət Universiteti
16. Naxçıvan Dövlət Universiteti
17. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
18. Naxçıvan Müəllimlər İnstitutu
19. Türkiyə-Azərbaycan Universiteti
20. Azərbaycan Dövlət Aqrar Universiteti

Dia.az

Oxşar xəbərlər

Bütün xəbərlər