Xəbər lentiwidget-title-icon

Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək

Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA

15 sentyabrdan etibarən yeni tədris ili başlayıb. Dərslərin başlaması ilə şagird və tələbələrin sosial media hesablarında etdikləri paylaşımlar da gündəmə gəlib. Xüsusilə bəzi şagirdlərin dərs saatlarında canlı yayımlar açaraq dərslərin səmərəsiz və ya boş keçdiyini bildirməsi diqqət çəkir.

Şagirdlərin dərs zamanı mobil telefondan istifadəsinə müəyyən məhdudiyyətlər qoyulsa da, müşahidələr göstərir ki, bu qaydalar bəzi məktəblərdə tam tətbiq olunmur.

Maraqlıdır, şagirdlərin dərs zamanı telefon və sosial mediadan istifadəsinə daha ciddi məhdudiyyətlərin tətbiqi məqsədəuyğundurmu?

Tehsilmedia.com xəbər verir ki, azedu.az-a mövzu ilə bağlı açıqlama verən "Əməkdar müəllim" Sona Əliyeva qeyd edib ki, şagirdin dərs vaxtı sosial şəbəkəyə daxil olması və xüsusilə sinifdən canlı yayım açması normal davranış kimi qəbul edilə bilməz:

“Məncə, dərs zamanı telefon istifadəsi ilə bağlı yanaşma cəza üzərində qurulmamalıdır. əlbəttə ki, bu mövzuda tam sərbəstlik verilməsi də yanlışdır. Azərbaycanda bununla bağlı artıq davranış qaydaları mövcuddur. Ona görə də cəmiyyəti narahat edən, qaydaların məktəblərdə nə dərəcədə ardıcıl tətbiq edilməsi ilə bağlıdır.

Şagirdin dərs vaxtı sosial şəbəkəyə daxil olması və xüsusilə sinifdən canlı yayım açması normal davranış kimi qəbul edilə bilməz. Müəllimin və digər şagirdlərin razılığı olmadan video çəkilməsi, dərs prosesinin ictimai şəkildə nümayiş etdirilməsi məktəbdə həm intizam, həm də rəqəmsal etika məsələsi yaradır. Həmçinin, şagird canlı yayımda “dərs boş keçir” deyirsə, bunu avtomatik olaraq həqiqət kimi qəbul etmək də düzgün deyil, tamamilə görməzdən gəlmək də yolverilməzdir.

Belə halların təkrarlanması məktəblər üçün müəyyən siqnal olmalıdır. Çünki telefon bəzən problemin səbəbi yox, dərsdən uzaqlaşmanın nəticəsi olur. Bu səbəbdən məktəblərdə telefonların dərs zamanı xüsusi saxlanc yerlərində saxlanılması, yalnız tədris məqsədi olduqda istifadəsinə icazə verilməsi və qayda pozuntularına görə əvvəlcədən müəyyən edilmiş ardıcıl tədbirlərin tətbiqi mümkündür. Amma hər şeyi texniki vasitələrlə həll etmək, məsələn, siqnalbloklayıcılarla məktəbdə rabitəni kəsmək düzgün yanaşma deyil”.

Müəllim özü dərs zamanı telefondan istifadə edirsə, şagirddən rəqəmsal intizam tələb etmək çətinləşir:

“Burada müəllim və valideynin də məsuliyyəti var. Məktəb qayda qoyursa, onu bütün tərəflər üçün eyni prinsiplə tətbiq etməlidir. Müəllim özü dərs zamanı telefondan istifadə edirsə, şagirddən rəqəmsal intizam tələb etmək çətinləşir. Valideyn də bilməlidir ki, dərs vaxtı övladı ilə əlaqə yaratmaq üçün məktəbin müəyyən etdiyi alternativ kanal olmalıdır.

Biz təhsil prosesinin bir parçası olaraq, uşağa sadəcə “telefonu kənara qoy” deməklə kifayətlənməməliyik. Rəqəmsal davranış, sosial şəbəkədə məsuliyyət, başqasının görüntüsünü icazəsiz paylaşmamaq və texnologiyadan məqsədyönlü istifadə də məktəb təhsilinin bir hissəsinə çevrilməlidir.

Valideynlər də, müəllimlər də anlamalıdır ki, məqsəd telefonu şagirddən almaq deyil. Məqsəd dərs zamanı onun diqqətini qorumaq, məktəbdə sağlam təhsil mühiti yaratmaq və eyni zamanda uşağa öz rəqəmsal davranışını idarə etməyi öyrətməkdir”.

Oxşar xəbərlər

Bütün xəbərlər