Xəbər lentiwidget-title-icon

Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?

SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”

Sumqayıt Dövlət Universitetinin qiyabi təhsil formasında təhsil alan bir qrup tələbəsi Ağ-Qaraya müraciət edərək universitetdə tətbiq olunan qaydalardan ciddi narazılıqlarını ifadə ediblər.

Tələbələr bildirirlər ki, yeni tətbiq olunan qaydalar onların təhsil müddətinə, iş rejiminə, məzuniyyət imkanlarına və əlavə maliyyə xərclərinə ciddi təsir göstərir.
Tələbələrin sözlərinə görə, xüsusilə bir semestr üzrə 24 kredit limiti və imtahan sessiyalarının keçirilmə qaydasının dəyişdirilməsi narazılıq yaradıb.

Tələbələr tərəfindən Ağ-Qaraya sübut kimi təqdim olunan WhatsApp qrup yazışmalarında isə universitet tərəfindən aşağıdakı məlumatların göndərildiyi bildirilir.

WhatsApp qrupuna göndərilən 1-ci mesaj:

“Salam, hörmətli tələbələr. Nəzərinizə çatdırıram ki, yeni qaydalara əsasən, qiyabi təhsilalma formasında bir semestr üzrə tədris yükü maksimum 24 kredit müəyyən edilmişdir. Bu səbəbdən cari semestrdə 24 kredit limitini aşacaq şəkildə alt qrup fənni götürməyə icazə verilmir. İstisna hal: Yalnız cari semestrdə hər hansı bir fəndən rəsmi azadlığı (əvvəl mənimsənilmiş krediti) olan və ümumi kredit yükü 24-ü keçməyən tələbələr boş qalan kredit həcmində alt qrupa yazıla bilərlər.”

WhatsApp qrupuna göndərilən 2-ci mesaj:

“İmtahan sessiyasının təşkili qaydalarında dəyişiklik edilib. Bütün kurslar üzrə qiyabi tələbələrin imtahan sessiyaları artıq əyani təhsildə olduğu kimi ildə iki dəfə — yanvar və iyun aylarında keçiriləcək.
​Sessiyadan kənar heç bir fərdi və ya əlavə imtahan olmayacaq. Əvvəlki qaydalarda olduğu kimi dərslər bitən kimi (məsələn, may ayında həm dərslər, həm də imtahan olmayacaq.) Dərslər sessiyanızın hansı ayda keçirilməsindən asılı olmayaraq, imtahanlarınızı yalnız rəsmi sessiya dövründə — Yanvar və ya iyun aylarında əyani tələbələrlə eyni vaxtda verəcəksiniz.
​Zəhmət olmasa, planlarınızı və hazırlığınızı bu cədvələ uyğun qurun.”

Məhz bu mesajlardan sonra qiyabi tələbələr arasında narazılığın yarandığı bildirilir. Tələbələrin əsas sualı isə belədir: Qiyabi təhsil alan və eyni zamanda işləyən şəxsin iş-təhsil balansı necə qorunacaq?

Tələbələrin fikrincə, imtahanların dərslərdən ayrı vaxtda keçirilməsi onların iş yerlərindən əlavə müddətə icazə almasına, məzuniyyət imkanlarından istifadə etməsinə və regionlardan Sumqayıta dəfələrlə gedib-gəlməsinə səbəb ola bilər. Onlar hesab edirlər ki, qiyabi təhsilin əsas məqsədi işləyən şəxslərin əmək fəaliyyətini davam etdirməklə yanaşı, ali təhsil almasına şərait yaratmaqdır. Tələbələr həmçinin bildirirlər ki, əvvəlki sistemdə dərslər başa çatdıqdan sonra imtahanları verərək işlərinə qayıtmaq imkanları olub. Yeni qrafikin isə onların fikrincə, əlavə vaxt və maliyyə yükü yaratdığı iddia edilir.

Ağ-Qara olaraq qeyd edirik ki, tələbələrin səsləndirdiyi fikirlər onların müraciətində yer alan iddialardır. Məsələnin digər tərəfinin — Sumqayıt Dövlət Universitetinin rəhbərliyinin mövqeyinin də ictimaiyyət üçün əhəmiyyətli olduğunu düşünürük. Bu səbəbdən universitet rəhbərliyinə suallarımız var:

Qiyabi tələbələrin narazılığı nəzərə alınaraq bu qərarlara yenidən baxılması mümkündürmü?
24 kredit limitinin konkret tətbiqi tələbələrin təhsil müddətinə necə təsir göstərəcək?
İmtahanların yalnız yanvar və iyun aylarında keçirilməsi işləyən tələbələrin iş rejimi və təhsil məzuniyyəti ilə necə uzlaşdırılacaq?
Regionlardan gələn tələbələrin əlavə yol və digər xərcləri nəzərə alınıbmı?

Və ən əsası:
Tələbə təhsilini vaxtında başa vurmaq üçün əlavə maddi və təşkilati maneələrlə üzləşməlidirmi?

Tələbələrin narazılığına münasibət bildirilməsi və məsələyə aydınlıq gətirilməsi vacibdir.

Oxşar xəbərlər

Bütün xəbərlər