Xəbər lentiwidget-title-icon

“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ

Bakı Mühəndislik Universitetinin tələbələrinə də kart veriləcək

Bakı Mühəndislik Universitetinin tələbələrinə də kart veriləcək

Bakı Mühəndislik Universiteti (BMU) ilə Təhsilin İnkişafı Fondu arasında (TİF) “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədi BMU-nun rektoru Yaqub Piriyev və Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar.

Tədbirdə vurğulanıb ki, “TələbəPlus” layihəsi TİF, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin əməkdaşlığı çərçivəsində gerçəkləşdirilir və vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur. Builki tədris ilindən etibarən tətbiq olunan vahid tələbə kartı universitetə giriş-çıxış, debet, ödəniş kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim, güzəşt və kəşbək imkanları təklif edir.

Rektor Yaqub Piriyev dünya təcrübəsində rast gəlinən belə sosialyönümlü layihələrin Azərbaycanda da tətbiq olunmasını böyük nailiyyət kimi qiymətləndirib. Bildirib ki, tələbələrə sosial dəstək xarakterli ideya və təşəbbüblərə hər zaman ehtiyac var və onların reallaşması üçün atılan bütün addımlar təqdirəlayiqdir. Layihədən ölkənin bütün universitet tələbələrinin yararlanması üçün atılan addımları müsbət dəyərləndirən BMU rektoru “TələbəPlus” kartından tələbələrin məmnun qalacağına əminliyini söyləyibTİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov layihənin necə ortaya çıxması, bunun üçün aparılan danışıqlar barədə məlumat verib. BMU-nun müqavilənin imzalandığı ilk ali təhsil ocaqlarından biri olduğunu önə çəkən, eyni zamanda layihənin bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək məqsədilə həyata keçirildiyini deyən Fond rəhbəri ilkin olaraq 150 min tələbə kartının istifadəyə verilməsinin planlaşdırıldığını qeyd edib. E.Nəsibov alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində onlara özəl güzəştlər olunması üçün Fondun öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə etdiyini diqqətə çatdırıb. Bildirib ki, Mədəniyyət Nazirliyi ilə ilkin anlaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər tətbiq ediləcək. E.Nəsibov tələbələrə güzəştlərin əhatə dairəsinin gələcəkdə genişləndiriləcəyini sözlərinə əlavə edib.

Sonra tədbirdə BMU ilə TİF arasında gələcək əməkdaşlığın əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər