Xəbər lentiwidget-title-icon

Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA

“Baku ID 2026” innovasiya festivalı başa çatıb

Sentyabrın 17-18-də SABAH.city innovasiya şəhərciyində keçirilən regionun aparıcı innovasiya festivalı “Baku ID 2026” başa çatıb.

Tehsilmedia.com xəbər verir ki, iki günlük proqramın yerli və beynəlxalq spikerləri sırasında Türk Dövlətləri Təşkilatının Macarıstandakı nümayəndəliyinin rəhbəri, səfir Balaj Hendrix, Zanzibar İnqilabi Hökumətinin Təhsil və Peşə Təlimi Nazirliyinin baş katibi Xamis Səid Abdalla, MEVP vençur fondunun həmtəsisçisi və baş icraçı direktoru Valid Mansour, “Founder One”ın həmtəsisçisi və tərəfdaşı Sina Afra, “Astana Hub”ın idarəedici direktoru Tanat Uskembayev və “Ukraine Phoenix Tech Fund”ın idarəedici tərəfdaşı və həmtəsisçisi Dominique Piotet yer alıblar.

Yerli ekosistemi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin innovasiya ekosisteminin inkişafı departamentinin rəhbəri Taleh Kərimli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəhbəri Teymur Əliyev və digər spikerlər təmsil ediblər.

“Baku ID 2026” həmçinin beynəlxalq startap yarışması “Startup World Cup”ın Azərbaycan Regional Finalına ev sahibliyi edib. “Pegasus Tech Ventures” tərəfindən yaradılan qlobal yarışın regional finalı Türk Hava Yollarının rəsmi səyahət tərəfdaşlığı ilə SABAH.angels tərəfindən təşkil olunub.

20 ölkədən ümumilikdə 160 müraciətin daxil olduğu yarışın seçim prosesi beynəlxalq münsiflər heyəti tərəfindən aparılıb. Finalda 10 startap öz layihələrini investor və ekspertlər qarşısında təqdim edib.

Qazaxıstanlı təsisçilərin yaratdığı “4sell.ai” startapı yarışın qalibi olub və noyabrın 6-da San-Fransiskoda keçiriləcək “Startup World Cup Grand Finale”da iştirak etmək hüququ qazanıb. Bu nəticə “Baku ID”nin region ölkələrinin innovasiya ekosistemləri arasında körpü yaradan platforma rolunu bir daha nümayiş etdirib.

Festivalın ikinci günündə keçirilən “NEXUS Awards” mərasimi tədbirin kulminasiya nöqtəsi olub. Regionun perspektivli startaplarını, investorlarını və innovasiya ekosisteminin digər iştirakçılarını önə çıxaran mükafat çərçivəsində bu il 15 kateqoriya üzrə 80 startap mübarizə aparıb, açıq səsvermədə isə 100 mindən çox səs toplanıb. Ümumilikdə 12 startap qalib elan olunub.

Qaliblər sırasında “AI Startup of the Year” kateqoriyası üzrə “Forg3t Protocol”, “FinTech Startup of the Year” kateqoriyası üzrə “Ayan Capital” və “Paypercut”, “Health and Wellness Startup of the Year” kateqoriyası üzrə “Wellbees”, “EdTech Startup of the Year” kateqoriyası üzrə “Jusoor Labs”, “Mobility & Logistics Startup of the Year” kateqoriyası üzrə isə “Fuelin” yer alıb. “Middle East Venture Partners” (MEVP) “Venture Capital Fund of the Year” seçilib, Sina Afra isə “Special Recognition Award” ilə təltif olunub.

Tədbir çərçivəsində SABAH.HUB, SABAH.fund və Türkiyənin “AI Startup Factory” platforması arasında əməkdaşlıq memorandumu da imzalanıb. Memorandum startapların inkişafının dəstəklənməsini və investisiya əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.

“Startup World Cup”ın Azərbaycan Regional Finalı, “NEXUS Awards”ın nəticələri və imzalanan əməkdaşlıq memorandumu “Baku ID 2026”nın regional startap əlaqələrinin və investisiya əməkdaşlığının inkişafına xidmət edən platforma kimi əhəmiyyətini bir daha göstərib.

Qeyd edək ki, “Baku ID 2026”nın strateji tərəfdaşları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, PAŞA Holding, SOCAR və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzidir (4SİM). Festivalın əsas tərəfdaşları isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “TIMES” şirkətidir.

Festival haqqında ətraflı məlumatı bakuid.com saytından və “Baku ID”nin rəsmi sosial media hesablarından əldə etmək mümkündür.

Oxşar xəbərlər

Bütün xəbərlər