Xəbər lentiwidget-title-icon

Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən danışıb
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
"Əsas baza riyaziyyatdır"- Nazirdən AÇIQLAMA
Rövşən Nəcəf: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
Nazir: "Hər il 300-dən çox gənci xaricə göndəririk - 10 ilə minlərlə ekspertimiz olacaq"
Bu məktəbdə müəllimlər vahid formaya keçdilər - FOTO
Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
Məktəbə gedəcək şagirdlərin sayı sürətlə azalır: rəqəmlər nə deyir?
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib - FOTO
Təhsil haqları artırıldı - Tələbələr ayağa qalxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib - İlqar Bayramlıdan sakit təyinat

“Biz -türkdilli ölkələr hansısa rəqəmsal sivilizasiyaya inteqrasiya olunacağıq, yoxsa öz modelimizi quracağıq?..-TƏHLİL



“SİVİLİZASİYALARIN QARŞIDURMASI RƏQƏMSALLAŞIR...”

“Müasir dünyada əsas münaqişə xətti Qərb yoxsa Çin deyil, İslam yoxsa, Qərb də deyil. Əsas qarşıdurma “Açıq sistemlər”, yoxsa “Nəzarətli sistemlər”, daha dəqiq ifadə etsək, “İnsanı azad edən alqoritmlər” yoxsa “İnsanı idarə edən alqoritmlər” kimidir...”

“Məqsəd türk dillərinin rəqəmsal mühitdə dominantlığını təmin etməkdir... Əsas hədəf dilin suverenliyini qorumaqdır. Vahid türk dili kimi azərbaycan dilinin istifadəsi daha uyğun olardı...”

“Türk dünyasının gələcəyi isə bu qərardan asılıdır: “Biz texnologiyanı istifadə edən olacağıq, yoxsa onu yaradan?”...”Moderator.az yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “Türkdilli ölkələrin rəqəmsal inteqrasiyası zəruridir” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

33 il öncə ABŞ-da yazılmış “Sivilizasiyaların toqquşması” əsəri bu gün ən çox müzakirə olunan və eyni zamanda ən çox tənqid edilən konsepsiyalardan biridir. Əsərin müəllifi amerikalı siyasi alim Samuel P. Hantinqtondır(Huntington). Hantingtonun tezisinə görə, soyuq müharibədən sonra dünyada əsas qarşıdurmalar artıq ideoloji və ya iqtisadi deyil, mədəni-sivilizasion xarakter daşıyacaq. O belə hesab edirdi ki, dünya bir neçə böyük sivilizasiyaya bölünür: Qərb, İslam, Çin, Hindu, Pravoslav, Yapon, Latın Amerikası, Afrika. Bu sivilizasiyalar arasında fərqlər din, tarix, dəyərlər sistemi kimi fundamental elementlər üzərində qurulduğu üçün asanlıqla aradan qalxmır. Müəllif ehtimal edir ki, gələcək münaqişələrin əsas xətti “sivilizasiya sərhədləri” olacaq. Bu gün dünyada baş verən münaqişələr bu ehtimalın müəyyən qədər real olduğunu sübut edir...

Dünyada gedən rəqəmsal transformasiya prosesləri göstərir ki, artıq rəqəmsal sivilizasiyalar yaradır və sivilizasiyaların toqquşması rəqəmsal müstəvidə, platformalar səviyyəsində gedir.
RƏQƏMSAL SIVILIZASIYALAR...

“Rəqəmsal sivilizasiya” nədir? Rəqəmsal sivilizasiya — müəyyən bir cəmiyyətin və ya blokun məlumat istehsalı və emalı modeli, texnoloji platformaları, alqoritmik idarəetmə mexanizmləri, rəqəmsal dəyərlər sistemi üzərində qurulan yeni sivilizasiya formasıdır. Bu, Samuel P. Hantinqtonun təsvir etdiyi din və mədəniyyət əsaslı bölünmənin texnologiya əsaslı transformasiyasıdır...

Müasir rəqəmsal sivilizasiya 3 blokdan ibarətdir:

a. Qərb (platforma kapitalizmi) sivilizasiya modeli:

Bunun mərkəzi ABŞ-dır. Bu sivilizasiyanın simvollari “Google”, “Apple”, “Microsoft”dur. Sivilizasiyanın xüsusiyyətləri olaraq açıq İnternet ideologiyası (formal), özəl sektor dominantlığı, data dəyəri (data kapitaldır), süni intellekt sahəsində sürətli innovasiya prosesləri qeyd etmək olar. Bu modeldə insan “istifadəçi və istehlakçı” kimi mərkəzdədir...

b. Çin ( rəqəmsal dövlət) sivilizasiya modeli:

Bu sivilizasiyanın simvolları “Huawei”, “Alibaba Group”, “Tencent”dir. Bu sivilizasiyanın xüsusiyyətləri olaraq dövlət nəzarətli platformalar, sosial kredit sistemi, data idarəetmə aləti, süni intellekt dövlət strategiyasının özəyidir. Bu modeldə insan “rəqəmsal vətəndaş və idarə olunan subyekt” kimi çıxış edir...

c. Avropa (normativ-rəqəmsal) sivilizasiya modeli: Bu sivilizasiyanın simvollari “GDPR” və etik süni intellekt çərçivələridir. Bu sivilizasiyanın xüsusiyyətləri məxfilik və hüquqların prioritetliyi, texnologiyanın etik tənzimlənməsi, datanın hüquqi resurs olmasıdır. Bu modeldə insan “rəqəmsal hüquq subyekti” kimi qorunur…

Sivilizasiyaların yeni “toqquşma xətləri”

Hantinqtonun toqquşma xətləri anlayışı bu gün belə transformasiya olunur:

a. Data suverenliyi (kim məlumatı idarə edir, kim milli data sərhədləri formalaşır).

b. Süni intellekt hegemonluğu (kim SI modellərinə sahibdir, dil modelləri artıq ideoloji təsir alətinə çevrilir).

c. Platforma müharibələri (“App” ekosistemləri, rəqəmsal bazarların bölüşdürülməsi).

d. Kiber-təhlükəsizlik (dövlətlərarası münaqişələr “görünməz müharibə” şəklindədir).

Əsas transformasiya mədəniyyətin kodlaşdırılmasındadır. Klassik sivilizasiyada din, dil, ənənə, ideologiya rəqəmsal sivilizasiyada müvafiq olaraq alqoritm, proqramlaşdırma dili, platforma qaydaları, data modellərə transformasiya edilir...

Klassik sivilizasiya Rəqəmsal sivilizasiya

Din Alqoritm
Dil Proqramlaşdırma dili
Ənənə Platforma qaydaları
İdeologiya Data modeli

Artıq insanın dünyagörüşünü məktəb yox, platforma alqoritmləri formalaşdırır.

Yeni güc anlayışı yaranır. Əgər əvvəl torpaq, ordu, neft əsas güc idisə, indi data, hesablama gücü (compute), alqoritmik üstünlük əsas geo-siyasi kapitaldır.

Azərbaycan və Türk dünyası üçün bəzi nəticələr:
Bu modeldə ən əsas məsələ budur ki, biz hansısa rəqəmsal sivilizasiyaya inteqrasiya olunacağıq, yoxsa öz modelimizi quracağıq?..

Burada müəyyən risklər var: texnoloji asılılıq, data kolonializmi (data əsarəti), dil və mədəniyyətin alqoritmik silinməsi. Eyni zamanda yeni imkanlar da yaranır: türk dünyası üçün vahid rəqəmsal platforma, lokal SI modelləri, təhsildə rəqəmsal suverenlik imkanları yaranır.

Dünyada artıq sivilizasiyaların rəqabəti yox, platformaların rəqabəti başlayır. Hantinqtonun məhşur tezisi bu gün belə səslənir: artıq sivilizasiyalar toqquşmur, platformalar rəqabət aparır, alqoritmlər insan şüurunu formalaşdırır...

Beləliklə, müasir dünyada əsas münaqişə xətti Qərb yoxsa Çin deyil, İslam yoxsa, Qərb də deyil. Əsas qarşıdurma “Açıq sistemlər”, yoxsa “Nəzarətli sistemlər”, daha dəqiq ifadə etsək, “İnsanı azad edən alqoritmlər” yoxsa “İnsanı idarə edən alqoritmlər” kimidir.
Bu gün sivilizasiyaların rəqabəti artıq yeni mərhələyə- rəqəmsal sivilizasiyaların rəqabətinə keçib. Bu yeni dünyada qalib olan daha çox ərazisi olanlar yox, daha çox ağıla, biliyə, düşüncəyə sahib olanlardır.

TÜRK DÜNYASININ RƏQƏMSAL SİVİLİZASİYA MODELİ Türk dünyası üçün texnoloji suverenlik, mədəni davamlılıq, iqtisadi inteqrasiya triadası üzərində rəqəmsal sivilizasiya modeli qurulması aktuallaşır. Bu, Samuel P. Hantinqtonun təsvir etdiyi sivilizasiya çərçivəsinin platforma və alqoritm əsaslı yeni mərhələsidir.

I. Missiya və fəlsəfi baza

Missiya. İdeyanın missiyası Türk dünyasında vahid rəqəmsal informasiya məkanı qurmaqdır. Yəni, missiya türk dünyasında vahid, ortaq data ekosistemi, ortaq təhsil və bilik platforması, ortaq texnoloji istehsal infrastruktur yaratmaqdır.

Fəlsəfə. Ideyanın fəlsəfəsi “Dildə bir, düşüncədə bir, əməldə bir” konsepsiyası əsasında “Dil + Data + Düşüncə = Rəqəmsal sivilizasiya” modeli qurmaqdır. Bu modeldə dil identiklik, data güc, alqoritm idarəetmə mexanizmidir...

II. Modelin struktur arxitekturası (5 pilləli model)

1. Dil və semantika pilləsi. Məqsəd türk dillərinin rəqəmsal mühitdə dominantlığını təmin etməkdir. Alət olaraq ortaq NLP modelləri (Türk LLM), terminoloji standartlaşma, avtomatik tərcümə sistemləri istifadə edilə bilər. Burada müəyyən risk də var, belə ki, dilin alqoritmik assimilyasiyası yarana bilər. Əsas hədəf dilin suverenliyini qorumaqdır. Vahid türk dili kimi azərbaycan dilinin istifadəsi daha uyğun olardı...

2. Data və bulud infrastrukturu pilləsi. Məqsəd datanın xarici platformalardan asılılığını azaltmaqdır. Bu məqsədlə regional data mərkəzləri, milli bulud sistemləri, ortaq “Türk data şəbəkəsi” yaradılmalıdır. Əsas prinsip budur ki, bu data ölkəni tərk etmədən dəyər yaratmalıdır...

3. Süni intellekt və alqoritmik pillə. Məqsəd lokal və mədəni kontekstə uyğun SI sistemləri yaratmaqdır. Bu sistemlər türk dillərində böyük dil modelləri, təhsil üçün adaptiv SI, dövlət idarəçiliyində qərar dəstəyi sistemləri ola bilər. Əsas məqsəd SI suverenliyini təmin etməkdir.

4. Platforma və iqtisadiyyat pilləsi. Məqsəd qlobal platformalardan asılılığı azaltmaqdır. Alternativ olaraq regional e-ticarət platforması, rəqəmsal ödəniş sistemi, təhsil platforması (“Coursera” tipli, amma lokal) təklif edilə bilər. Qərbdə “Google” və “Microsoft” necə ekosistem qurubsa, burada da oxşar model qurula bilər.

5. İdarəetmə və etik pillə. Məqsəd rəqəmsal hüquq və etik çərçivə yaratmaqdır. Bunun əsas elementləri rəqəmsal konstitusiya, data hüquqları, SI etik standartları olacaqdır. Bu Avropa tipli normativ yanaşma və lokal dəyərlər modelində qurulmalıdır.

III. Strateji sütunlar:1. Rəqəmsal suverenlik. Yəni, texnologiya idxalçısından, istehsalçıya keçid olacaq.

2. Təhsil transformasiyası. Yəni SI əsaslı fərdiləşmiş təhsil, türk dünyası üçün vahid kurikulum (türk dünyası üçün “Boloniya Prosesi”nə analoji vahid rəqəmsal təhsil məkanı) yaradılacaq.

3. İnteqrasiya olunmuş bazar. Yəni rəqəmsal ticarət zonası, startap ekosistemi yaradılır.

4. Kiber-təhlükəsizlik. Yəni ortaq “CERT” strukturu, rəqəmsal təhlükəsizlik (müdafiə) sistemi yaradılır.

IV. Qlobal rəqabətdə mövqe

Bu model 3 əsas rəqəmsal blok arasında yerləşir:

Model Xüsusiyyət

ABŞ Platforma kapitalizmi
Çin Dövlət nəzarətli sistem
Türk modeli Hibrid, yəni mədəni + texnoloji suverenlik

Bu zaman, nə tam azad bazar xaosu, nə də tam nəzarət sistemi olur, məqsəd balanslaşdırılmış model
yaratmaqdır.

V. Risklər və çağırışlar. Müəyyən risklər və yeni çağırışlar yaranır. Belə ki, fraqmentasiya (türk ölkələri arasında koordinasiya zəifliyi səbəbi ilə), texnoloji gecikmə (SI və çip istehsalında geri qalma səbəbi ilə), data kolonializmi (xarici platformaların dominantlığı səbəbi ilə), kadr problemi (yüksək ixtisaslı mühəndis çatışmazlığı səbəbi ilə) kimi risklər və çağırışlar mümkündür.

VI. Bu prosesdə 3 mərhələli yol xəritəsi təklif edilə bilər:

1-ci mərhələ (0–3 il). Ortaq təhsil platforması, dil texnologiyaları, data mərkəzlərinin yaradılması.

2-ci mərhələ (3–7 il). SI modelləri, regional platformalar, startap fondları.

3-cü mərhələ (7–15 il). Qlobal rəqabət qabiliyyətli texnologiyalar (rəqəmsal ixrac, texnoloji brendlər).Təklifə sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması çərçivəsində baxsaq, türk dünyası ya başqa rəqəmsal sivilizasiyalara inteqrasiya olunacaq, ya da, öz rəqəmsal sivilizasiyasını quracaq. 21-ci əsrdə sivilizasiyanı torpaq yox, kod, data və alqoritm müəyyən edir.

Türk dünyasının gələcəyi isə bu qərardan asılıdır: “Biz texnologiyanı istifadə edən olacağıq, yoxsa onu yaradan?”

TÜRKDİLLİ ÖLKƏLƏRİN VAHİD RƏQƏMSAL UNİVERSİTETİ (TRU)

(Davamı var)

Dosent İlham Əhmədov"

Oxşar xəbərlər


Bütün xəbərlər

Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən danışıb
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
"Əsas baza riyaziyyatdır"- Nazirdən AÇIQLAMA
Rövşən Nəcəf: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
Nazir: "Hər il 300-dən çox gənci xaricə göndəririk - 10 ilə minlərlə ekspertimiz olacaq"
Bu məktəbdə müəllimlər vahid formaya keçdilər - FOTO
Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq