Xəbər lentiwidget-title-icon

Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən danışıb
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
"Əsas baza riyaziyyatdır"- Nazirdən AÇIQLAMA
Rövşən Nəcəf: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
Nazir: "Hər il 300-dən çox gənci xaricə göndəririk - 10 ilə minlərlə ekspertimiz olacaq"
Bu məktəbdə müəllimlər vahid formaya keçdilər - FOTO
Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
Məktəbə gedəcək şagirdlərin sayı sürətlə azalır: rəqəmlər nə deyir?
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib - FOTO
Təhsil haqları artırıldı - Tələbələr ayağa qalxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib - İlqar Bayramlıdan sakit təyinat

Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib - İlqar Bayramlıdan sakit təyinat

Peşə Təhsili üzrə Dövlət Agentliyində daha bir sakit kadr təyinatı həyata keçirilib. Bütün təyinatları bəh-bəhlə sosial şəbəkə hesablarında paylaşan Peşə Agentliyi nədənsə bu təyinata diqqət ayırmayıb.

Tehsilmedia.com bizimesr.media-ya istinadən xəbər verir ki, bu ilin iyun ayında Agentliyin tabeliyində fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktor müavini Xəyalə Məmmədova vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra o, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə direktor müavini təyin edilib.

Əsl maraqlı təyinat bundan sonra edilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində direktor müavini vəzifəsinə isə Şəhriyar Laçınov gətirilib.

Kimdir Şəhriyar Laçınov?

Şəhriyar Laçınov daha əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru vəzifəsində çalışıb. 2025-ci ilin mart ayında Şəhriyar Laçınovun döyülməsi ilə bağlı məlumatlar yayıldı, kollecdə onun fəaliyyəti ilə bağlı müxtəlif iddialar səsləndi.

Kollecin müəllim heyəti açıq faktlarla qeyd edirdi ki, Laçınov direktor olduğu müddətdə dərslərə girməyib və kollecdə tələbələrin kəsirlərinə görə ödəniş tələb olunub, bir tələbənin iki kəsirə görə 1 450 manat alıb. Bütün bu biabırçılıqdan sonra Şəhriyar Laçınov Sosial İqtisadi Kollecin direktoru vəzifəsindən azad edildi.

Maraqlıdır ki, bütün bu biabırçılıqdan sonra, işi məhkəmədə olan, rüşvət faktlarında adıə hallanan həmin şəxs Peşə Agentliyinin tabeliyindəki Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində direktor müavini vəzifəsinə təyin olunub. Bu şəxsi Agentlik direktoru İlqar Bayramlıya kim təqdim edib?

Bütün bunlar azmış kimi, məlumata görə, Şəhriyar Laçınov gələcəkdə hansısa müəssisəyə direktor vəzifəsinə təyin ediləcək. Bu təyinat Peşə Agentliyində kadr siyasəti ilə bağlı biabırçılıqları çılpaqlığı ilə ortaya qoyur.

Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Şaban Cərçiyevdir. Müəssisənin fəaliyyəti ilə bağlı da müxtəlif iddialar səsləndirilir. Belə ki, Mərkəzdə avtomobillərin təmiri ilə bağlı işlərin aparıldığı, müəllimlərdən birinin müəssisənin ərazisindən təmir sexi kimi istifadə etdiyi qeyd olunur.

Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Şaban Cəərçiyev də böyük dəstək alan şəxslərdəndir. Məlumata görə, onu toxunulmaz edən Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Xanım Şabanova ilə həmyerli və qohum olmasıdır... Bu barədə daha ətraflı...

Ədil Hüseynov

Oxşar xəbərlər

Bütün xəbərlər