Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Bakı Mühəndislik Universiteti (BMU), Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında “Universitetin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi işinin təşkili haqqında” əməkdaşlıq müqaviləsi imzalanıb.

BMU-nun rektoru Yaqub Piriyev, TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tərəfindən imzalanan sənəd ali təhsil müəssisəsinin cari il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş insan kapitalının formalaşdırılmasının gücləndirilməsi məqsədi daşıyır
Müqavilə elmi-pedaqoji heyət və tələbələrin ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsi çərçivəsində üçtərəfli əməkdaşlığı ehtiva edir

Sənədə əsasən, ali təhsil müəssisəsində sözügedən istiqamət üzrə bacarıqların artırılması məqsədilə həyata keçiriləcək təşviqat işləri çərçivəsində imtahan iştirakçılarının sayı müəyyənləşdiriləcək və hər iştirakçıya yalnız bir dəfə müraciət etmək şansı veriləcək. IELTS imtahanında yüksək bal toplayan, uğurlu nəticə əldə edən akademik heyət üzvü və tələbələrin imtahan üzrə ödənişləri TİF tərəfindən qarşılanacaq.

Müqavilənin qarşılıqlı faydaları, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsinə verəcəyi töhfələr baxımından yüksək dəyərləndirən rektor Yaqub Piriyev bu istiqamətdə tədbirlərin universitetin hazırlanmaqda olan Strateji İnkişaf Proqramında (SİP) da yer aldığını deyib. Rektor SİP-də ali təhsil müəssisəsinin missiya və gələcəyə baxışı, inkişaf məqsədləri, orada qoyulan hədəflərin təmin olunması ilə bağlı qonaqları ətraflı məlumatlandırıb.

Müqavilənin “IELTS imtahanına təşviq” layihəsinin tərkib hissəsi olduğunu deyən TİF-in İdarə heyətinin sədri Elnur Nəsibov BMU-nun ali təhsil müəssisələri arasında bu layihəyə qoşulan sayca 8-ci universitet olması münasibətilə təbrik edib. Layihənin üstünlükləri, gözlənilən müsbət nəticələrdən söz açan sədr fondun ümumi fəaliyyəti, strateji hədəfləri, plan və məqsədləri, növbəti layihə və təşəbbüsləri haqda da danışıb, həmçinin BMU-nun bu prosesin yaxın iştirakçısı olacağına inandığını bildirib.

TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov da qloballaşan təhsil mühitində, eləcə də akademik müstəvidə IELTS-in vacibliyinə diqqət çəkərək, bu addımın tələbə və müəllimlərin gələcək fəaliyyətində yeni istiqamətlərə yol aça biləcəyini vurğulayıb.

Gələcək əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu tədbirdə akademik heyət və təhsilalanların dil biliklərinin gücləndirilməsi, xüsusən ingilis dilinin təkmilləşdirilməsi üzrə müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi bildirilib, həmçinin beynəlxalq dil sertifikatını yüksək nəticə ilə almağın üstünlüklərdən, verdiyi geniş imkanlardan danışılıb. Bu səriştə və bacarıqların elmi-tədqiqat fəaliyyətinə müsbət təsiri, elmi məqalələrin yazılması, tələbə və müəllimlərin beynəlxalq səviyyəli platformlarda, akademik layihələr üzrə təcrübə mübadiləsində fəal iştirakına yol açması, nəticə etibarilə ali təhsil müəssisəsinin reytinqlərdə nüfuzunun müəyyənləşməsindəki rolu qeyd olunub

Oxşar xəbərlər

Bütün xəbərlər