Mayda 17 gün dərs olmayacaq.
1–5 may tarixləri ibtidai sinif şagirdləri üçün tətil günləri kimi müəyyən edilib.
Bununla yanaşı, 9 may – Faşizm Üzərində Qələbə Günü, 26–27 may – Qurban Bayramı, 28 may isə – Müstəqillik Günü səbəbilə dərs olmayacaq.
Qeyd olunan 17 günlük ümumi istirahət müddətinə həm bayram günləri, həm də ayın rəsmi istirahət günləri daxildir.



























