Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?

Son zamanlar tarix dərslərində müşahidə olunur ki, şagirdlər mövzunu evdə öyrənib gəlir və dərsdə rahat şəkildə danışırlar. Lakin müəllim mövzu ilə bağlı qəfil sual verdikdə cavab tapmaqda çətinlik çəkirlər.

Maraqlıdır, bu hal şagirdlərin materialı anlamadan, sadəcə mexaniki şəkildə əzbərləməsi ilə bağlıdır, yoxsa burada psixoloji faktorlar daha böyük rol oynayır?

Mövzu ilə bağlı AzEdu.az-a tarix müəllimi, “İlin gənc müəllimi - 2024” müsabiqəsinin qalibi Rəşadət Abdulov fikirlərini bölüşüb.

O bildirib ki, şagirdlər öyrəndikləri mövzunu praktikaya tətbiq etməkdə çətinlik çəkirlər:

“İlk növbədə qeyd etmək lazımdır ki, orta məktəblərdə tarix fənnindən şagirdlərə tədris olunan mövzuların həcmi böyük, tərkibi isə kifayət qədər informasiya ilə zəngindir. Nəzərə almaq lazımdır ki, şagirdlər gün ərzində 4-5 fənnin mövzularını hazırlamalıdırlar. Vaxt məhdudiyyəti olan şagirdlər çox zaman mövzuların mahiyyətinə varmadan, yalnız “qiymət xətrinə” onları əzbərləyirlər. Bu formatda öyrənilən mövzu uzun müddət yaddaşda qala bilmir. Belə olan halda şagirdlər əslində mövzunun mahiyyətini ən yaxşı halda 50 faiz anlaya bilirlər.

Sözsüz ki, müəllimin verəcəyi sual çox vaxt yaddaşa əsaslanan cavab tələb etmədiyi üçün şagirdlər cavab tapmaqda çətinlik çəkirlər. Bəzən müəllimlər dərs zamanı digər fənlərlə inteqrasiya qurmurlar. Belə ki, Yüzillik müharibə mövzusunu öyrənən şagird xəritədə nə İngiltərənin, nə də Fransanın yerini dəqiq müəyyən edə bilmir, çünki şagirdlərin oxuduqları mövzunu praktikaya çevirmək üçün vaxtı qalmır”.

R .Abdulovun sözlərinə görə, tarix dərsliklərində mövzuların həcmi azaldılmalı və daha obrazlı şəkildə təqdim olunmalıdır:

“Məsələnin digər problemli tərəfi ondan ibarətdir ki, bəzən şagirdlər yanlış cavab verməkdən qorxurlar. Bu isə müəllimin dərs zamanı düzgün strategiya seçməməsindən irəli gəlir. Şagirdlərin risk etmək qabiliyyətinin qarşısını alan bu cür dərs mühiti sinfin bütünlüklə qapalı düşüncə tərzinə keçməsinə səbəb olur. Müəllim unutmamalıdır ki, o, təkcə şagirdlərin biliyini deyil, həm də fəaliyyətlərini qiymətləndirməlidir. Problemin həlli isə əslində o qədər də çətin deyil; məsələyə kompleks yanaşmaq kifayətdir. Bunun üçün tarix dərsliklərindəki mövzuların həcmi kiçildilməli, eyni zamanda onlara bir qədər obrazlılıq əlavə olunmalıdır.

Şagirdlər anlamalıdırlar ki, tarixi hadisələrin öyrənilməsi səbəb-nəticə əlaqəsi kontekstində baş verir. Dərsə hazırlaşarkən bilməlidirlər ki, istənilən tarixi proses nə üçün baş verib, hadisənin gedişatı necə olub və sonu nə ilə nəticələnib. Bu suallar nəticəsində əldə olunan biliklər mövzunu şagirdlərin yaddaşında canlandıran bir “əzələ sistemi” rolunu oynayır.

Bəzən şagird hər hansı bir dövlətin hansı illərdə mövcud olduğunu bilmədən onun daxili və xarici siyasətini öyrənməyə çalışır. Bu isə əldə olunan biliyin qum üzərində yazılmasına gətirib çıxarır”.

Müəllim qeyd edib ki, təhsil sistemi daim yenilənir və şagirdlər bu dəyişikliklərə uyğun hazırlanmalıdır:

“Son zamanlar tarix fənnindən hazırlanan sualların quruluşunda kifayət qədər dəyişikliklər meydana çıxıb. Əvvəlki test topluları ilə hazırlaşan abituriyentlər bu səbəbdən yeni sual formaları ilə qarşılaşanda sualların çətin olduğunu vurğulayırlar. Nəzərə almaq lazımdır ki, təhsil sistemi durmadan yenilənir. Belə olan halda şagirdləri yeniləşən təhsil sisteminə hazırlamaq lazımdır.

Daha çox tarixi hadisələr arasında əlaqə qurularaq mənimsənilən mövzular testlərin sürətli həllinə şərait yaradır. Əslində, bu proses düzgün qurulduğu müddətcə təhsilin inkişafı üçün mütərəqqi hesab edilə bilər. Lakin kifayət qədər zəngin və xırda detallara sahib fəndə sual hazırlayarkən daha çox ümumiləşmiş biliklərə və praktik bacarığa əsaslanan suallar tərtib etmək lazımdır. Təəssüf ki, bəzən elə suallar olur ki, şagird xırda əzbərçi nüansları bilmədən cavab verə bilmir. Ona görə də tarix fənnindən testlərin tərtibi zamanı bunlar nəzərə alınmalıdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər