Xəbər lentiwidget-title-icon

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu

Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara görə, 2022/2023-cü tədris ilində 151 634 müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 150 868 nəfərə düşüb. 2024/2025-ci tədris ilinin əvvəlində isə müəllimlərin sayı daha da azalaraq 146 381 nəfər təşkil edib.

Cins bölgüsünə baxdıqda isə qadın müəllimlərin sayında daha kəskin azalma nəzərə çarpır. Belə ki, 2022/2023-cü ildə qadın müəllimlərin sayı 124 293 nəfər idisə, 2023/2024-cü ildə bu rəqəm 124 840 nəfərə qədər artıb, amma 2024/2025-ci ildə 120 633 nəfərə enib. Kişi müəllimlərin sayında da azalma qeydə alınıb. 2022/2023-cü ildə 27 341 nəfər kişi müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 26 028 nəfərə, 2024/2025-ci ildə isə 25 748 nəfərə düşüb.

Maaşlara gəldikdə isə bir müəllimin 2021-ci ildə orta əməkhaqqı 533 manat idisə, 2022-ci ildə bu rəqəm 720 manata, 2023-cü ildə isə 830 manata yüksəlib. Artım 2024-cü ildə də davam edib və orta aylıq əməkhaqqı 920 manata çatıb. 2025-ci il üçün bu göstərici 965 manata yüksəlib.

Qeyd edək ki, Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun yaxın bir neçə ildə 50 min müəllimin ixtisar olacağını açıqladıqdan sonra bu məsələ yenidən gündəmə gəlib.

AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil sahələri üzrə ekspert Elmin Nuri qeyd edib ki, ölkədə şagird sayı 100-dən az olan məktəblərin daha böyük məktəblərlə birləşdirilməsi prosesi həyata keçirilib, digər tərəfdən, xüsusilə Bakı, Sumqayıt və Abşeron məktəblərində şagird sıxlığı yüksəkdir və şagirdlər daha çox bir neçə sinifdə cəmləşir.

“Bu müəllimə olan tələbatın strukturunu dəyişir. Eyni zamanda, müasir dövrdə müəllimlik artıq alternativsiz peşə sayılmır. Müxtəlif ixtisaslar üzrə təhsil alan şəxslər yalnız məktəbdə deyil, özəl təhsil müəssisələrində, kurslarda, layihələrdə və digər proqramlarda da fəaliyyət göstərə bilirlər. Yəni müəllimin fəaliyyəti yalnız məktəblə məhdudlaşmır.

Bununla belə, Azərbaycanda hər il yüzlərlə ixtisaslı müəllim əmək bazarına daxil olur. Lakin məktəblərin və şagirdlərin sayının azalması kadr sayı ilə mövcud imkanlar arasında ciddi disbalans yaradır. Statistik göstəricilər də bunu təsdiqləyir: ildən-ilə birinci sinfə gedən şagirdlərin sayı azalır. Bu isə demoqrafik amillərlə bağlıdır”.

E. Nuri qeyd edib ki, təxminən 15 il əvvəl ümumi şagird sayı təxminən 1,6 milyon idisə, yaxın illərdə bu rəqəmin 1 milyona qədər enəcəyi proqnozlaşdırılır:

“Bu ən azı yarım milyon şagird azlığı deməkdir. Nəticədə siniflərin, dərs saatlarının və ümumilikdə məktəblərin sayı azalacaq. Bu proses müəllimlərin iş yükünə və maaşına birbaşa təsir göstərəcək”

Ekspert qeyd edib ki, mövcud şəraitdə müəllimlər arasında rəqabət də güclənəcək. Daha hazırlıqlı, bacarıqlı və peşəkar müəllimlər iş yerlərini qoruyub saxlaya və hətta daha yüksək gəlir əldə edə biləcəklər. Digərləri üçün isə vəziyyət daha çətin olacaq”.

“Keçmişlə müqayisədə də azalma açıq görünür. Məsələn, əvvəllər bir paralel üzrə 5 sinif olduğu halda, hazırda bu rəqəm bəzi məktəblərdə 3-4-ə enib. Bu tendensiya getdikcə daha da nəzərə çarpır”.

Müəllimlər məktəbdən aslı qalmalı deyil:

“Problemi müəyyənləşdirmək vacibdir, lakin əsas məsələ onun həll yollarını tapmaqdır. Müəllimlər yalnız məktəbdən asılı qalmamalıdır. Əgər məktəbdə vakant yer yoxdursa, müəllim namizədləri illərlə müsabiqə nəticələrini gözləməməlidir. Bu baxımdan özəl təhsil sektorunun inkişafı xüsusi əhəmiyyət daşıyır.

Çünki bu proses təkcə sosial-iqtisadi deyil, eyni zamanda sosial-demoqrafik xarakter daşıyır. Şagird sayının azalması zəncirvari şəkildə digər sahələrə də təsir edir. Belə bir şəraitdə əsas sual budur: müəllimlər bu dəyişikliklərə necə uyğunlaşmalıdır?

Nəticə etibarilə, rəqabətdə üstünlük qazanan müəllimlər üçün imkanlar genişlənə bilər. Lakin digərlərinin də sistemdən kənarda qalmaması üçün alternativ məşğulluq imkanlarının yaradılması zəruridir” – o qeyd edib.

Oxşar xəbərlər

Bütün xəbərlər