Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
Ötən gün vəfat edən Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
AzEdu.az xəbər verir ki, vida mərasimində görkəmli şairin ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edirlər.
Xalq şairi Birinci Fəxri xiyabanda dəfn olunacaq.



























