Xəbər lentiwidget-title-icon

Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

Xalq şairi Məmməd Arazın 90 illik yubileyi qeyd edilib - FOTO

Xalq şairi Məmməd Arazın 90 illik yubileyi qeyd edilib - FOTO

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında Xalq şairi Məmməd Arazın 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Bu barədə "tehsilmedia.info"a muzeydən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı şairin çoxcəhətli və zəngin ədəbi irsindən danışıb, onun ədəbiyyatımızın inkişafındakı xidmətlərini qeyd edib. Yaqut Bahadurqızı bildirib ki, vətən sevdalısı Məmməd Arazın irsi zəngin və səmimi olduğundan hər kəsin dilinə yatır, ürəyinə yol tapır. Məmməd Araz kağıza həkk etdiyi hər misrasında vətən sevgisini, dərin həyat fəlsəfəsini milyonlarla oxucuya ötürən görkəmli söz ustadı olub.

Filial müdiri qeyd edib ki, ömrünün enişli, yoxuşlu illərində sınmayan, əyilməyən şairi fiziki cəhətdən sındırsalar da, onun ruhunu, məsləkini sındıra, əyə bilmədilər: “Sovetlərin ən qatı, ən sərt zamanında vətən məfkurəsi, cənublu, şimallı Azərbaycan arzusu ilə yaşayan və bunu açıq-aşkar yaradıcılığında qorxmadan əks etdirən şair Məmməd İbrahim Arazı özünə təxəllüs götürərək: “Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər”, - deyib. Hər misrası, hər bəndi kiçikdən böyüyə hər kəsin sevimlisinə çevrilən Məmməd Araz xalqın şairi olmağı, milli ruhu daşımağı mükəmməl şəkildə bacarıb”.

Sonra Kürdəmir şəhər 4 saylı məktəbin dil-ədəbiyyat müəllimi Aytən Umudova çıxış edərək Məmməd Arazın mənalı, keşməkeşli və şərəfli, bütövlükdə vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşadığını söyləyib. O, Məmməd Araz şeirindən danışdıqda ağıla sözünün, qələminin nəfəsi ilə, ürəyinin səsi ilə hayqıran, xalqın şah damarına toxunan, insanların ürək təpərinə çevrilən, ümidə, təsəlliyə, göz yaşına çevrilən sehirli misraların gəldiyini bildirib.

Tədbirdə, həmçinin Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, yazıçı-publisist Əlisəfa Azayev, Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin Kürdəmir rayon üzrə nümayəndəsi Vaqif Alıyev, kitabxanaçı, şəhid anası Müşkünaz Əliyeva, Məmməd Araz pərəstişkarı, Kürdəmir rayon Mollakənd kənd tam orta məktəbin direktoru Akif İbrahimov çıxış edərək zamanla hesablaşmayan Məmməd Araz şeirlərinin poetik təfəkkürümüzün ən uğurlu ifadəsi olmasından, onun milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanmasından bəhs ediblər.

Məktəblilər şairin dillər əzbəri olan şeirlərindən nümunələr səsləndiriblər.

Mərasimdə, eyni zamanda görkəmli şairin həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən videoçarx nümayiş etdirilib, sözlərinə bəstələnmiş musiqi nümunələri səsləndirilib.

Sonda Məmməd Arazın şeirlərini söyləyən şagirdlər N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun imzaladığı Fəxri fərmanla mükafatlandırılıblar.

Xalq şairi Məmməd Arazın 90 illik yubileyi qeyd edilib - FOTO
Xalq şairi Məmməd Arazın 90 illik yubileyi qeyd edilib - FOTO
Xalq şairi Məmməd Arazın 90 illik yubileyi qeyd edilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər