Xəbər lentiwidget-title-icon

Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR

AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib


Oktyabrın 6-da AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan məlumat verilib.

Tədbiri Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, akademik Teymur Kərimli açaraq gündəlikdə qoyulan məsələlərlə iştirakçıları tanış edib. Qeyd edib ki, 2023-cü ilin 14 oktyabr tarixində Xalq şairi, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli Məmməd Arazın 90 illiyi tamam olur. Akademik Teymur Kərimli bu iclasın Məmməd Arazın 90 illik yubileyinə ithaf edildiyini diqqətə çatdıraraq Xalq şairinin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu haqqında məlumat verib.

Elmi şuranın iclasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Yaşar Qasımbəylinin “Məmməd Arazın istiqlal dövrü poeziyası” mövzusunda məruzəsi dinlənilib.

Ədəbiyyatşünas alim qeyd edib ki, Xalq şairi Məmməd Arazın yaradıcılığı XX əsr Azərbaycan poeziyasının təkrarsız hadisələrindən biri sayılır. Ümummilli lider Heydər Əliyev Məmməd Arazın poeziyasını yüksək qiymətləndirərək demişdir: “Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur”. Yaşar Qasımbəyli öz məruzəsində görkəmli sənətkarın ədəbi irsinin mahiyyətini və əhəmiyyətini şərtləndirən iki mühüm xüsusiyyəti diqqətə çatdırıb: “Birincisi, Məmməd Araz poeziyası Azərbaycan xalqının milli istiqlal təfəkkürünü dirçəldən və formalaşdıran əsas milli ədəbi mənbələrdən biridir. İkincisi isə, Məmməd Araz Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Hüseyn Kürdoğlu, Fikrət Qoca, Fikrət Sadıq, Musa Yaqub, Məmməd İsmayıl, Şahmar Əkbərzadə, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Ramiz Rövşən, Vahid Əziz və başqaları ilə bir sırada müstəqillik dövrü Azərbaycan poeziyasının ilk təməl daşlarını qoyan əvəzsiz sənətkarlarımızdan biridir. Tanınmış şairin Birinci Qarabağ müharibəsi dövründə - 90-cı illərin əvvəllərində yazdığı mühüm əsərləri - “Ata millət, ana millət ağlama” (1992), “Bizi Vətən çağırır” (1992), “Əsgər oğul” (1993), “Ayağa dur, Azərbaycan” (1992), “Çıxıb getmək istəyirəm” (1992), “Biz olmayanlar” (1992), “Sərhəd çəpərləri” (1992), “Əsrin yalanları, əsrin vədləri” (1992), “Qoş məni dağ küləyinə” (1992), “Dilənçi qaçqın” (1992), “Nişançı özümüz, hədəf özümüz” (1992), “Yaşamaq budurmu” (1992), “Bu millətin dərdi-səri” (1992), “Ay Allah” (1992), “Qayıtma” (1992), “Bu insan adalanan insan” (1992), “Bu millətə nə verdik ki?!” (1992), “Yaşamağa nə var ki?” (1993) və b. şeirləri müstəqillik dövrü Azərbaycan poeziyasının ilk qızıl səhifələrini təşkil edir

Filologiya elmləri doktoru Yaşar Qasımbəyli Xalq şairi Məmməd Arazın istiqlal dövrü poeziyasını onun yaradıcılığından şeir nümunələri əsasında təhlil edərək iclas iştirakçılarına maraqlı məlumatlar təqdim edib. Alim əhatəli məruzəsinin sonunda bildirib: “Çağdaş söz sənətimizdə müstəqillik dövrü gerçəkliyinin bədii-fəlsəfi təhlili və dəyərləndirilməsi ədəbiyyatşünaslığımızın qarşısında duran mühüm vəzifələrdən biridir. Bu prosesdə altmışıncıların özünəməxsus missiyası və mövqeyi ayrıca bir tədqiqatın mövzusudur. Məmməd Araz yaradıcılığında müstəqillik dövrü epoxasının inikası isə daha bir mühüm və vacib məsələlərdən olub, diqqəti xüsusi cəlb edir. Şairin bu yöndəki mənəvi-estetik axtarışlarını təhlil edib ümumiləşdirərkən, milli idealın seçimi və ifadəsi ilə bağlı problemin son dərəcə mühüm əhəmiyyət kəsb etdiyini görürük. Azərbaycan tarixinin bütün böyük-kiçik, uzaq və yaxın mərhələlərini nəzərdən keçirən müəllif öz mənəvi istinadgahı kimi tariximizin qaranlıqları içərisindən iki nurlu nöqtəni kəşf edib bizə göstərməyə nail olur: Şah İsmayıl Xətai və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev. Əgər son 500 illik tariximizin ən parlaq səhifələri Xətai babanın müqəddəs qılıncı ilə əbədiyyətə həkk olunmuşsa, çağdaş 50 illik tariximiz isə bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin qələmi ilə yazılmışdır. Bu gün hamının anladığı və dərindən dərk etdiyi bu həqiqəti xalq şairi Məmməd Araz hələ 90-cı illərin əvvəllərində uzaqgörənliklə ifadə etmişdi. Bəli, 500 illik keçmişimiz ulu Xətainin qılıncı ilə, önümüzdəki gələcək isə Ulu Öndərin qələmi ilə müəyyənləşmişdir”.

Elmi məruzə ilə bağlı akademik Muxtar İmanov və AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək Məmməd Araz poeziyasının həmişəyaşar olduğunu, öz aktuallığını qoruyub saxladığını bildiriblər.

Daha sonra Elmi şuranın sədr müavini, akademik Teymur Kərimli elmi-təşkilati məsələləri iclas iştirakçılarının nəzərinə çatdırıb. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə görülən işlər və qarşıda duran vəzifələr barədə bölmə üzvləri ilə müzakirələr aparılıb. Daha sonra Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi, eləcə də Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illiyi ilə bağlı AMEA-nın qəbul etdiyi qərarların icra vəziyyətinə nəzər salınıb.

İclasda Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrində 2024-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul planı və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi haqqında müvafiq qərarlar qəbul edilib.

HEB-in Elmi şurasında bir sıra kadr məsələlərinə də baxılıb. Filologiya üzrə fəlsəfə doktoru dosent Aynur Nəcəfova Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların elektron resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynurə Əliyeva həmin institutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi vəzifəsinə təsdiq edilib. Eləcə də Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru Elnurə Abbasova Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Musavi Sosiolinqvistika və psixolinqvistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyev isə Türk dilləri şöbəsinin böyük elmi işçisi vəzifəsinə təsdiq edilib.

İclasın sonunda Humanitar Elmlər Bölməsinin üzvləri və müəssisə rəhbərləri arasında humanitar elmlərin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər


Bütün xəbərlər

Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM