Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!

Sosial şəbəkələrdə yayılan bir video təhsilə baxış bucağımızı yenidən sorğulamağa vadar edir. İngiltərədə yaşayan bir valideyn danışır:

"12 yaşlı oğlum, məktəbin loqolu corabını deyil, sadə bir mavi corab geyindiyi üçün intizam tənbehi aldı."

Tehsilmedia.info saytının baş redaktoru Sakit Muradov bu video haqqında öz fikirlərini şərh etdi.

​İlk baxışda "bu qədər də olmaz" dediyimiz bu hadisə, əslində mükəmməl işləyən bir sistemin dişli çarxlarından xəbər verir. Gəlin, bu "corab davası" ilə bizim təhsildəki "müəllim sıxıntısını" müqayisə edək.

​İngiltərə təhsilini tərifləməli olduğumuz nöqtə məhz budur. Orada qayda "corab loqolu olmalıdır" deyirsə, bu, hər kəs üçün keçərlidir. Bu, uşağa kiçik yaşdan övlad olduğu ailənin statusundan asılı olmayaraq, cəmiyyətin bir parçası olduğunu və kollektiv intizama tabe olmağı öyrədir.

İndi isə qayıdaq öz reallığımıza. İngiltərədə sistem şagirdi "corab" üzərindən nizama salarkən, bizdə sistem müəllimi "təhdid" üzərindən idarə etməyə çalışır.

Bizim təhsildə ən böyük "intizam" tədbiri müəllimin 200 manatlıq cərimə edilməsi, maaşının kəsilməsi və ya şantaj olunmasıdır. İngilis məktəbi şagirdin geyiminə standart gətirəndə, bizdə bəzi rəhbərlər müəllimin ləyaqətinə "standart" gətirməyə çalışır.

Müəllimin hər addımının izlənilməsi, onun üzərində daimi bir qorxu buludunun saxlanılması təhsilin keyfiyyətini deyil, sadəcə "itaətkar kütləni" artırır. Qorxu olan yerdə isə yaradıcılıq ölür.

Bizdə çox vaxt şagirdin saçı, forması müzakirə olunur, amma müəllimin içində olduğu mənəvi çöküş, maddi sıxıntı və ona qarşı edilən haqsızlıqlar "reytinq" xatirinə ört-basdır edilir.

​İngiltərədə uşağa verilən "corab cəzası" onun gələcəkdə qanunlara hörmət edən bir vətəndaş kimi yetişməsinə xidmət edir. Çünki o bilir ki, qayda hər şeydən üstündür.

​Bizdə isə müəllimə verilən "maaş cəzası", təhdid və şantaj, təhsilin təməlini sarsıdır. Müəllimin şantaj olunduğu, aşağılandığı və cərimələrlə qorxudulduğu bir ölkədə şagirdin ayağına qızıl corab geyindirsəniz belə, o uşaqdan ləyaqətli vətəndaş yetişməyəcək.

Təhsil corabın rəngində deyil, müəllimin azadlığında və nüfuzundadır. Biz nə vaxt müəllimə verdiyimiz dəyəri ingilislərin bir coraba verdiyi önəm qədər ciddiləşdirsək, bax o zaman inkişafdan danışa bilərik.

Oxşar xəbərlər

Bütün xəbərlər