"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
WUF 13 (Ümumdünya Şəhərsalma Forumu) 2026-cı ildə Bakıda keçiriləcək ən mühüm beynəlxalq tədbirlərdən biridir. Bu, təkcə memarlıq və tikinti deyil, həm də gələcəyin yaşayış tərzi və təhsil mühiti haqqında böyük bir platformadır.
Tehsilmedia.info saytının baş redaktoru Sakit Muradov məktəblərdə bu mövzunu həm "Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi" kontekstində, həm də müasir təhsilin tələbləri ilə necə əlaqələndirmək olar? sualı ətrafında fikirlərini bildirmişdir.
WUF 13 (World Urban Forum) BMT-nin Məskunlaşma Proqramı tərəfindən təşkil olunur. Əsas mövzu "Davamlı Şəhərlər"dir.
Əvvəlcə, müəllimlər şagirdlərə bu ilin əhəmiyyəti və bu tədbirin Azərbaycan və Azərbaycanın dünya miqyasında rolu haqqında məlumat vermək lazımdır.
Şagirdlərə yalnız binaların tikilməsini deyil, həmin binaların içindəki həyatın keyfiyyətini: ekologiya, rəqəmsallaşma, inklüzivlik öyrədir.
Məktəbdə şagirdlərlə müzakirələr keçirə bilərik. "Gələcəyin məktəbi", "Ağıllı kənd və şəhərlər" mövzusunda müzakirələr açmaq olar. Bu, şagirdlərdə tənqidi təfəkkür və ekoloji məsuliyyət hissini formalaşdırır.
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində təhsil müəssisələrində praktiki və yaradıcı fəaliyyətlər ön plana çıxa bilər:
Peşəyönümlü işlər: Memarlıq və mühəndislik peşələrinə marağı artırmaq üçün infoturlar və ya mütəxəssislərlə görüşlər.
Məktəb mühitinin dizaynı: Şagirdlər arasında "Mənim xəyalımdakı məktəb binası" adlı layihə yarışmaları keçirmək olar. Burada həm estetik (memarlıq), həm də funksionallıq (təhsil mühiti) birləşməlidir.
Məktəblərdə aşağıdakı mövzuları işıqlandırmaq effektiv olar:
-STEM və Memarlıq İnteqrasiyası
Riyaziyyat və fizika dərslərində tikinti konstruksiyaları, dayanıqlılıq və həndəsi fiqurların tətbiqi mövzularını WUF 13-lə əlaqələndirmək olar. Məsələn, şagirdlər maket hazırlayarkən həm mühəndislik, həm də ekoloji biliklərini istifadə edirlər.
- "Yaşıl Təhsil Müəssisələri" Layihəsi
WUF-un əsas hədəflərindən biri karbon emissiyasını azaltmaqdır. Məktəblərdə "Enerjiyə qənaət edən məktəb modeli" üzərində işləmək olar.
- "Bakı 2026: Şəhərimizi necə görmək istəyirik?" mövzusunda esse və ya rəsm müsabiqələri keçirə bilərik.
Şəhərsalmanın təhsilə təsiri — şəhər infrastrukturu təhsilin əlçatanlığına necə təsir edir? mövzusunda debatlar, dəyirmi masalar keçirə bilərik.
Unutmayaq ki, 2026-cı il həm də işğaldan azad edilmiş ərazilərdə "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin genişləndiyi dövrdür. Bu təcrübəni tədris proqramlarına situasiya sualları və Keys-stadi (Case study) kimi daxil etmək olar.




























