Xəbər lentiwidget-title-icon

350-dən çox məktəb kağız jurnaldan imtina edib - MÜTDA
Bu il sertifikasiyada 23 mindən çox müəllim iştirak edəcək
14 məktəbdə tətbiq edilən model minlərlə şagirdin nəticəsini dəyişir
40 mindən çox namizəd MİQ-ə qeydiyyatdan keçib - imtahan TARİXİ
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Emin Əmrullayevin son zəng tələbi mübahisəsi
Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbində intellektual yarış keçirilmişdir.
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı
"Valideyn müəllimin işinə hədsiz müdaxilə edir, ona təziyiq göstərir" - Deputatın təhsil resepti
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi keçirilib
"BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb
Qabiliyyət imtahanlarının keçirilmə qrafiki AÇIQLANDI
UNEC-də “Məzun platforması” istifadəyə veriləcək
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Keçmiş məktəb direktoru tutuldu
İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir
Agentlik rəsmisi: Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb
Məktəbdə davamiyyət problemləri: Şagirdlər niyə dərs buraxır? – OECD
"Şagirdlərin çoxu universiteti oxumaq üçün deyil, tələbə olmaq üçün seçir"
Bazar günü 16 minə yaxın bakalavr imtahan verəcək
“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT
Peşə təhsilinin akkreditasiyası üçün QEYDİYYAT başlayıb
“Təhsil yoxdursa, nazirlik də ləğv edilsin, Əmrullayev isə…” – VACİB AÇIQLAMA

Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum öz işinə başlayıb - YENİLƏNİB+FOTOLAR

Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum öz işinə başlayıb - YENİLƏNİB+FOTOLAR

Oktyabrın 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramı üzrə AR Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində forum öz işinə başlayıb.

tehsilmedia.info xəbər verir ki, forumda giriş nitqi ilə çıxış edən STEPI-nin baş elmi işçisi, layihənin koordinatoru Eun Joo Kim STEPI-nin tərəfdaşlığı ilə son 7 ildə 12 ölkə ilə elm, texnologiya və innovasiya siyasəti ilə bağlı məsləhətləşmələr, o cümlədən bacarıqların artırılmasına dair 16 layihənin icra edildiyini bildirib. Layihə koordinatoru qeyd edib ki, Cənubi Qafqaz regionunda, MDB dövlətləri içərisində Azərbaycan yeganə ölkədir ki, Koreya Respublikasının bu imkanlarından faydalana bilmiş və ən çox layihə həyata keçirən ölkə statusuna sahib olmuşdur.

O, STEPI və YTP arasında beynəlxalq texnoloji innovasiyalar üzrə əməkdaşlıq layihəsinin önəminə toxunaraq bildirib ki, layihə çərçivəsində texnoparkın əməliyyat potensialının və rəqabət qabiliyyətinin əsas təlim proqramları vasitəsilə gücləndirilməsi, ölkədə innovativ iqtisadi ekosistemin formalaşdırılması və inkişafına dəstək verilməsi, həmçinin əməliyyat təcrübəsinin artırılması nəzərdə tutulub.

E.J.Kim STEPI ilə birgə həyata keçirilən layihənin YTP-də texnologiyaların kommersiyalaşdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu deyib, layihənin Azərbaycanın elm, texnologiya və innovasiya siyasətinə mühüm töhfə verəcəyinə inamını ifadə edib.

Daha sonra çıxış edən YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov texnoparkın 2017-ci ildən STEPI ilə əməkdaşlıq etdiyini bildirib. O, STEPI ilə birlikdə “Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın gücləndirilməsi” layihəsinin icrasına 2022-ci ildə başlanıldığını və 2022-2024-cü illəri əhatə edən layihənin əsas konsepsiyasının təcrübə mübadiləsi və məsləhətləşmələr vasitəsilə Azərbaycan ekspertlərinin bacarıqlarını gücləndirməkdən ibarət olduğunu qeyd edib.

“Layihə çərçivəsində bilik və bacarıqların artırılması, müsbət nəticələrin əldə edilməsi üçün müxtəlif yanaşmalar tətbiq edilmişdir”, - deyən Vasif Abbasov hazırkı layihənin icrası ilə Azərbaycanda insan kapitalının formalaşmasına töhfə verilməsi, Azərbaycan-Koreya elmi, texnologiya və innovasiya əməkdaşlığının genişləndirilməsi, YTP-nin istismar proqramının təkmilləşdirilməsi, biliyin iqtisadi dəyərə çevrilməsi ilə müşahidə olunan texnologiyanın kommersiyalaşdırılması prosesinin daha da inkişaf etdirilməsi istiqamətləri üzrə hədəflərin müəyyənləşdirilməsi nəzərdə tutulub.

Baş direktor çıxışının sonunda Koreya Respublikasının tanınmış ekspertlərinin və yerli məsləhətçilərin apardığı təlimlər, eləcə də tətbiq olunan digər metodların YTP-nin və benefisiar qrupda təmsil olunan digər təşkilatların nümayəndələrinin gələcək inkişafına və Koreya-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyini bildirib.

Forumda Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Eun Yong Lee çıxış edərək bu cür tədbirlərin iki ölkə arasındakı elmi-texniki əlaqələrin inkişafında mühüm rola malik olduğunu söyləyib.

O, Azərbaycan ilə Koreya arasında 1992-ci ildən qurulan diplomatik əlaqələrin bu gün bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirildiyini diqqətə çatdırıb. İki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu deyən səfir Azərbaycanla Koreya arasında neft sektorunda, informasiya texnologiyaları və bərpa olunan enerji sahələrində, nəqliyyat istiqamətində, o cümlədən elm, təhsil, texnologiya sferalarında çoxlu əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirib.

Eun Yong Lee forumun səmərəli müzakirələrlə iştirakçıların həyatında yaddaqalan tədbirə çevriləcəyinə əminliyini ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra YTP-nin icraçı direktoru Zaur Nəhmətov “STEPI və YTP-nin 2023-cü il K-İnnovasiya tərəfdaşlığı” mövzusunda məruzə ilə çıxış edib. O, STEPI ilə YTP-nin əməkdaşlığı çərçivəsində texnologiyaların transferi və kommersiyalaşdırılması və startap-inkubasiya istiqamətində əhəmiyyətli işlərin görüldüyünü, bu sahələrdə Koreya təcrübəsinin öyrənildiyini və ölkəmizdə tətbiq olunduğunu diqqətə çatdırıb.
Zaur Nəhmətovun sözlərinə görə, elm, texnologiya və innovasiya siyasətinin inkişafı və texnoparkların idarəetmə və istismarına yönəlmiş layihələr çərçivəsində 20-yə qədər onlayn və ənənəvi təlim təşkil edilmişdir. Keçirilən təlimlərdə fundamental və təbiət elmləri üzrə fəaliyyət göstərən elmi müəssisələrin, innovasiya mərkəzlərinin və universitetlərin nümayəndələri Koreyalı ekspertlərin təcrübələrindən bəhrələnmiş və potensiallarını artıraraq müvafiq sertifikatlara yiyələnmişlər.

O, həmçinin layihə çərçivəsində cari ilin may ayında YTP-nin, AR İqtisadiyyat Nazirliyinin İnkubasiya və texnologiyaların transferi və özəl şirkətinin nümayəndələrinin Koreya Respublikasında səfərdə olduqlarını qeyd edib. Bildirib ki, səfərin əsas məqsədi Azərbaycanda texnologiyaların kommersiyalaşdırılması imkanlarını artırmaq üçün Koreyanın bu sahədəki təcrübəsini öyrənmək, tədqiqat institutlarını ziyarət etmək, Azərbaycan üçün texnologiyaların kommersiyalaşdırılması proqramının Fəaliyyət Planına dair müzakirələr aparmaq və bu sahədə hər iki ölkənin akademik-sənaye qurumları və ekspertləri arasında şəbəkə yaratmaqdan ibarət olub. İcraçı direktor səfər zamanı Azərbaycan nümayəndə heyətinin Seul və Daejon şəhərlərində yerləşən “SK TELECOM” şirkətinin Gələcək Mərkəzi, Koreya Qabaqcıl Texnologiyalar İnstitutu, Koreya Elm və Texnologiya İnstitutu, Innotown SEUL Bio-hub, Koreya Universitetinin X-Garage İnkubasiya Mərkəzi, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu, Hanbat Universiteti, Milli Texnologiya Bankında keçirilən görüşlərdə iştirak etdiklərini diqqətə çatdırıb.

Tədbirdə STEPI və YTP-nın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Forum öz işini “Koreya məsləhətləşmələrinin nəticəsi və Azərbaycanda tətbiqi” və “Texnologiyaların transferi və kommersiyalaşdırılması platforması vasitəsilə Azərbaycanda innovasiya ekosisteminin təşviqi” sessiyaları üzrə davam etdirib.

Sessiyalarda yerli və xarici ekspertlər tərəfindən “Texnologiyanın kommersiyalaşdırılması ekosistemi və dövlət qurumlarının rolları”, “Azərbaycanda texnologiyanın kommersiyalaşdırılması ekosistemi və siyasəti”, “Koreyanın I-Corp Proqramının Azərbaycanda tətbiqi və istifadəsi”, “Yaradıcı İqtisadiyyat və İnnovasiya Mərkəzinin (CCEI) texnologiyaların kommersiyalaşdırılmasına dəstək Proqramı”, “Texnologiyaların Transferi və Kommersiyalaşdırılması Platformasının yenilənməsi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Oktyabrın 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən forum öz işinə başlayıb.

tehsilmedia.info xəbər verir ki, forum Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) tərəfindən keçirilir.

Forum çərçivəsində “Koreya məsləhətləşmələrinin nəticəsi və Azərbaycanda tətbiqi” və “Texnologiyaların transferi və kommersiyalaşdırılması platforması vasitəsilə Azərbaycanda innovasiya ekosisteminin təşviqi” sessiyaları təşkil olunacaq.

Sessiyalarda yerli və xarici ekspertlər tərəfindən “Texnologiyanın kommersiyalaşdırılması ekosistemi və dövlət qurumlarının rolları”, “Azərbaycanda texnologiyanın kommersiyalaşdırılması ekosistemi və siyasəti”, “Koreyanın I-Corp proqramının Azərbaycanda tətbiqi və istifadəsi”, “Yaradıcı İqtisadiyyat və İnnovasiya Mərkəzinin (CCEI) texnologiyaların kommersiyalaşdırılmasına dəstək proqramı”, “Texnologiyaların transferi və kommersiyalaşdırılması platformasının yenilənməsi” və digər mövzularda məruzələrin dinləniləcək.

Forum Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramı üzrə icra olunan, YTP və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində keçirilir. Layihə STEPI ilə YTP-nin əməkdaşlığı çərçivəsində texnoparklar üçün xarakterik olan əsas istiqamətlər – texnologiyaların transferi və kommersiyalaşdırılması və startap-inkubasiyanı əhatə etməklə bu sahələrdə Koreya təcrübəsinin öyrənilməsi və tətbiqini nəzərdə tutur.

Oxşar xəbərlər

Bütün xəbərlər