Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Universitetdən bildirilib ki, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) ilə STEPI arasında icra edilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan qonaqlar əvvəlcə universitetin laboratoriyalarını gəziblər. Onlara burada tədris və təcrübə üçün yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.

Sonra STEPI-nin Qlobal İnnovasiya Strategiyasının Tədqiqat şöbəsinin baş elmi işçisi Eun Joo Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül ikitərəfli əlaqələrin uğurlu inkişafını vurğulayaraq, ali təhsil sahəsindəki əməkdaşlığın müsbət cəhətlərini qeyd edib.

Görüşdə BMU-nun şöbə müdiri Mayis Əzizov tərəfindən universitetin elm və innovasiya yönümlü fəaliyyəti haqqında məlumatlar təqdim edilib. Eyni zamanda informasiya texnologiyaları sahəsində birgə araşdırmaların aparılması istiqamətində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.

BMU Texnoparkın sədri, sözügedən layihənin Azərbaycan üzrə ekspertlərindən biri olan İsa Qasımov STEPI-nin nümayəndə heyətinin ölkəmizə əvvəlki səfərlərini xatırladıb, qurulan əməkdaşlığın texnologiyaların transferi və elmin kommersiyalaşdırılması istiqamətində müsbət nəticələr hədəflədiyini qeyd edib.

Tədbirdə iştirak edən YTP-nin şöbə müdiri Bünyamin Seyidov layihə haqqında danışıb və Azərbaycan-Koreya elmi-texniki əlaqələrinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Koreyalı qonaqlar STEPI-nin Azərbaycanda innovasiya ekosisteminin inkişafını dəstəklədiyi və bunun üçün kömək etməyə hər zaman hazır olduğunu bildirib, o cümlədən texnologiyaların transferi ilə bağlı layihənin icra istiqamətləri və hazırkı nəticələri barədə informasiyaları diqqətə çatdırıblar.Müzakirələr zamanı BMU ilə STEPI arasında əməkdaşlıq potensialı nəzərdən keçirilib, müştərək proqramların hazırlanması, iş birliyinin genişləndirilməsi, həmçinin müəllim və tələbələrin texnoloji ideyalarının, startaplarının kommersiyalaşdırılmasına dair fikir mübadiləsi aparılıb. BMU Texnoparkı tərəfindən icra olunan ASSİP (“Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı") layihəsinin görüşdə iştirak edən nümayəndələrinin təklifləri də dinlənilib, koreyalı ekspertlər tərəfindən onlara öz akademik startaplarını reallaşdırmaq yönündə bir sıra tövsiyələr verilib.

Oxşar xəbərlər

Bütün xəbərlər