Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

YTP ilə Koreyanın Daejeon Kreativ İqtisadiyyat və İnnovasiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb - FOTO

YTP ilə Koreyanın Daejeon Kreativ İqtisadiyyat və İnnovasiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb - FOTO

Oktyabrın 24-də Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) nümayəndələri ilə görüş keçirilib.

Bu barədə "tehsilmedia.info"a YTP-dən məlumat verilib.

Əvvəlcə qonaqlar YTP-də Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, dahi şəxsiyyətə öz ehtiramlarını ifadə ediblər.

Görüşdə çıxış edən YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov texnoparkın əsas fəaliyyət istiqamətləri, burada yaradılmış müasir laboratoriyalar haqqında məlumat verib. O, YTP-da 12 rezident və 2 inkubator-rezidentin fəaliyyət göstərdiyini bildirib.

Vasif Abbasov STEPI ilə əməkdaşlığın 2017-ci ildən bu günədək uğurla davam etdirildiyini diqqətə çatdırıb. Baş direktor iki qurum arasında Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramı üzrə “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsinin icra olunduğunu bildirərək STEPI-nin Azərbaycanda texnologiyaların transferi və elmin kommersiyalaşdırılmasına dəstək verdiyini vurğulayıb.

Onun sözlərinə görə, STEPI-nin dəstəyi ilə yaradılmış Texnologiyaların Transferi və Kommersiyalaşdırılma üzrə Onlayn Platformanın əsas məqsədi innovasiya ekosisteminin iştirakçıları arasında texnologiyanın transferi və elmin kommersiyalaşdırılmasına əsaslanan əməkdaşlığı təşkil etmək, innovasiya ekosisteminin formalaşması və inkişafına töhfələr vermək, innovativ imkanlarla zəngin əməkdaşlıq platformasını qurmaq, eləcə də Azərbaycanın innovasiya ekosistemini qlobal bazarlarla əməkdaşlığa əlçatanlığını təmin etməkdir. Vasif Abbasov qeyd edib ki, bu platforma Azərbaycanda innovasiya ekosisteminin, o cümlədən intellektual kapitalın və yüksək texnologiyaların inkişafında davamlılığa nail olmaq istiqamətində fəaliyyət göstərir.

Baş direktor iki qurum arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən STEPI-nin baş elmi işçisi, Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramının layihə koordinatoru Eun Joo Kim 2022-2024-cü illəri əhatə edən “Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın gücləndirilməsi” layihəsinin təqdim etdiyi imkanlar barədə məlumat verib. Bildirib ki, bu layihə STEPI ilə YTP-nin əməkdaşlığının davamı olaraq texnoparklar üçün xarakterik olan əsas istiqamətlərin – texnologiyaların transferi, kommersiyalaşdırılması, eləcə də startap-inkubasiyanı əhatə etməklə bu sahələrdə Koreya təcrübəsinin öyrənilməsi və tətbiqini qarşıya məqsəd qoyur.

Görüşdə YTP-nin icraçı direktoru Zaur Nəhmətov ölkə Prezidentinin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalaması ilə YTP-nin 2022-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirildiyini xatırladıb. O, bu qərarın texnoparkın ali təhsil müəssisələri ilə daha sıx əməkdaşlıq etməsi üçün geniş imkanlar açdığını bildirib, bir çox ali təhsil müəssisələrindən tələbələrin texnoparkda təcrübə keçdiklərini əlavə edib.

Bakı Mühəndislik Universitetinin dosenti, layihənin yerli eksperti, professor İsa Qasımov isə ölkəmizdə son illərdə innovativ inkişafın təmin olunması istiqamətində dövlət əhəmiyyətli tədbirlərin görüldüyünü, müvafiq sərəncamların qəbul edildiyini diqqətə çatdırıb. İsa Qasımov Azərbaycanın innovasiya sisteminin dolğunlaşması və effektivliyinin yüksəldilməsi üçün texnoparkların, biznes inkubatorların şəbəkəsinin genişlənməsinin əhəmiyyətinə toxunaraq STEPI-nin 10 ilə yaxındır ki, ölkəmizdə elmin kommersiyalaşması ekosisteminin inkişafına dəstək verdiyini vurğulayıb.

Görüşdə elmi tədqiqatların nəticələrinin istehsalatda tətbiqi, elm və biznesin transferi, eləcə də digər məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda Koreyanın Daejeon Kreativ İqtisadiyyat və İnnovasiya Mərkəzinin STEPI vasitəsilə YTP ilə əməkdaşlıq qurması imkanları müzakirə edilib. Mərkəzlə YTP arasında startaplar istiqamətində əməkdaşlığın aparılması ilə bağlı anlaşma memorandumu imzalanıb.

Sənədi YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov və Daejeon Kreativ İqtisadiyyat və İnnovasiya Mərkəzinin direktoru Dae Hee Park imzalayıblar.

YTP ilə Koreyanın Daejeon Kreativ İqtisadiyyat və İnnovasiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb - FOTO
YTP ilə Koreyanın Daejeon Kreativ İqtisadiyyat və İnnovasiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər