Xəbər lentiwidget-title-icon

Emin Əmrullayevin son zəng tələbi mübahisəsi
Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbində intellektual yarış keçirilmişdir.
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı
"Valideyn müəllimin işinə hədsiz müdaxilə edir, ona təziyiq göstərir" - Deputatın təhsil resepti
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi keçirilib
"BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb
Qabiliyyət imtahanlarının keçirilmə qrafiki AÇIQLANDI
UNEC-də “Məzun platforması” istifadəyə veriləcək
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Keçmiş məktəb direktoru tutuldu
İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir
Agentlik rəsmisi: Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb
Məktəbdə davamiyyət problemləri: Şagirdlər niyə dərs buraxır? – OECD
"Şagirdlərin çoxu universiteti oxumaq üçün deyil, tələbə olmaq üçün seçir"
Bazar günü 16 minə yaxın bakalavr imtahan verəcək
“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT
Peşə təhsilinin akkreditasiyası üçün QEYDİYYAT başlayıb
“Təhsil yoxdursa, nazirlik də ləğv edilsin, Əmrullayev isə…” – VACİB AÇIQLAMA
Dərslik yerinə süni intellekt: - "Təhsil "qəfəs"dən çıxır"
Bakı məktəblərində yeni təmayül tədris modelinə QEYDİYYAT başlayıb
Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında olublar
11 məktəbdə ilk dəfə son zəng çalınacaq
Nazir: Macarıstan universiteti Azərbaycanda filialını açmaqda maraqlıdırrn
RFO-nun humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Keçmiş məktəb direktoru tutuldu

Bakı şəhəri, Nizami rayonu, Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin keçmiş direktoru Səfurə Rəhimova barəsində cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bakıvaxtı.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Səfurə Rəhimova məktəb direktoru vəzifəsində işlədiyi dövrdə bir sıra işçilərin faktiki olaraq işə gəlməmələrinə baxmayaraq onların adına əməkhaqqı hesablanaraq ödənilməsinə şərait yaradıb, bununla bağlı rəsmi sənədlərdə həqiqətə uyğun olmayan məlumatların rəsmiləşdirilməsinə yol verib.

İttihama görə, məktəbin ibtidai sinif müəllimlərindən biri 2022-2024-cü illər ərzində dərs keçmədiyi halda onun adına əməkhaqqı hesablanıb və ümumilikdə 8 981 manat 86 qəpik məbləğində vəsait ödənilib. İstintaq materiallarında göstərilib ki, həmin vəsaitin bir hissəsi sonradan məktəb rəhbərliyinə çatdırılıb.

Bundan başqa, məktəbin xadiməsi vəzifəsində çalışan şəxsin də uzun müddət işə gəlmədiyi halda tabel cədvəllərində işdə olması göstərilib və nəticədə ona 5 489 manat 17 qəpik məbləğində əsassız əməkhaqqı ödənilib.

Cinayət işində məktəbin texnologiya müəllimi ilə bağlı epizod da yer alıb. Belə ki, müəllimə rəsmiləşdirilmiş dərnək məşğələlərinin faktiki keçirilməməsinə baxmayaraq, həmin saatlara görə 925 manat 43 qəpik əməkhaqqı hesablandığı müəyyən olunub.

Səfurə Rəhimova məhkəmədə özünü təqsirli bilməyib. O bildirib ki, əməkdaşların işə davamiyyəti və dərslərin keçirilməsi ilə bağlı məlumatları direktor müavinlərindən alıb, təqdim olunan sənədləri onların verdiyi məlumatlar əsasında imzalayıb. Keçmiş direktor həmçinin heç bir müəllimdən və ya işçidən pul almadığını, ittihamda göstərilən əməlləri törətmədiyini deyib.

Lakin məhkəmə şahid ifadələrini, maliyyə yoxlamalarının nəticələrini, bank əməliyyatlarını və iş üzrə digər sübutları araşdırdıqdan sonra ittihamın təsdiq olunduğu qənaətinə gəlib.

Hökmə əsasən, Səfurə Rəhimova Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri (mənimsəmə və ya israf etmə) və 313-cü maddəsi (vəzifə saxtakarlığı) ilə təqsirli bilinib.

Məhkəmə ona 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 min manat məbləğində cərimə cəzası təyin edib.

Oxşar xəbərlər

Bütün xəbərlər