Xəbər lentiwidget-title-icon

Emin Əmrullayevin son zəng tələbi mübahisəsi
Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbində intellektual yarış keçirilmişdir.
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı
"Valideyn müəllimin işinə hədsiz müdaxilə edir, ona təziyiq göstərir" - Deputatın təhsil resepti
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi keçirilib
"BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb
Qabiliyyət imtahanlarının keçirilmə qrafiki AÇIQLANDI
UNEC-də “Məzun platforması” istifadəyə veriləcək
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Keçmiş məktəb direktoru tutuldu
İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir
Agentlik rəsmisi: Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb
Məktəbdə davamiyyət problemləri: Şagirdlər niyə dərs buraxır? – OECD
"Şagirdlərin çoxu universiteti oxumaq üçün deyil, tələbə olmaq üçün seçir"
Bazar günü 16 minə yaxın bakalavr imtahan verəcək
“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT
Peşə təhsilinin akkreditasiyası üçün QEYDİYYAT başlayıb
“Təhsil yoxdursa, nazirlik də ləğv edilsin, Əmrullayev isə…” – VACİB AÇIQLAMA
Dərslik yerinə süni intellekt: - "Təhsil "qəfəs"dən çıxır"
Bakı məktəblərində yeni təmayül tədris modelinə QEYDİYYAT başlayıb
Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında olublar
11 məktəbdə ilk dəfə son zəng çalınacaq
Nazir: Macarıstan universiteti Azərbaycanda filialını açmaqda maraqlıdırrn
RFO-nun humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

RFO-nun humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Bu gün Bakı Dövlət Universitetində Respublika fənn olimpiadalarının (RFO) humanitar fənlər üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Aztəhsil.az" xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bugünkü qaliblərin nailiyyətlərinin arxasında əmək, yuxusuz gecələr və möhkəm iradə dayanır:

"Bu gün sizə veriləcək medallar önəmlidir, amma ən önəmlisi sizin əldə etdiyiniz düşüncə tərzidir. Bu zalda aranızda gələcəyin alimləri, dövlət xadimləri əyləşib. Əminəm ki, gələcəkdə elmin inkişafına öz töhfənizi verəcəksiniz".

O qeyd edib ki, bu gün ölkəmizin ən istedadlı şagirdlərinin nailiyyətlərini qeyd etmək üçün toplaşılıb:
“Onların valideynlərini səmimi-qəlbdən təbrik edirəm. Bu toplantı eyni zamanda biliyin bir bayramı kimi qeyd edilir. Şagirdlərimizin uğurlu nəticələri hamımızı sevindirir. Bu zalda əyləşmiş hər bir şagird sübut etdi ki, qarşıya qoyulmuş məqsədə çatmağın yolu daimi öyrənməkdir”.

Nazir müavininin sözlərinə görə, dövlətin sərvəti eyni zamanda onun insan kapitalı ilə ölçülür:
"RFO tək yarış deyil. Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti nəticəsində təhsil və insan kapitalı əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu sahədə çox ciddi addımlar atılıb".

İ.İsayev bildirib ki, hər bir mailiyyətin arxasında müəllim əməyi, peşəkarlığı durur.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev isə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğının nəticəsində ölkəmizdə həm idman, həm də təhsil sahəsində mühüm uğurlar əldə olunur.

Tədbirin rəsmi hissəsindən sonra humanitar fənlər üzrə qaliblərə mükafatlar təqdim edilib.

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ümumilikdə 73 193 nəfər şagird iştirak edib. İştirakçı aktivliyi daha çox riyaziyyat (20 026 nəfər) və Azərbaycan dili və ədəbiyyat (18 835 nəfər) fənləri üzrə müşahidə olunub. Fizika fənni üzrə isə 4 389 nəfər iştirak qeydə alınıb.

İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Olimpiadada ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş və 257 nəfər bürünc medal qazanıb.

RFO hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır. Olimpiada məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, respublika mərhələsinin yarımfinal və final turları olmaqla dörd mərhələdə təşkil edilir.

Olimpiadalar Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika olmaqla 8 fənn üzrə keçirilir və yalnız VIII–XI sinif şagirdlərini əhatə edir.

Olimpiada proqramı məktəb proqramı ilə məhdudlaşmır. Müvafiq proqram tədris ilinin əvvəlində təhsil idarələri vasitəsilə məktəblərə göndərilir və ARTİ-nin rəsmi saytı üzərindən yerləşdirilir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına müsabiqədənkənar qəbul olmaq hüququ qazanırlar.

Oxşar xəbərlər

Bütün xəbərlər