Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Elm və təhsil nazirinin müavini Həştərxana səfər edib - FOTO

Elm və təhsil nazirinin müavini İdris İsayev Rusiya Federasiyasının Həştərxan vilayətinə səfər edib.

Bu barədə "tehsilmedia.info"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində əvvəlcə ümummilli lider Heydər Əliyevin Həştərxan şəhərində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Sonra nazir müavini ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş "dəyirmi masa”da iştirak edib.

Həştərxan Dövlət Universitetində (HDU) təşkil edilən "dəyirmi masa”da həmçinin Həştərxan vilayətinin təhsil və elm naziri Yeqor Uqarov, HDU-nun rektoru Konstantin Markelov, Gənclərlə İş üzrə Agentliyin rəhbəri Viktor Nurtazin, xarici əlaqələr nazirinin müavini İlya Toropitsın, tələbə və gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər. Azərbaycanın ali təhsil müəssisələrinin təmsilçiləri isə tədbirə onlayn qoşulublar.

"Dəyirmi masa”da çıxış edən nazir müavini İdris İsayev Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bir çox sahələrdə, o cümlədən təhsil sahəsində həyata keçirilən islahatlar və nəticələri barədə danışıb. Nazir müavini çıxışında Heydər Əliyevin azərbaycanlı gənclərin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına göstərdiyi dəstəyi xüsusilə vurğulayıb. Bildirib ki, məhz ümummilli liderin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan – Rusiya münasibətləri qarşılıqlı əməkdaşlıq səviyyəsinə çatdırılıb. Hazırda bu əməkdaşlıq ənənələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Dəyirmi masa”da çıxış edənlər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda sosial, iqtisadi və humanitar sahələrdə əldə edilən nailiyyətlərə toxunub, ümummilli liderin Azərbaycan – Rusiya münasibətlərinin inkişafında rolu barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda universitet tələbələri konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, səfər çərçivəsində İdris İsayev Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli məktəbi ziyarət edib. Nazir müavininə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş məktəbin fəaliyyəti, eləcə də məktəb şagirdlərinin nailiyyətləri haqqında məlumat verilib. İdris İsayev sözügedən müəssisə ilə Azərbaycan Respublikasının ümumi təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, məktəbdə Azərbaycan dilinin tədrisinə müvafiq dəstəyin göstəriləcəyini bildirib.

İdris İsayev Həştərxan şəhərində yerləşən əlavə təhsil müəssisəsi olan "Kvantorium” uşaq texnoparkını, Həştərxan texniki liseyini də ziyarət edib, müəssisələrdə yaradılan şəraitlə tanış olub.

Daha sonra elm və təhsil nazirinin müavini İdris İsayev, Həştərxan vilayətinin təhsil və elm naziri Yeqor Uqarov və HDU-nun rektoru Konstantin Markelov arasında keçirilən görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib, bir neçə istiqamət üzrə əlaqələrin genişləndirilməsinə dair ilkin razılıq əldə olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər