Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

SDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub

SDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub

Fevralın 21-də Sumqayıt Dövlət Universitetində (SDU) Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Elmi və pedaqoji kadr hazırlığında ana dilinin tədrisinə yeni yanaşmalar” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbiri giriş sözü ilə universitetin rektoru dosent Rüfət Əzizov açaraq qonaqları və iştirakçıları salamladı, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan və görüşün aktuallığından bəhs etdi. Qeyd etdi ki, bugünkü dəyirmi masada Azərbaycan dilinin tədrisində dərslik və yeni yanaşmalarla yanaşı, bu istiqamətdə görülən işlər, pedaqoji kadr hazırlığı ilə bağlı bir sıra məsələlər diqqət mərkəzində olacaq. Ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil sahəsində də sürətli dəyişikliklər baş verir və uğurlu nəticələr əldə olunur. Bu gün dərsliklərin yenilənməsində xarici təcrübə çox geniş şəkildə öyrənilməkdədir. Bu baxımdan ali təhsil müəssisələri bu resurslardan istifadə etməli, buna uyğun olaraq kadr yetişdirməlidir. Ali təhsil islahatlarının yaxın və uzaq perspektivdə həyata keçirilməsi keyfiyyəti elmi-pedaqoji kadrların hazırlanmasından asılıdır. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində elmi-pedaqoji kadr hazırlığına xüsusi diqqət yetirilir. Bu baxımdan da, bugünkü görüş olduqca əhəmiyyətlidir. Ümid edirik ki, bu gün məhz ana dilinin tədrisində mövcud olan bəzi problemli məsələlərə aydınlıq gətiriləcək.
Sonra dəyirmi masanın moderatoru, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli çıxış edərək tədbirin təşkilinə görə SDU rəhbərliyinə təşəkkür etdi. Qeyd etdi ki, dəyirmi masa ətrafında ali təhsil müəssisələrində Elmi və pedaqoji kadr hazırlığında ana dilinin tədrisinə yeni yanaşmalar, ana dilinin tədrisinin bugünkü vəziyyəti və problemləri ətraflı müzakirə olunacaq.
Dəyirmi masa ətrafında Azərbaycan dili dərslik layihəsinin rəhbəri Rafiq İsmayılov “Dil tədrisində kommunikativ yanaşmanın əsas prinsipləri”, ARTİ Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova “Ana dili fənn kurikulumlarının məqsədi və vəzifələri”, ARTİ-nin Tədris resursları şöbəsinin aparıcı mütəxəssisi Aysel Xanalıyeva “1-6-cı siniflər üzrə Azərbaycan dili dərsliklərinin həmmüəllifi”, SDU-nun 2005-ci il məzunu, Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin müəllimi, 2014-2015-ci illərdə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Xəyalə Quliyeva “Ana dilinin tədrisi dünya təcrübəsində” mövzularında geniş çıxış etdilər. Yeni dərsliklərin hazırlanma prosesi, dərsliklərin məzmunu və struktur fərqləri, dilin tədrisində yeni konseptual yanaşmalar haqqında ətraflı məlumat verdilər.
Görüşdə elmi və pedaqoji kadr hazırlığında ana dilinin tədrisinə yeni yanaşmalar, ARTİ ilə SDU arasında əməkdaşlıq və bu əməkdaşlıq çərçivəsində tələbələrin orada təcrübə keçmələri məsələsi müzakirə olundu.

SDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub
SDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub
SDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub
SDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub

Oxşar xəbərlər

Bütün xəbərlər