Xəbər lentiwidget-title-icon

Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."
Kolleclərə qəbulda əlavə şans: Boş plan yerləri elan edildi
Almaniya nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub
Peşə tanınması üzrə imtahanda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqini genişləndirir
Məktəbli formasında yeni qaydalar: sosial status, etnik və dini mənşə fərq yaratmamalıdır
Universitetlərdə dərslər onlayn OLACAQ
Azərbaycana payız fəsli gəlib
Gəncə-Daşkəsən üzrə təhsil rəqəmləri: neçə şagird və müəllim var?
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib

Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA

Məlumat verdiyimiz kimi, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev qeyd etdi ki, orta ümumtəhsil məktəblərində hər bir şagird məktəb nizam-intizam qaydalarına uyğun olaraq tədris prosesinə cəlb olunmalıdır:

"Məktəb nizam-intizam qaydalarında da, əlbəttə ki, Nazirlər Kabinetinin müvafiq qərarı əsas rol oynayır. Məhz bu istiqamətdə, düşünürəm ki, həm valideynlər, həmçinin də məktəb rəhbərliyi bu qərara xüsusilə diqqət və nəzarət etməlidirlər. Vahid geyim formasından kənara çıxılmaması istiqamətində lazımi tədbirlər görülməlidir. Nə üçün belə bir qərara ehtiyac var? Biz beynəlxalq təcrübəyə baxdığımız təqdirdə dünyanın inkişaf etmiş, təhsili yüksək səviyyədə olan ölkələrində – Avropada, Amerikada, Kanadada, Çində, ümumiyyətlə, elə qardaş Türkiyənin özündə görürük ki, şagirdlər orta ümumtəhsil məktəblərində vahid geyim formasında tədris prosesinə cəlb olunurlar. Bununla bağlı hər hansı bir güzəşt, əlbəttə ki, məktəbin pedaqoji şurası tərəfindən verilir. Misal üçün, hər hansı bir məktəbin tədbirlərində milli geyim formasında çıxış edilməsi, musiqi dərsləri və sair kimi hallarda, əlbəttə ki, məktəbin pedaqoji şurası müvafiq qərar verir və həmin qərara uyğun olaraq da şagirdlərin fərqli geyim formasında tədris prosesinə cəlb olunmasına icazə verilir".

Həmsöhbətimizin sözlərinə görə, orta ümumtəhsil məktəblərində vahid geyim forması həm məktəb nizam-intizam qaydalarının yüksək səviyyədə təmin olunmasına, həmçinin sosial bərabərliyin təmin olunmasına müəyyən qədər töhfə vermiş olacaq:

"Çünki şagirdlər arasında birinin maddi imkanı var, birinin yoxdur, birinin geyinmək imkanı var, birinin yoxdur şəklində məsələlər artıq sona çatacaq. Çünki vahid geyim forması artıq maddi imkandan irəli gələn müəyyən fərqlərə qətiyyən yol vermir və bu istiqamətdə sosial bərabərliyin də təmin olunmasında, əlbəttə ki, müvafiq qərarın nə qədər əhəmiyyətli olduğu açıq-aydın görünür. Yəni qərar həm məktəbdə nizam-intizam qaydalarının formalaşmasında, həmçinin sosial bərabərliyin təmin olunmasında xüsusi rol oynayacaq. Orta ümumtəhsil məktəblərində müvafiq qaydada müəyyən edilmiş məktəbli geyim formasından kənara çıxılması sadəcə məktəb Pedaqoji Şurasının qərarına əsasən həyata keçirilmiş olacaq. Yəni bu məsələyə xüsusi diqqət yetirilməlidir və bu istiqamətdə həm valideynlər, həm müəllimlər, həmçinin şagirdlərin özləri verilən qərara xüsusi diqqət yetirməli və qərara uyğun olaraq addım atmağa çalışmalıdırlar".

Oxşar xəbərlər

Bütün xəbərlər