Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda liseyin qarşısında şəxsiyyəti hələ müəyyənləşdirilməyən bir nəfər silahla ətrafa təsadüfi atəş açıb. Hücum nəticəsində şagirdlərin yaralandığı barədə məlumat daxil olub. Əraziyə çox sayda polis və təcili tibbi yardım briqadası göndərilib.
Tehsilmedia.com bizim.mediaya istinadən xəbər verir ki, hadisə səhər saat 08:00 radələrində Turgutlu rayonunun Albayrak məhəlləsində yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib.
Hadisə yerinə çatan ekipajlar ərazidə işə başlayıb. Polis əməkdaşları təhlükəsizlik tədbirləri görüb, tibbi yardım briqadalarının müdaxiləsi isə davam edir.
Hadisənin səbəbi, hücumu törədən şəxsin kimliyi və yaralanan şagirdlərin səhhəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib.





























