Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“Müəllimlər üçün tətil anlayışı yoxdur”

“Müəllimlər üçün tətil anlayışı yoxdur”

Məktəblərdə 2023-2024-cü tədris ili üzrə qış tətili başlayıb. Qış tətilinin müddəti 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir. Şagirdlərə tətil olmasına baxmayaraq müvafiq işlər üçün müəllimlər ümumtəhsil müəssisələrinə getməli olurlar.

Bu isə müəllimlər tərəfindən birmənalı qarşılanmır.
Təhsil eksperti Kamran Əsədov məsələyə münasibətini bildirib:

“Müəllimlik vəzifə deyil, peşə hesab olunur. Təəssüf ki, qanunvericilikdə bu yöndə ciddi boşluq var. Təhsil sahəsində çalışan müəllimlərlə bağlı ayrıca yanaşma olmalıdır. Azərbaycan Respublikasının əmək məcəlləsinə görə, tam ştatda çalışan işçilər 8 saatlıq iş rejimində çalışdıqları müəssisədə olmalıdır. Lakin bu hal müəllimlərə şamil edilmir. Çünki müəllimin fəaliyyətində tam ştat, yarım ştat anlayışı yoxdur. Təhsilverənlərin vəzifə öhdəliyi tədrisin aktiv olduğu müddətdə dərsdə iştirak etməkdir”.

Ekspertin sözlərinə görə tətil günlərində yalnız məktəbə direktor, direktor müavini və təsərrüfat hissə müdiri məktəbə gəlməlidir:

“Direktor, direktor müavini, təsərrüfat hissə müdiri – bunlar tədrislə məşğul olmayan vəzifə sahibidirlər. Tətil günlərində məktəbə onlar gəlməlidirlər. Çünki onların fəalliyyəti təhsil müəssisəsinin fəaliyyəti ilə bağlıdır. Əmək Məcəlləsinə görə, hər bir işçi işə götürüləndə əmək müqaviləsi imzalanır. Əmək müqaviləsində işçinin hər gün işdə olma saatları göstərilir. Müəllim ştatda olan işçidir. Buna görə də hər gün məktəbdə olması ilə bağlı özü müqavilə imzalayır. Şərti olaraq hər gün səhər saat 08:00-dan 16:00-a qədər məktəbdə olmalıdır. Müqavilədə hər şey qeyd olunur.

Müəllim deyə bilər ki, mənim həftədə iki saat dərsim var. Beş gün niyə məktəbə gəlim? Çünki ştatda olan işçidir. Müqavilədə də iş saatı qeyd olunub. Azərbaycanda müəllimlərin tam və ya yarımştat məsələsi yoxdur. Dərs saatı var. Direktor altı dərsi hər gün bir saata sala bilər. Əmək müqaviləsinin tələblərinə görə, müəllim səkkiz saat işdə olmalıdır”.

Ekspert bildirib ki, müəllim və işçilər üçün iş günü olmayan tarixlər əmək məzuniyyəti dövrü və istirahət günləridir:

“Qanunvericilikdə də belədir ki, tətil uşaqlar üçün nəzərdə tutulub. Tətil müəllimlər üçün deyil, qərardan da görünür ki, müəllimlər üçün tətil anlayışı yoxdur. Müəllim və işçilər üçün iş günü olmayan tarixlər əmək məzuniyyəti dövrü və istirahət günləridir. İş günü sayılmayan bayram günləri, Ümumxalq Hüzn Günü və seçki günləridir. Tətil günlərində müəllimlərin iş saatının hesabatı aparılır. Altı günlük iş rejimi ilə çalışan müəllimlər tətil günlərində altı saat, beş günlük iş rejimi ilə işləyən müəllimlərin gün ərzində yeddi saat məktəbdə, yəni iş yerində olmaları tələb edilir. Müəllimlərə tədris ilinin sonunda 56 təqvim günü müddətində əmək məzuniyyəti verilir. Başqa bir tətil qanunvericilikdə nəzərdə tutulmur”.

Oxşar xəbərlər

Bütün xəbərlər