Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Səid Məmmədov “Dezinformasiyanın dövlətin kibersuverenliyinə təsirinin analizi və qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində tədqiqatlara başlayıb. S.Məmmədovun elmi rəhbəri institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevdir. Qeyd edək ki, S.Məmmədov London Kral Kollecində kompüter elmləri ixtisası üzrə bakalavriat və qabaqcıl hesablamalar ixtisası üzrə magistratura təhsilini fərqlənmə ilə bitirib.

AzEdu.az xəbər verir ki, bu barədə institutdan bildirilib.

İnstitutun elmi seminarında dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat işində qarşıya qoyulmuş məsələlər ətrafında müzakirələr aparılıb. Bu barədə çıxış edən doktorant S.Məmmədov bildirib ki, dezinformasiyanın analizi, təsnifatı və onun dövlətin kibersuverenliyinə təsirinin ölçülməsi və qiymətləndirilməsi üçün metodların işlənməsi tədqiqat işinin əsas məqsədidir.

Mövzunun aktuallığını diqqətə çatdıran məruzəçi rəqəmsal medianın, sosial şəbəkələrin və süni intellekt texnologiyalarının sürətli inkişafının informasiya axınının nəzarətsiz artımına səbəb olduğunu, bu proseslər fonunda dezinformasiyanın dövlətin kibersuverenliyinə və kibertəhlükəsizliyinə ciddi təhdidlər yaratdığını qeyd edib: “Buna görə də dezinformasiyanın dövlətin kibersuverenliyinə təsirinin analizi və qiymətləndirilməsi hazırkı dövrdə elmi və praktiki baxımdan böyük aktuallıq kəsb edir”.

S.Məmmədov, həmçinin tədqiqat işində qarşıya qoyulmuş əsas elmi problemləri seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev edərək dissertasiya mövzusunun aktual elmi problemə həsr olunduğunu, milli maraqların qorunmasına xidmət etdiyini vurğulayıb. Ölkəmizin kibertəhlükəsizliyi və kibersuverenliyinin təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu qeyd edən akademik Rasim Əliquliyev dissertasiya işinin dövlət başçısı İlham Əliyev tərəfindən qəbul edilən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və digər mühüm sənədlərdə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər