Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı Beynəlxalq Forumun açılışı olub - FOTO

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Baku Marriott Boulevard Hoteldə "Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı Beynəlxalq Forumun açılış mərasimi baş tutub.

Agentlikdən "tehsilmedia.info"a bildirilib ki, forumun əsas məqsədi xarici keyfiyyət təminatı prosesində müstəqillik və məsuliyyətin önəmi, maraqlı tərəflərin xarici keyfiyyət təminatı prosesində iştirakı məsələlərinin müzakirəsi, həmçinin, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir.

Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova Agentlik tərəfindən birinci forumdan ötən müddət ərzində keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilmiş nəticələr, həmçinin, agentliyin potensialının gücləndirilməsi istiqamətində beynəlxalq donorlara əməkdaşlıqlar və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Əsas məruzəçilərdən olan Elm və təhsil nazirinin müavini  İdris İsayev ilk öncə, Azərbaycanın ali təhsilində keyfiyyət təminatı sahəsində atılmış addımlar barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Çıxışın davamı olaraq, İdris İsayev "Ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları”nın hazırlanması zamanı istifadə edilən yanaşmalar və müvafiq meyarların ali təhsil müəssisələrinə verəcəyi töhfələr barədə məlumat vermişdir. Bununla yanaşı, nazir müavini qarşıda duran əsas vəzifələrdən biri kimi akkreditasiya prosesinin elektronlaşdırılması üzərində aparılan işlər barədə forum iştirakçılarını məlumatlandırmaqla, qısa zaman kəsiyi müddətində ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesinin rəqəmsal idarəedilməsinə keçidin təmin olunacağını bildirmişdir. Yekunu olaraq, İdris İsayev TKTA tərəfindən təşkil edilən beynəlxalq forumun ali təhsildə keyfiyyət təminatı mövzusunda aktual mövzuları əhatə etməsini, həmçinin, sahə üzrə qabaqcıl xarici agentliklərin rəhbər şəxslərinin və tanınmış beynəlxalq ekspertlərin foruma dəvət edilməsinin forumun əhəmiyyətinə xüsusi əhəmiyyət qatdığını vurğulayıb.

İki gün davam edəcək Konfransın ilk günündə əsas çıxışlar zamanı keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan Avropa Ali təhsil məkanında Keyfiyyət Təminatı Agentliklərinin Reyesterinin  (EQAR) direktoru Magalie Soenen, Rumuniyanın Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Agentliyinin (ARACIS) direktoru və Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyayanın (ENQA) vitse prezidenti Daniela Cristina Ghiţulică, Sloveniya Keyfiyyət təminatı Agentliyinin (SQAA/NAKVIS) direktoru və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) prezidenti Franci Demsar ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ATM-lərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu və digər bu kimi məsələlərə toxunublar.

Eyni zamanda, panel müzakirələr zamanı Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse-prezidenti Olgun Çiçeyin moderatorluğu ilə Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Niderland Krallığı və Flandriya Akkreditasiya Təşkilatının (NVAO) direktoru Luut Kroes, Niderland Krallığının Təhsil üzrə İnspeksiya İdarəsinin Ali Təhsil Departamentinin direktoru Erik Martijnse, Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyinin (AQAS) direktor müavini Ronny Heintze, Maastrixt və Utrext universitetlərinin professorları Wim Groot və Jelena Arsenijevic təhsil proqramlarının dizaynı, xarici keyfiyyət təminatında tələbə təmsilçiliyinin önəmi və problem əsaslı öyrənmənin təmin edilməsində istifadə edilən yanaşmalar və strategiyalar haqqında fikir mübadiləsi apararaq tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Oxşar xəbərlər

Bütün xəbərlər