Xəbər lentiwidget-title-icon

QS reytinqləri, universitetlərimiz və quru rəqəmlər
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
Qabiliyyət imtahanlarına elektron qeydiyyat başlayır
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb

Xaricdə təhsil alan gənclər Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib - FOTO

Xaricdə təhsil alan gənclər Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib - FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Avstriya, Macarıstan və Böyük Britaniyada silsilə tədbirlər keçirilib.

tehsilmedia.info xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən tədbirdə bu ölkədə təhsil alan və məzun olmuş gənclərimizin iştirakı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir baş tutub.

ASAP Avstriyanın təşkilatçılığı ilə keçirilən tədbirdə gənclərimizə müstəqillik gününün tarixi ilə bağlı məlumat verilib. Bildirilib ki, müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi varisidir. AXC qısa müddət mövcud olsa da, həmin dövrdə müstəqilliyin və dövlətçiliyin təməlini yaradıb. 1990-cı illərin əvvəlində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Bununla da, Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində yeni dövr yarandı və elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesinə başlandı. Çıxış zamanı qeyd olunub ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin hərtərəfli siyasəti sayəsində regionun aparıcı dövlətinə çevrilib.

Tədbirin sonunda gənclər bir araya gələrək Avstriyada ASAP tərəfindən keçiriləcək növbəti layihələrlə bağlı müzakirələr aparıblar.

Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP Macarıstan, Azərbaycan Evi və AYİD-in birgə təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr edilmiş beynəlxalq şahmat turniri keçirilib.

Turnir başlamazdan öncə 28 May Müstəqillik Günü ilə bağlı tədbir iştirakçılarına məlumat verilib.

Turnirdə 20-dən çox azərbaycanlı gənc mübarizə aparıb və sonda qalib gənclər mükafatlandırılıb. Turnir həm də azərbaycanlı gənclərin bir araya gələrək şəbəkələşmələri üçün mühüm rol oynayıb.

Qeyd edək ki, turnirdə başqa ölkələrdən olan əcnəbi gənclər də iştirak edib.

Böyük Britaniyanın Belfast şəhərində isə 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. ASAP Böyük Britaniyanın təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov açılış nitqi ilə çıxış edib. Azərbaycanlı gənclərimizin bir araya gəldiyi tədbirdə bildirilib ki, Şərqin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyub. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndərin başlatdığı hərtərəfli islahatlar sayəsində müstəqil Azərbaycanın müasir və dinamik inkişaf edən güclü dövlətə çevrildiyi bildirilib, habelə onun müəllifi olduğu enerji strategiyasının Azərbaycanı çiçəkləndirməklə yanaşı, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınmasına əsas yaratdığı diqqətə çatdırılıb.

Xaricdə təhsil alan gənclər Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib - FOTO

Xaricdə təhsil alan gənclər Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib - FOTO

Xaricdə təhsil alan gənclər Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib - FOTO

Xaricdə təhsil alan gənclər Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib - FOTO

Xaricdə təhsil alan gənclər Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib - FOTO

Xaricdə təhsil alan gənclər Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər