Xəbər lentiwidget-title-icon

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib - FOTO

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib - FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən ölkəmizdə, eləcə də Türkiyə, Macarıstan, Avstriya , Estoniya və Gürcüstanda 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

tehsilmedia.info xəbər verir ki, böyük qürur və iftixar rəmzi olan Zəfər Günü və Bayraq Gününə həsr olunan tədbirlərdə azərbaycanlı və əcnəbi tələbələr, məzunlar iştirak edərək əzəli Azərbaycan torpaqları uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İştirakçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti ilə qazanılan Zəfərin 3-cü ildönümü münasibətilə həmrəylik və fəal təmsilçilik şüarları altında bir araya gəliblər.

Qardaş Türkiyənin İstanbul və Sivas şəhərlərində silsilə tədbirlər təşkil edilib. Türkiyənin İstanbul şəhərində Bahçeşehir Universitetində azərbaycanlı gənclərin iştirakı ilə Qarabağda yenidənqurma mövzusunda universitetin professorlarının iştirakı ilə müzakirələr aparılıb. Sivas şəhərində Cümhuriyyət Universitetində isə azərbaycanlı gənclərin iştirakı ilə Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Zəfər gününün tarixi, münaqişədən sonra Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı təqdimatlar nümayiş etdirilib.

Macarıstanın paytaxtı Budapeştdə ASAP və Azərbaycan Macarıstan Məzunlar Birliyinin (AHAU) birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfər Hiking yürüşü” keçirilib.

Yürüşdə Budapeştdə yaşayan azərbaycanlı gənclərlə yanaşı, xarici ölkələrin tələbə və məzunları da iştirak edərək Macarıstanın qədim şəhərlərindən biri və eləcə də Şuşanın əkiz şəhəri adlandırılan Gyöngösi şəhərində müəyyən olunmuş marşrutla Kekestoto zirvəsinə qalxıblar.

Gyöngösi və Şuşa şəhərləri müvafiq olaraq Macarıstanın və Qarabağ silsiləsinin ən yüksək zirvələrinin yerləşdiyi ərazilərdir və “Zəfər Hiking yürüşü” məhz bu marşrut üzrə hərəkəti təşkil edib.

Yürüş zamanı xarici ölkələrin gənclərinə ölkəmizin tarixi, mədəniyyəti, İkinci Qarabağ müharibəsinin həqiqətləri və Zəfər Günü ilə bağlı məlumat verilib.
Estoniyanın Tartu şəhərində azərbaycanlı gənclərin iştirakı ilə Qarabağda yenidənqurma və bərpa mövzusunda müzakirə keçirilib. Müzakirədə münaqişədən sonra regionda görülən işlər, Böyük Qayıdış siyasəti çərçivəsində aparılan genişmiqyaslı layihələrlə bağlı təqdimatlar və müzakirələr baş tutub.

ASAP Avstriya nümayəndəliyi tərəfindən Vyananın müxtəlif yerlərində azərbaycanlı gənc musiqiçilər tərəfindən Zəfər Günü münasibətilə musiqilər ifa edilərək video layihə hazırlanıb.

Gürcüstanda yaşayan azərbaycanlı gənclərimiz Tiflis şəhərində yerləşən Azərbaycan Səfirliyində bir araya gələrək Zəfər Gününü qeyd ediblər.

Tədbirdə 44 gün davam edən haqq savaşında xalq-ordu-dövlət birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, antiterror əməliyyatları zamanı qazanılan qələbədən bəhs olunub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gənclər Fondu, ADNSU-nun, Azərbaycan-Fransa Məzunlar Assosiasiyasının dəstəyi, ASAP və Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Qarabağda yenidənqurma" mövzusunda panel müzakirəsi keçirilib.

Müzakirədə ADNSU-nun rektor vəzifələrini icra edən, YAP İdarə Heyətinin üzvü Vazeh Əsgərovun, Qarabağ Dirçəliş Fondunun şöbə müdiri Pərvin Məmmədovanın, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sarabinin, Böyük Qayıdış Gənclər təşkilatının sədri Nail Şükürovun və ASAP-ın sədr müavini Rafael Hacıbəylinin çıxışları dinlənilib. Vurğulanıb ki, bu Zəfər xalqımızın vətənpərvərliyini və qəhrəmanlığını bütün dünyaya göstərdi. Bu tarixi Zəfərin ardınca 2023-cü ilin sentyabrın 19-da Müzəffər Ordumuzun 24 saatdan az müddətdə apardığı antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan silahlı birləşmələri təslim oldu, ölkəmizin bütün ərazisində suverenliyimiz tam təmin edildi.

Sonda Zəfər tariximizə həsr olunan videoçarx nümayiş olunub.

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib - FOTO

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib - FOTO

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib - FOTO

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib - FOTO

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib - FOTO

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib - FOTO

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər