Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Avropa Azərbaycan Məktəbində Zəfər və Bayraq günləri qeyd olunub

Avropa Azərbaycan Məktəbində Zəfər və Bayraq günləri qeyd olunub

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azad edilməsinin 3-cü ildönümü bütün ölkə miqyasında təmtəraqlı şəkildə bayram edilib.

tehsilmedia.info xəbər verir ki, yurdumuzun hər yerində 8 Noyabr- Zəfər Günü milli birlik, azadlıq, haqq və ədalətin bərpa edilməsi rəmzi olaraq böyük coşqu ilə qeyd edilib. Bu müqəddəs amal uğrunda qəhrəmanlıqla döyüşərək canlarını fəda edən şəhidlərimizin, döyüş meydanında sona qədər vuruşün qazi, əsgər və zabitlərimizin milli ruh və rəşadəti sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.
8 Noyabr Zəfər Günü və 9 Noyabr Bayraq Gününə həsr olunmuş möhtəşəm tədbirlər bütün şəhər və kəndlərimizdə rəngarəng görüntülərlə yadda qalıb. O cümlədən, Avropa Azərbaycan Məktəbində Zəfər Günü və Bayraq Gününə həsr olunmuş tədbir təşkil olunub.

Məktəbin ibtidai korpusunda bütün siniflərin iştirakı ilə Zəfər Bayramı və Bayraq Günü tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan ibtidai təhsil pilləsinin rəhbəri Kamilla Orucova şagirdlərə bu möhtəşəm bayramların qeyd olunmasının əhəmiyyəti barədə məıumat verib. Daha sonra səhnəyə dəvət olunan məktəbin direktoru Françesko Bankini əlamətdar bayramlar münasibətilə bütün məktəb kollektivini təbrik edib və qəhrəmanlıq, azadlıq, birlik bayramı olan Zəfər Günü və Bayraq Gününün mahiyyəti haqqında fikirlərini bölüşüb.

Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və vətən uğrunda canından keçən şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca Erkən Təlim Mərkəzinin şagirdləri və məktəblilər vətənpərvərlik, azadlıq, milli birlik, müstəqillik, qəhrəmanlıq və bayrağımıza həsr olunmuş mövzularda şeir, nəğmə ifa etdilər, rəqs və mövzu ilə bağlı müxtəlif fəaliyyətlər nümayiş etdirdilər. Şagirdlərin böyük həvəslə, vətənpərvərlik hissi ilə nümayiş etdirdikləri ifalar onların bayrağımıza, azadlığa, haqq və ədalətə qarşı olan hörmətlərinin təcəssümü idi.

Orta məktəb korpusunda təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Françesko Bankini çıxış edərək şagirdləri və məktəb əməkdaşlarını bayram münasibətilə təbrik edib və Zəfər Gününün ölkəmizin tarixində xüsusi yeri olan əhəmiyyətli tarix olduğunu vurğulayıb. Daha sonra cənab Bankini şagirdlərə tövsiyyə edərək bildirib ki, bu zəfəri və ölkəni qorumaq və ölkəni daha parlaq gələcəyə aparmaq üçün onların yaxşı təhsil alıb dövlətlərinə xidmət etməkləri lazımdır.

Daha sonra şagirdlər Zəfər Gününə həsr edilmiş vətənpərvərlik mövzusunda şeir, rəqs və səhnəciklər nümayiş etdiriblər. Direktor F. Bankini məktəbin əməkdaşları olan və I Qarabağ müharibəsində iştirak etmiş Əkbər Hüsüyev və Bəylər Eminovu səhnəyə dəvət edərək onlara xüsusi təşəkkür edib. Onlar da döyüş xatirələrini və müharibə dövrünün çətinliklərini auditoriya ilə bölüşüblər və gənclərə tövsiyyə edərək Vətən uğrunda çalışmağın, xidmət etməyin müqəddəs vəzifə olduğunu qeyd ediblər.

Avropa Azərbaycan Məktəbində Zəfər və Bayraq günləri qeyd olunub

Avropa Azərbaycan Məktəbində Zəfər və Bayraq günləri qeyd olunub

Avropa Azərbaycan Məktəbində Zəfər və Bayraq günləri qeyd olunub

Avropa Azərbaycan Məktəbində Zəfər və Bayraq günləri qeyd olunub

Avropa Azərbaycan Məktəbində Zəfər və Bayraq günləri qeyd olunub

Avropa Azərbaycan Məktəbində Zəfər və Bayraq günləri qeyd olunub

Avropa Azərbaycan Məktəbində Zəfər və Bayraq günləri qeyd olunub

Avropa Azərbaycan Məktəbində Zəfər və Bayraq günləri qeyd olunub

Oxşar xəbərlər

Bütün xəbərlər