Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb

Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir

TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

“Böyük Qayıdış” Gənclər Təşkilatı Heydər Əliyevin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR

“Böyük Qayıdış” Gənclər Təşkilatı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib.

tehsilmedia.info xəbər verir ki, silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələrinin, Vətən müharibəsi qazilərinin və üzv gənclərin iştirakı ilə Fəxri Xiyabanda Ulu Öndərin xatirəsi böyük ehtiramla yad edilib, Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub, “Heydər Əliyev Xatirələrdə” və “Heydər Əliyevin 100 anı” adlı görüşlər həyata keçirilib.

Tədbirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə təşkil edilib.

Heydər Əliyev Mərkəzinə ekskursiya zamanı gənclər ümummilli lider Heydər Əliyevin həyatı, şəxsi əşyaları, həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının virtual formada təqdim edilən müxtəlif aspektləri ilə, müxtəlif illərdə layiq görüldüyü orden və medallarla, zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, həmçinin siyasi irsini təbliğ edən video və fotoarxiv sənədlərlə tanış olublar.

Tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) tarixçi alim, diplomat, Azərbaycan Respublikasının ilk Baş naziri Həsən Həsənovla “Heydər Əliyev Xatirələrdə” adı görüş təşkil edilib.

Görüşdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov iştirak ediblər.

Tədbirin məruzəçisi Həsən Həsənov Ulu Öndərin Respublikamıza rəhbərliyi dövründə milli şüurun oyanışı və Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi istiqamətində həyata keçirilən tədbirlərin mütərəqqiliyindən söz açıb. Bildirib ki, milli düşüncənin formalaşması, ölkədə ilk ali hərbi məktəbin əsasının qoyulması, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu Öndərin hər bir məsələni real hadisələrdə görmək kimi fitri istedada malik olduğunu deyən Həsən Həsənov Heydər Əliyevin təşəbbüsü ilə sovet dövründə 10 cildlik “Azərbaycan tarixi” kitabının yazılmasının, Azərbaycan əsgəri haqqında musiqinin yaradılmasının, gənclər siyasətinin ilk addımlarının atılmasının, eləcə də ölkəmiz üçün önəmli olan digər fövqəladə hadisələrin tarixindən danışıb. Ulu öndər Heydər Əliyevlə bağlı maraqlı və zəngin xatirələrini bölüşən Həsən Həsənov sonda gənclərin suallarını cavablandırıb.

Silsilə tədbirlər çərçivəsində Ümumilli Liderin şəxsi fotoqrafı Rafiq Bağırovla “Heydər Əliyevin 100 anı” adlı görüş həyata keçirilib. Görüşdə Rafiq Bağırov 10 il müddətində Heydər Əliyevin şəxsi fotoqrafı kimi fəaliyyətə başlamasının tarixçəsindən bəhs edib. Bildirib ki, Heydər Əliyev çox güclü və fenomen şəxsiyyət olub.

R.Bağırov Heydər Əliyevin fotoqrafı işlədiyi illər ərzində mərhum prezidentin səliqəli, mədəni, elit, xeyirxah şəxsiyyət olduğundan da söz açaraq deyib ki, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onun müəyyənləşdirdiyi, ölkənin gələcəyinə, inkişafına hesablanmış siyasəti biz gənclərin yoluna həmişə işıq tutacaqdır.

“Böyük Qayıdış” Gənclər Təşkilatı Heydər Əliyevin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR

“Böyük Qayıdış” Gənclər Təşkilatı Heydər Əliyevin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR

“Böyük Qayıdış” Gənclər Təşkilatı Heydər Əliyevin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR

“Böyük Qayıdış” Gənclər Təşkilatı Heydər Əliyevin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR

“Böyük Qayıdış” Gənclər Təşkilatı Heydər Əliyevin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR

“Böyük Qayıdış” Gənclər Təşkilatı Heydər Əliyevin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR

“Böyük Qayıdış” Gənclər Təşkilatı Heydər Əliyevin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR

“Böyük Qayıdış” Gənclər Təşkilatı Heydər Əliyevin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR

“Böyük Qayıdış” Gənclər Təşkilatı Heydər Əliyevin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR

Oxşar xəbərlər

Bütün xəbərlər