Xəbər lentiwidget-title-icon

Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?

MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ

Növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

Elektron sənəd qəbulu 3-10 iyun tarixlərini əhatə edəcək.

Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının isə iyulun 1-8-də keçirilməsi planlaşdırılır.

AzEdu.az xəbər verir ki, müəllimlərin işə qəbulu qaydalarına əsasən, namizədlərə test imtahanında ümumilikdə 60 sual təqdim olunacaq.

Qaydalara əsasən, test imtahanında namizədlərə tədris etdikləri fənn üzrə ümumtəhsil proqramlarına aid 40 sual təqdim ediləcək. Bundan əlavə, tədris metodikası və təlim strategiyalarını əhatə edən 20 sual da namizədlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün istifadə olunacaq.

Namizədlərə nə qədər vaxt veriləcək?

Test imtahanı üçün namizədlərə 150 dəqiqə vaxt ayrılacaq.

Əlilliyi olan şəxslərin imtahanda iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılacaq. Müvafiq normativ sənədlərə uyğun olaraq pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan bəzi namizədlər üçün fərdi nəzarətçi təyin ediləcək və onlara əlavə 30 dəqiqə vaxt veriləcək.

Qayda pozan namizədləri nə gözləyir?

İmtahan zamanı yolverilməyən hərəkətlər və qadağan olunmuş əşyalarla bağlı məlumatlar əvvəlcədən namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.

Namizəd müəyyən edilmiş tələbləri pozduğu halda bu barədə akt tərtib ediləcək və həmin şəxs müsabiqədən kənarlaşdırılacaq. Əgər qayda pozuntusu müsabiqə başa çatdıqdan sonra aşkarlanarsa, namizədin nəticələri ləğv olunacaq.

Ballar necə hesablanacaq?

Qaydalara görə, ümumtəhsil proqramı üzrə hər düzgün cavab 2 balla, tədris metodikası üzrə hər düzgün cavab isə 1 balla qiymətləndiriləcək.

Səhv cavablara görə isə bal çıxılacaq. Belə ki, ümumtəhsil proqramı üzrə hər səhv cavaba görə 0,5 bal, tədris metodikası üzrə hər səhv cavaba görə isə 0,25 bal silinəcək.

Nəticələr nə vaxt açıqlanacaq?

Test imtahanının nəticələri imtahan başa çatdıqdan dərhal sonra elan ediləcək.

Qeyd edək ki, MİQ müsabiqəsində iştirak rüsumu 60 manatdır. Amma qanunvericiliyə əsasən, müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı alanlar, əlilliyi olanlar və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri müsabiqədə ödənişsiz iştirak edirlər.

Oxşar xəbərlər

Bütün xəbərlər