Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu

Özəl məktəbəqədər təhsil müəssisələrinə dövlət tərəfindən maliyyələşmə modelinin tətbiqi olunmağa başlayır.

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu “Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulunun başlaması” prosesi ilə bağlı jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

“Növbəti ayda Nazirlər Kabinetinin müvafiq qərarı hazırlandı və təsdiq olundu. Ondan keçən qısa müddət ərzində Elm və Təhsil Nazirliyinin işçi qrupu yaradıldı. İşçi qrup müsabiqənin şərtlər toplusunu hazırladı və bugün artıq elan verilib.

Sənədlərin qəbulu 20 avqust tarixi daxil olmaqla davam edəcək. Bu müddət ərzində biz özəl müəssisələrin arasından qalibləri seçəcəyik. Hələ ki bu mərhələdə valideynlər prosesə qoşulmur. Biz "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyətinə icazə verilmiş özəl təhsil müəssisələrinin seçimini aparacağıq.

Elanda gösterilib ki, onlar hansı sənədləri göstərilən portala yükləməlidirlər. Şərtlər toplusunda onların layihələrinə verilən tələblər, layihənin qiymətləndirilməsi üçün meyarlar və her meyarın bal ağırlığı hamısı qeyd edilib. 15 gün ərzində bu sənədlər qəbul ediləcək və biz sizin vasitənizlə bütün məktəbəqədər təhsil lisenziyası olan özəl təhsil müəssisələrinə müraciət edərək onları müsabiqədə iştirak etməyə dəvət edirik. Neçə nəfər çox müəssisə bu müsabiqədə iştirak etsə, bir o qədər en yaxşı namizədləri seçə biləcəyik.

Müsabiqə qalibləri elan olunduqdan sonra Nazirliyin elektron informasiya vasitələrində qaliblərin siyahısı çıxacaq və bu mərhələdə artıq valideynlər özlərinə uyğun müəssisəni seçə biləcəklər.

Bir daha xatırladırıq ki, bu maliyyələşmə modelində təhsil haqqının 70%-ni Bakı şəhərində 350 manatdan çox, regionlarda isə 250 manatdan çox olmamaq şərti ilə dövlət büdcəsi ödəyir. Yerdə qalan faiz isə valideyn tərəfindən ödənilir.

Çox verilən suallardan biri də müəssisənin təhsil haqqının yüksək olması ilə bağlıdır. Belə hallarda necə davranılacağı da maraq doğurur. Qiymətləndirmə meyarlarında maliyyə səmərəliliyinə xüsusi yer ayrılıb. Belə ki, 100 ballıq sistemdə bu meyar 50 balla qiymətləndirilir. Məhz bu mərhələdə özəl müəssisənin standart xidmətləri hansı məbləğ müqabilində təqdim etdiyi nəzərə alınacaq. Bu səbəbdən yüksək təhsil haqqı müəyyən edən müəssisələrin müsabiqədə qalib gəlmək şansı daha aşağı olacaq.

Valideynləri də aktiv olmağa çağırırıq ki, elanları izləsinlər və onların seçiminə uyğun müəssisəni seçsinlər. Bir də bu anonsu vermək istəyirik ki, cari ildə bu maliyyələşmə modeli çərçivəsində 8000 uşağın təhsilini əhatə etmək nəzərdə tutulur”.

Oxşar xəbərlər

Bütün xəbərlər