Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib

Dövlət İmtahan Mərkəzinin təşəbbüsü və Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə iyunun 3-də Sumqayıt şəhəri 7 nömrəli tam orta məktəbdə 200-dən çox xarici dil müəllimi ilə 2027-ci ildə xarici dil fənləri üzrə tətbiq olunacaq imtahan modeli ilə bağlı maarifləndirici görüş keçirilib.

DİM-dən AzEdu.az-a bildirilib ki,tədbirdə çıxış edən məktəbin direktoru Nuranə Hümbətbəyova iştirakçıları salamlayaraq bu cür görüşlərin müəllimlərin yeni qiymətləndirmə yanaşmaları ilə yaxından tanış olması baxımından əhəmiyyətini vurğulayıb. O, xarici dil fənləri üzrə tətbiq edilən yeniliklərin tədris prosesinə müsbət təsir göstərəcəyini və müəllimlər üçün metodik baxımdan faydalı olacağını qeyd edib.

Görüşdə Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər şöbəsinin müdiri Könül Hacıyeva xarici dil fənləri üzrə qiymətləndirmə sistemində aparılan dəyişikliklər, yeni imtahan modelinin əsas xüsusiyyətləri, tətbiq edilən yanaşmalar və ölçmə meyarları barədə ətraflı məlumat verib. Bildirilib ki, yenilənmiş imtahan modelinin əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, kommunikativ və praktik kontekstdə qiymətləndirməkdir.

Tədbirdə xüsusi olaraq yeni modeldə nəzərdə tutulan yazı tapşırığına diqqət yetirilib və qeyd olunub ki, bu tapşırıq şagirdlərin fikirlərini ardıcıl və məntiqi şəkildə ifadə etmək, mövzuya uyğun mətn qurmaq, lüğət və qrammatik vasitələrdən düzgün istifadə etmək bacarıqlarının daha obyektiv qiymətləndirilməsinə imkan verəcək. Eyni zamanda bu yenilik tədris prosesində yazı bacarıqlarının inkişafına daha sistemli yanaşmanı zəruri edir.

Görüş zamanı Abşeron-Xızı iqtisadi rayonu üzrə xarici dil fənnindən 2024–2025 və 2025–2026-cı tədris illərinə aid statistik göstəricilər də iştirakçıların diqqətinə çatdırılıb. Nəticələr ölkə üzrə orta statistik göstəricilərlə müqayisəli şəkildə təhlil edilərək müəllimlərin diqqətinə çatdırılıb. Müqayisə zamanı Abşeron-Xızı iqtisadi rayonu üzrə bəzi istiqamətlərdə müsbət dinamikanın müşahidə olunduğu, bəzi tapşırıq növləri üzrə isə əlavə metodik işə ehtiyac olduğu vurğulanıb. Xüsusilə açıq-yazılı tapşırıqların nəticələri yeni imtahan modelinə hazırlıq baxımından müəllimlərin bu sahəyə daha çox diqqət ayırmasının vacibliyini göstərir.

Daha sonra DİM-in fənn kuratorları Murad Muradov alman dili, Fatma Ağayeva fransız dili, Gülayə Cavadova ingilis dili, Xalidə Babaşova isə rus dili üzrə yeni imtahan modelində nəzərdə tutulan dəyişiklikləri iştirakçılara ətraflı izah edərək, 100 sözdən ibarət yazılı tapşırığın mahiyyətini, qiymətləndirmə meyarlarını və nümunə cavabları iştirakçılara təqdim ediblər.

Seminar zamanı müəllimlərlə praktiki müzakirələr aparılıb, yazı tapşırığının qiymətləndirilməsi ilə bağlı metodiki tövsiyələr verilib. Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb, yeni imtahan modeli ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər