Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda aparılan tədqiqatlar nəticəsində əmək bazarının İKT profilli mütəxəssislərə tələbi öyrənilib, ali təhsil proqramlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.

İnstitutdan Aztəhsil.az-a bildirilib ki, aparılan təhlillər əsasında son illərdə bir sıra ixtisaslar yenilənib, proqram mühəndisliyi, kompüter mühəndisliyi, data analitikası, kibertəhlükəsizlik və digər yeni ixtisaslar tədris proqramlarına daxil edilib. Mütəxəssislərin fikrincə, rəqəmsallaşmanın sürətlənməsi bəzi ənənəvi ixtisasların aktuallığını azaltmaqla yanaşı, yeni peşələrin yaranmasına səbəb olur. Bu isə innovativ düşüncəli və yüksəkixtisaslı kadrların hazırlanmasını zəruri edir. Buna görə də ali təhsil proqramlarının məzmunu mütəmadi yenilənməli, beynəlxalq təcrübə və əmək bazarının tələbləri nəzərə alınmalıdır.

Tədqiqatçılar qeyd edirlər ki, rəqəmsal transformasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində qarşıya qoyulan strateji hədəflərin icrası İKT üzrə peşəkar kadr hazırlığından birbaşa asılıdır. Bu baxımdan əmək bazarının mütəmadi monitorinqi və təhlili mühüm əhəmiyyət daşıyır.

Rəqəmsallaşma bütün sahələri əhatə etdiyindən səhiyyədə də yeni ixtisaslara ehtiyac yaranıb. Xüsusilə rəqəmsal tibb və elektron səhiyyə sistemlərinin inkişafı tibbi informatika üzrə mütəxəssislərə tələbatı artırıb. Eyni zamanda, İKT və süni intellekt texnologiyalarının geniş tətbiqi kibercinayətkarlıq risklərini artırdığından informasiya hüququ, rəqəmsal kriminalistika və kibertəhlükəsizlik kimi ixtisaslar daha da aktuallaşır.

Mütəxəssislər hesab edirlər ki, rəqəmsal bacarıqların inkişafı üçün fasiləsiz təhsil, ixtisasartırma və yenidən hazırlıq proqramlarının genişləndirilməsi vacibdir. Onların sözlərinə görə, dövlət səviyyəsində həyata keçirilən təşəbbüslər, o cümlədən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” ölkədə kadr potensialının gücləndirilməsinə mühüm töhfə verir.

Oxşar xəbərlər

Bütün xəbərlər