Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Vyanada ADA Universiteti məzunlarının ikinci forumu keçirilib - FOTO

Vyanada ADA Universiteti məzunlarının ikinci forumu keçirilib - FOTO

Noyabrın 11-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ADA Universitetinin məzunlarının ikinci forumu keçirilib.

tehsilmedia.info AzərTAC-a istinadən xəbər verir ki, ADA Universiteti və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, ölkəmizin Avstriyadakı səfirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Tələbələr və Məzunlar Platformasının (ASAP) dəstəyi ilə keçirilən tədbirdə ADA Universitetinin Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və əcnəbi məzunları, diplomatik korpusun nümayəndələri və elmi-akademik dairələrin təmsilçiləri iştirak ediblər. Foruma ADA Universitetinin dünyanın 30-a yaxın ölkəsindən 100-dən artıq məzunu qatılıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış edərək elmi və mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb, mədəniyyət diplomatiyasının mədəniyyətlərarası dialoq, rəğbət və dözümlülük istiqamətində töhfələrini diqqətə çatdırıb.

Sonra Azərbaycanın Avstriyadakı səfirliyinin müşaviri Azad Aslanov, Gənclər Fondunun Icraçı direktoru Qədir Xəlilov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin əməkdaşı Teymur Süleymanzadə, ASAP-ın Macarıstan üzrə nümayəndəsi Günay Bayramova çıxış ediblər.

Avstriyanın Azərbaycandakı sabiq səfiri Marius Kalliqaris (2006-2009-cu illər) ölkəmizin beynəlxalq diplomatiyada mövqeyinə, şəxsi təcrübəsi və müşahidələri əsasında regionda gedən proseslərə dair fikirlərini bölüşüb, məzunları maraqlandıran sualları cavablandırıb.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin təqdimatında bu ali təhsil ocağının regional və beynəlxalq əməkdaşlıq əlaqələrindən, bu münasibətlərin genişləndirilməsində məzunların rolundan və onların Azərbaycanla digər ölkələr arasında əlaqələrin inkişafına verə biləcəkləri töhfədən bəhs edilib.

Çıxışlardan sonra “ADA Universitetinin gələcək strategiyası və məzunların rolu” mövzusunu qrup müzakirələri keçirilib və əvvəlcədən müəyyən edilmiş mövzular üzrə yaradılan qruplar öz müzakirə nəticələrini təqdim edib, gələcək inkişafla bağlı təkliflərini səsləndiriblər.

Bədii hissədə Avstriyada təhsil alan gənc azərbaycanlı musiqiçilər Tamilla Sadıqbəyli (fortepiano) və Günel Şirinova (soprano) Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Vyanada ADA Universiteti məzunlarının ikinci forumu keçirilib - FOTO

Vyanada ADA Universiteti məzunlarının ikinci forumu keçirilib - FOTO

Vyanada ADA Universiteti məzunlarının ikinci forumu keçirilib - FOTO

Vyanada ADA Universiteti məzunlarının ikinci forumu keçirilib - FOTO

Vyanada ADA Universiteti məzunlarının ikinci forumu keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər