Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Vyanada görkəmli kinorejissor Rasim Ocaqovun xatirəsinə bədii-musiqili tədbir keçirilib

Vyanada görkəmli kinorejissor Rasim Ocaqovun xatirəsinə bədii-musiqili tədbir keçirilib

Fevralın 1-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun 90 illik yubileyi münasibətilə bədii-musiqili axşam təşkil olunub.

Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova və rejissorun ailəsi adından nəvəsi Nərminə Həsənova çıxış ediblər.

Çıxışlarda Rasim Ocaqovun mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açılıb, onun Azərbaycan kino sənətində tutduğu önəmli yerdən bəhs edilib. Qeyd olunub ki, Azərbaycan kino sənətinə yeni nəfəs və üslub gətirən rejissorun filmoqrafiyası yeni bir mərhələni təşkil etməklə yanaşı, Azərbaycan kinosunu ölkə hüdudlarından kənarda tanınmasına da töhfə verib.

Diqqətə çatdırılıb ki, bir gün əvvəl Vyanadakı Azərbaycan icması üçün R.Ocaqovun bir sıra filmlərində rol almış tanınmış aktyorlar - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova və Xalq artisti Fəxrəddin Manafov ilə görüşdə rejissorun həyatı, yaradıcılığı geniş işıqlandırılıb, onun quruluş verdiyi filmlərin mövzu zənginliyindən və mahiyyətindən söhbət açılıb.

Sonra Xalq artistləri Ş. Məmmədova və F. Məmmədov rejissor barədə xatirələrindən danışıblar. Bildirilib ki, dahi rejissorun doğulduğu Şəkidən başlayaraq bir sıra şəhərlərdən sonra Avropa mədəniyyətinin beşiyi Vyanada yubiley mərasiminin təşkili böyük önəm daşıyır.

Daha sonra Rasim Ocaqovun filmlərinə bəstələnmiş musiqi parçaları və onun ekran əsərlərində istifadə etdiyi mahnılardan ibarət konsert proqramı təqdim olunub. Konsertdə bəstəkarlar Qara Qarayevin, Cahangir Cahangirovun, Emin Sabitoğlunun R.Ocaqovun bədii filmləri üçün bəstələdikləri melodiyalar, eləcə də müxtəlif bəstəkarların əsərləri, xalq mahnıları və rəqslər ifa edilib. Hər bir filmə aid ifa ilə yanaşı, böyük ekranda həmin filmdən fraqmentlər nümayiş olunub.

Abuzər Manafzadə (fortepiano), Elşən Qarayev (qarmon) və Beri Bedelhaminin (vokal) təqdim etdiyi parçalar tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Konsertdən sonra Rasim Ocaqovun həyat və yaradıcılığını fəaliyyətini əks etdirən videoçarxlar və fotosərgi nümayiş olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər