Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Həmrəylik Günü qeyd olunub - FOTO

Azərbaycanın Almaniyadakı səfirliyi Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təntənəli bayram tədbiri təşkil edib.

Səfirlikdən "tehsilmedia.info" a verilən məlumata görə, tədbirdə Azərbaycan, türk və digər dost ölkə icmaların üzvləri, habelə alman ictimaiyyətinin nümayəndələri, ümumilikdə 400-ə yaxın qonaq iştirak edib.

Tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib. Bildirib ki, 2023-cü il Azərbaycan xalqının çoxminillik tarixinin ən şanlı illərindən olub. Belə ki, məhz bu il Azərbaycan öz ərazisində mövcud olan, xalqımıza saysız faciələr yaşadan 35 illik silahlı separatizmə son qoyaraq, öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Beləliklə, Azərbaycan İkinci Dünya müharibəsindən sonra öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş nadir dünya ölkələrdəndir.

N.Ağayev deyib: “Öz xalqının birliyinə və yüksək etimadına söykənən, hərtərəfli düşünülmüş strategiya və siyasət yürüdən, nəyi nə vaxt və necə etməyi çox yaxşı bilən müdrik bir dövlət başçısı kimi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu şanlı qələbə ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış oldu".

Səfir vurğulayıb ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası Ulu Öndər Heydər Əliyevin ən ümdə arzusu olub və xoşbəxtlikdən bu arzu məhz onun 100 illiyinin qeyd olunduğu bir ildə reallaşıb.

Tədbirdə Almaniyadakı Azərbaycan diasporunun bu il müvafiq olaraq 85 və 80 illik yubileyləri qeyd olunan tanınmış simaları, görkəmli incəsənət xadimləri İbrahim Əhrari və Məsud Pənahi Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən hazırlanmış təbrik şəhadətnamələri ilə təltif edilib.

Tədbir çərçivəsində Azərbaycanın əməkdar artisti, müğənni və kanon ifaçısı Rəşad İlyasov öz musiqi kollektivi ilə birgə musiqili-əyləncəli proqram ilə çıxış edib.

Tədbir çərçivəsində həmçinin ziyafət verilib.

Oxşar xəbərlər

Bütün xəbərlər