Xəbər lentiwidget-title-icon

Emin Əmrullayevin son zəng tələbi mübahisəsi
Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbində intellektual yarış keçirilmişdir.
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı
"Valideyn müəllimin işinə hədsiz müdaxilə edir, ona təziyiq göstərir" - Deputatın təhsil resepti
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi keçirilib
"BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb
Qabiliyyət imtahanlarının keçirilmə qrafiki AÇIQLANDI
UNEC-də “Məzun platforması” istifadəyə veriləcək
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Keçmiş məktəb direktoru tutuldu
İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir
Agentlik rəsmisi: Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb
Məktəbdə davamiyyət problemləri: Şagirdlər niyə dərs buraxır? – OECD
"Şagirdlərin çoxu universiteti oxumaq üçün deyil, tələbə olmaq üçün seçir"
Bazar günü 16 minə yaxın bakalavr imtahan verəcək
“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT
Peşə təhsilinin akkreditasiyası üçün QEYDİYYAT başlayıb
“Təhsil yoxdursa, nazirlik də ləğv edilsin, Əmrullayev isə…” – VACİB AÇIQLAMA
Dərslik yerinə süni intellekt: - "Təhsil "qəfəs"dən çıxır"
Bakı məktəblərində yeni təmayül tədris modelinə QEYDİYYAT başlayıb
Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında olublar
11 məktəbdə ilk dəfə son zəng çalınacaq
Nazir: Macarıstan universiteti Azərbaycanda filialını açmaqda maraqlıdırrn
RFO-nun humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib - FOTO

IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib - FOTO

Paytaxtımız növbəti beynəlxalq kitab bayramına ev sahibliyi edir. 2009-cu ildə əsası qoyulan Bakı Beynəlxalq Kitab Sərgisi 9-cu dəfə kitabla bağlı və kitaba bağlı olan hər kəsi – naşirləri, yazarları, kitabın çapı, yayımı ilə məşğul olan təsisatları, kitabxanaları, bu sahədə aidiyyəti dövlət qurumları, ən nəhayət, oxucuları bir araya gətirib.

Noyabrın 11-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib.
Açılış mərasimində elm adamları, səfirlər, millət vəkilləri, tanınmış mədəniyyət və ədəbiyyat nümayəndələri iştirak edirdilər.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq diqqətə çatdırdı ki, 9-cu sərgi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Ulu öndər hər zaman kitaba, kitab sənayesinin inkişafına böyük diqqət göstərib. Dahi siyasətçi oxu mədəniyyətini, nəşriyyat işinin inkişafını hər zaman öz qayğısı ilə əhatə edib.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə ədəbiyyat sahəsinə, yazarlara, kitab sənayesi, bütövlükdə nəşriyyat sahəsinin inkişafına ciddi dəstək verilir. Kağız idxalının və istehsalının ƏDV-dən azad olunması, eləcə də hər il bir sıra ölkələrdə Azərbaycanın kitab mədəniyyətinin təbliğinə şərait yaradılması bu diqqətin təzahürüdür.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Eyni zamanda mədəniyyət Qarabağımıza qayıdır. Həmin ərazilərdə kitabxanaların yaradılması istiqamətində də addımlar atılır. Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi "Qarabağa kitabla gedək!" kitabtoplama layihəsi kitab fondunun zənginləşdirilməsinə öz töhfəsini verəcək.
Nazir çıxışının sonunda bütün sərgi iştirakçılara uğurlar arzulayıb
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, millət vəkilləri, akademik Nizami Cəfərov, Fazil Mustafa, ombudsman Səbinə Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid sərginin əhəmiyyətini qeyd ediblər.
Vurğulanıb ki, kitab bəşəriyyətin və insanların həyatında çox mühüm yer tutan amillərdən biridir. Əsrlər boyu yazarlarımız, mütəfəkkirlərimiz dünya ədəbiyyatına mühüm töhfələr veriblər. Bununla da Azərbaycanı ədəbiyyat və fikir məkanı kimi dünya xəritəsinə yerləşdiriblər. Artıq 9-cu dəfə təşkil edilən sərgi həm Azərbaycan kitabının beynəlxaq aləmdə, həm də dünya kitabının Azərbaycanda təbliğinə xidmət edir.
Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov Bakı Beynəlxalq Kitab Sərgisini Cənubi Qafqazın ən böyük ədəbi tədbiri kimi dəyərləndirib:
“Bu il ilk dəfə sərgidə fəxri qonaq kimi çıxış edirik və bunun üçün Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür edirik. Təxminən 100 kvadratmetr sahəsi olan Rusiya stendinin rəflərində klassik, müasir əsərlər, bədii ədəbiyyat və s. yer alıb. Burada 30 rus nəşriyyatı təmsil olunur. Əminəm ki, Bakı Beynəlxalq Kitab Sərgisi Rusiya ilə Azərbaycan arasında mədəni-təhsil əlaqələrinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək”.
Çıxışlardan sonra nazir Adil Kərimli və qonaqlar sərgi ilə tanış oldular.
Qeyd edək ki, "Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə gerçəkləşən sərgidə “Zəfər”, “Şuşa” və “Xudafərin” adlı üç təqdimat zonası fəaliyyət göstərir.

Sərgi səhər 10:00-dan axşam 20:00-dək açıq olacaq. Ənənəvi olaraq bu dəfə də sərgi ziyarətçilərinin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin edilir. Sərgiyə giriş sərbəstdir.

Oxşar xəbərlər

Bütün xəbərlər