Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

BDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında müqavilə imzalanıb - FOTO

BDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında müqavilə imzalanıb - FOTO

Mayın 24-də Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında ikili diplom proqramı və birgə tədqiqat üzrə əməkdaşlıq müqavilələrinin imzalanması mərasimi keçirilib.

tehsilmedia.info xəbər verir ki, mərasimdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, ikili diplom proqramı hər iki universitet üçün böyük elmi nailiyyətlər və beynəlxalq əməkdaşlığın yeni dövrünün başlanğıcı olacaq. Əməkdaşlıq vasitəsilə BDU-nun tələbələri İsrailin tanınmış professor-müəllim heyəti və mütəxəssisləri ilə birbaşa çalışacaq, biliyi mənbəyində əldə edəcəklər. Sözügedən proqram tələbələrin akademik təcrübəsini artırmaqla yanaşı, mədəni mübadilə və beynəlxalq şəbəkələşmə üçün də yeni imkanlar yaradacaq.

Mərasimdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, adıçəkilən layihə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən həyata keçirilir. Dövlət Proqramının ikili diplom proqramları üzrə ikinci istiqamətinə uyğun olaraq bu illər ərzində ölkənin bir neçə ali məktəbi ilə müxtəlif ölkələrin universitetləri arasında ikili diplom proqramları imzalanıb. Həmin proqramlara əsasən indiyədək 1000-dən çox Azərbaycan vətəndaşı ölkədən ayrılmadan dünyanın ən qabaqcıl universitetlərinin diplomunu əldə edib.

Nazir qeyd edib ki, BDU və Yerusəlim İbrani Universiteti arasında imzalanan ikili diplom proqramı Azərbaycan tələbələri, cəmiyyəti, iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir. Bu proqram Azərbaycan-İsrail münasibətlərini daha da irəli aparacaq və hər iki universitet üçün uğurlu olacaq.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov öz növbəsində məlumat verib ki, layihə 3 istiqamətdən ibarətdir. Birinci istiqamət ikili diplom üzrə magistr proqramını əhatə edir. İkinci istiqamətdə hər iki universitetin gənc tədqiqatçı və tələbələrinin iştirakı ilə birgə tədqiqatların aparılması əks olunur. Proqram çərçivəsində 5 il müddətində 10 layihə həyata keçiriləcək və hər bir layihə 4 il davam edəcək. Layihənin üçüncü istiqaməti isə biotexnologiya sahəsində doktorantura təhsili ilə bağlıdır.

Yerusəlim İbrani Universitetinin beynəlxalq məsələlər üzrə vitse-prezidenti, professor Oron Şaqrir isə vurğulayıb ki, layihə hər iki universitetin tələbələrinə birgə tədqiqat aparmaq və beynəlxalq təcrübə qazanmaq imkanı verəcək.

Mərasimdə çıxış edən Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev isə proqramın iki xalqın müttəfiqlik münasibətlərini daha da gücləndirəcəyini bildirib.

Sonra universitetlər arasında ikili diplom proqramı və birgə tədqiqat üzrə əməkdaşlıq müqavilələri imzalanıb.

İmzalanma mərasimindən sonra Bakı Dövlət Universitetində Heydər Əliyev muzeyi və lektoriyasının əsaslı yenidənqurmadan sonra açılış mərasimləri keçirilib.

BDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında müqavilə imzalanıb - FOTO

BDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında müqavilə imzalanıb - FOTO

BDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında müqavilə imzalanıb - FOTO

BDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında müqavilə imzalanıb - FOTO

BDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında müqavilə imzalanıb - FOTO

BDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında müqavilə imzalanıb - FOTO

BDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında müqavilə imzalanıb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər