Xəbər lentiwidget-title-icon

QS reytinqləri, universitetlərimiz və quru rəqəmlər
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
Qabiliyyət imtahanlarına elektron qeydiyyat başlayır
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb

QS reytinqləri, universitetlərimiz və quru rəqəmlər



Reytinq uğuru, yoxsa sistem keyfiyyəti?

Hər il dünyanın aparıcı universitet reytinqlərindən olan QS reytinq agentliyinin nəticələri açıqlananda bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda da müzakirələr başlayır. Biz son 18 ildə bu mövzuda onlarla məqalə yazmışıq. Bu mövzuda ilk məqalələri 2008-də yazmışıq, inda TN hələ belə reytinqlərin mövcudluğunu bilmirdi. Təəssüf ki, təhsil məmurları inkişaf əvəzinə, uğursuzluqlarını və səriştəsizliklərini müxtəlif yollarla PR kompaniyasına çevirməyə cəhd edirlər. Menecerlər inkişaf etmək əvəzinə, yenə də sönük fəaliyyətlərini quru rəqəmlərlər ört basdır etməyə cəhdlər edirlər. Yaxşı olar ki, onlar əvvəlcə, baş nazirin bizim diplomların tanınmaması barədə fikrinə cavab versinlər.
Universitetlərin reytinqdə irəliləməsi adətən uğur kimi təqdim edilir, media və rəsmi qurumlar tərəfindən xüsusi vurğulanır. Bu il də istisna olmadı. Nəticələr açıqlandıqdan sonra ali təhsil sahəsində əldə edilən nailiyyətlər haqqında məlumatlar yayıldı. Amma ETN-nin primitiv PR kompaniyası daha insanlara çox da inandırıcı görünmür.
Universitetlərin beynəlxalq reytinqlərdə irəliləməsi həqiqətən ali təhsilin keyfiyyətinin yüksəlməsi deməkdirmi? Bu suala cavab vermək üçün reytinqlərin mahiyyətini və universitetlərin real vəziyyətini birlikdə təhlil etmək lazımdır.Reytinq nəyi ölçür, nəyi ölçmür?

QS reytinqi dünyada ən tanınmış reytinq sistemlərindən biridir. Lakin o, universitetlərin bütün fəaliyyətini ölçmür. QS əsasən akademik reputasiya, işəgötürən reputasiyası, müəllim-tələbə nisbəti, elmi istinadlar, beynəlxalq müəllimlərin sayı, beynəlxalq tələbələrin sayı kimi göstəricilərə əsaslanır.
Bu göstəricilər vacib olsa da, onlar universitet həyatının yalnız müəyyən hissəsini əhatə edir. Məsələn, QS reytinqi məzunların real bacarıqlarını, tədrisin keyfiyyətini, tələbələrin öyrənmə nəticələrini, innovasiya mədəniyyətini, universitetin iqtisadiyyata təsirini birbaşa ölçmür. Bu səbəbdən yüksək reytinq həmişə yüksək keyfiyyət anlamına gəlmir.

Diplomun tanınması problem. Ali təhsilin keyfiyyətini qiymətləndirərkən ən vacib göstəricilərdən biri məzun diplomlarının beynəlxalq tanınmasıdır. Əgər universitet yüksək reytinqə malikdirsə, beynəlxalq standartlara uyğundursa, keyfiyyət təminatı sistemi qurubsa, onun diplomları müxtəlif ölkələrdə daha rahat tanınmalıdır. Azərbaycan universitetlərinin bir hissəsi bu istiqamətdə müəyyən nailiyyətlər əldə etsə də, ümumi mənzərədə diplomların beynəlxalq tanınması məsələsi hələ də tam həll olunmamış problemlərdən biridir. Bu fakt universitetlərin qlobal inteqrasiyası ilə bağlı suallar doğurur.Keyfiyyət təminatı sistemi olmadan keyfiyyət mümkündürmü? Müasir ali təhsil sistemində ən vacib anlayışlardan biri “Keyfiyyət Təminatı Sistemi”dir. Avropa ali təhsil məkanında universitetlərin fəaliyyətinin əsas dayaqlarından biri məhz budur. Keyfiyyət təminatı sistemi proqramların monitorinqi, tələbə nəticələrinin qiymətləndirilməsi, akademik standartların qorunması, davamlı təkmilləşdirmə mexanizmlərini özündə birləşdirir. Əgər universitetlərdə bu sistem tam formalaşmayıbsa, o zaman yüksək reytinqlərin nə dərəcədə davamlı və etibarlı olması barədə suallar yaranır. Çünki keyfiyyət birdəfəlik nəticə deyil, davamlı idarəetmə prosesidir.

Rəqəmsal universitet problemiCOVID-19 pandemiyası göstərdi ki, XXI əsrin universiteti yalnız auditoriyalardan ibarət ola bilməz. Müasir universitet LMS sistemlərinə, rəqəmsal kampusa, onlayn təhsil platformalarına, məlumat əsaslı idarəetməyə malik olmalıdır. Bu gün dünyanın aparıcı universitetləri “Rəqəmsal universitet” mərhələsinə keçiblər. Bəzi universitetlər isə artıq “AI University” modelini tətbiq etməyə başlayırlar. Əgər universitet distant təhsil imkanlarına malik deyilsə, rəqəmsal transformasiyanı başa çatdırmayıbsa, məlumat infrastrukturu zəifdirsə, onun gələcək rəqabət qabiliyyəti ciddi risk altına düşür.
Universitet 1.0 ilə Universitet 4.0 arasındakı fərq. Müasir ali təhsil nəzəriyyəsində universitetlərin inkişaf səviyyəsi müxtəlif modellərlə xarakterizə olunur: Universitet 1.0, yalnız tədris funksiyası, Universitet 2.0, tədris və elm funksiyası, Universitet 3.0, tədris, elm və sahibkarlıq funksiyası, Universitet 4.0, innovasiya ekosistemi və cəmiyyətlə inteqrasiya funksiyası daşıyır. Bu gün dünyanın aparıcı ali məktəbləri artıq sahibkar universitet, innovativ universitet, platforma universitet modelləri istiqamətində inkişaf edirlər. Bəs Azərbaycan universitetlərinin neçəsi bu transformasiya mərhələsinə daxil ola bilib?

Reytinq məqsəd deyil, nəticədirAli təhsil siyasətində ən böyük səhvlərdən biri reytinqi məqsədə çevirməkdir. Əslində reytinq inkişafın nəticəsi olmalıdır. Əgər universitetdə güclü elmi məktəblər varsa, innovasiya ekosistemi formalaşıbsa, beynəlxalq əməkdaşlıq inkişaf edibsə, məzunlar əmək bazarında uğurludursa, reytinq özü gələcək. Reytinq uğrunda işləmək ilə universiteti inkişaf etdirmək arasında ciddi fərq mövcuddur. Birincisi göstəriciləri yaxşılaşdırmağa çalışır, ikincisi isə sistemi dəyişdirir.
QS reytinqi və kommersiya məsələsi. QS özəl və kommersiya əsaslı fəaliyyət göstərən beynəlxalq təşkilatdır. Bu qurum reytinq hazırlayır, analitik hesabatlar təqdim edir, universitetlərə məsləhət xidmətləri göstərir. Bu, beynəlxalq ali təhsil bazarında normal praktikadır. Lakin universitetlər üçün əsas məsələ reytinq şirkətlərinin tövsiyələrini yerinə yetirmək deyil, öz inkişaf strategiyalarını qurmaq olmalıdır. Çünki, heç bir reytinq sistemi universiteti dünya səviyyəsinə qaldıra bilməz. Bunu yalnız universitetin öz daxili potensialı edə bilər.Əsl indikatorlar hansılardır?

Universitetlərin uğuru məzunların məşğulluğu, patentlərin sayı, startapların sayı, elmi məhsuldarlıq, beynəlxalq qrantlar, texnologiya transferi, sənaye əməkdaşlığı, xarici tələbələrin cəlbi, qlobal əmək bazarında tanınma kimi göstəricilərlə ölçülməlidir. Məhz bu göstəricilər universitetlərin iqtisadi və sosial təsirini müəyyən edir. QS reytinqində müəyyən irəliləyişlərin əldə olunması müsbət hadisə hesab edilə bilər. Lakin ali təhsilin real vəziyyətini yalnız reytinq cədvəlləri ilə qiymətləndirmək doğru olmaz.
Əsas məsələ universitetlərin hansı pillədə qərarlaşması deyil, onların hansı inkişaf modelinə malik olmasıdır. Əgər universitetlərdə keyfiyyət təminatı sistemi zəifdirsə, rəqəmsal transformasiya tamamlanmayıbsa, innovasiya ekosistemi formalaşmayıbsa və beynəlxalq rəqabət qabiliyyəti məhduddursa, reytinq göstəriciləri sistem problemlərini gizlədə bilməz.

Universitetlərin gələcəyi PR kampaniyaları ilə deyil, akademik keyfiyyət, elmi məhsuldarlıq, rəqəmsal transformasiya, innovasiya və insan kapitalına əsaslanan uzunmüddətli strategiyalarla müəyyən olunur.

Ali təhsildə əsas sual “Reytinqdə neçə pillə qalxdıq?” deyil, “Universitetlərimiz gələcəyin iqtisadiyyatını formalaşdırmağa nə dərəcədə hazırdır?” sualı olmalıdır.

Dosent İlham Əhmədov

Oxşar xəbərlər


Bütün xəbərlər

QS reytinqləri, universitetlərimiz və quru rəqəmlər
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
Qabiliyyət imtahanlarına elektron qeydiyyat başlayır
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları