Diqqət: 17 iyun sertifikasiya sualları
17 iyun sertifikasiya suallarını müəllimlərin yadında qalanlar əsasında hazırlayıb sizlərə təqdim edirik.
1. Dərs zamanı şagird davamlı olaraq səs salır, müəllimin sözünü kəsir və müxtəlif hərəkətlərlə bütün diqqəti özünə çəkməyə çalışır. Sinifin idarəolunması və effektiv öyrənmə mühitinin təşkili baxımından müəllimin hansı addımı atması daha məqsədəuyğundur?
A) Şagirdin bu davranışını görməzdən gələrək dərsi davam etdirmək və onun aktivliyinin öz-özünə azalmasını gözləmək
B) Valideynlə əlaqə saxlayıb məktəbə çağırmaq və şagirdin intizam qaydalarına əməl etməsini birbaşa ondan tələb etmək
C) Dərsdən sonra şagirdlə təkbətək söhbət edərək bu davranışın kökündə duran real səbəbi müəyyənləşdirmək və birlikdə həll yolu tapmaq
D)Şagirdi dərsin gedişatını pozduğu və intizamsızlıq etdiyi üçün dərhal sinifdən çıxararaq məktəb rəhbərliyinin yanına göndərmək
E) Şagirdin diqqətini dərsə cəlb etmək və enerjisini müsbətə yönəltmək məqsədilə ona dərhal sinifdə xüsusi bir təşkilati vəzifə (məsələn, müəllim köməkçisi) vermək
2. Şagirdlər mətni oxuyurlar, bilmədikləri sözlərin mənasını lüğətdən araşdırırlar və daha sonra həmin sözlərin mətndə hansı mənada işləndiyini öz sözləri ilə şərh edirlər. Bu fəaliyyət idrak taksonomiyasının hansı mərhələsinə aiddir?
A) Xatırlamaq
B) Anlamaq
C) Tətbiq etmək
D) Təhlil etmək
E) Dəyərləndirmək
3. Şagirdlər mətni oxuyurlar, bilmədikləri sözlərin mənasını lüğətdən araşdırırlar və daha sonra həmin sözləri fərqli situasiyalara uyğun yeni cümlələrdə işlədirlər. Bu fəaliyyət idrak taksonomiyasının hansı mərhələsinə aiddir?
A) Anlamaq
B) Təhlil etmək
C) Dəyərləndirmək
D) Yaratmaq
E) Tətbiq etmək
4. Azərbaycan dili dərsində şagirdlər mətni oxuyarkən oradakı təşbeh və metaforların (bədii təsvir vasitələrinin) işlənmə məqamlarını təhlil edirlər. Bu fəaliyyətdə hansı inteqrasiya növü reallaşır?
A) Yalnız Fəndaxili
B) Yalnız Fənlərarası
C) Fənlərarası və Fənnüstü
D) Yalnız Fənnüstü
E) Fəndaxili və Fənnüstü
5. Azərbaycan dili dərsində şagirdlər verilmiş mətni oxuyur, mətndəki köməkçi nitq hissələrini növlərinə görə qruplaşdırır və eyni zamanda mətndə işlənmiş təşbeh və metaforları təhlil edirlər. Bu prosesdə kurikulumun hansı inteqrasiya növləri reallaşır?
A) Yalnız Fəndaxili
B) Yalnız Fənlərarası
C) Fənlərarası və Fənnüstü
D) Yalnız Fənnüstü
E) Fəndaxili və Fənlərarası
6. Müəllim şagirdlərə "Xurşidbanu Natəvan" əsərindən bir epizod təqdim edir: Natəvanın xalqın rifahı naminə mülkündən və şəxsi xoşbəxtliyindən imtina etməsi. Müəllim şagirdlərdən tələb edir ki, bu addımın mənəvi baxımdan "böyük fədakarlıq", yoxsa rasional baxımdan "strateji bir gediş" olduğunu müəyyənləşdirmək üçün, obrazın dialoqlarındakı tarixi faktlar ilə müəllifin subyektiv mühakimələrinə bir-birindən ayırsınlar və bu qərarın arxasında duran daxili ziddiyyətləri üzə çıxarsınlar. Müəllimin reallaşdırdığı tapşırıq idrak taksonomiyasının hansı mərhələsinə aiddir?
A) Anlamaq
B) Təhlil etmək
C) Dəyərləndirmək
D) Tətbiq etmək
E) Yaratmaq
7. Müəllim "Xurşidbanu Natəvan" dramındakı Natəvan və Şahniz xanım obrazlarının cəmiyyətə, idarəetməyə və islahatlara baxış sistemini lövhədə qarşı-qarşıya qoyur. Şagirdlərə tapşırılır ki, hər iki obrazın fəaliyyət proqramını humanizm, iqtisadi səmərəlilik və xalqın maraqları meyarlarına əsasən qarşılaşdıraraq, dövrün tərəqqisi baxımından hansı modelin daha üstün və doğru olduğunu müdafiə etsinlər. Bu tapşırıq idrak taksonomiyasının hansı mərhələsinin formalaşdırılmasına yönəlmişdir?
A) Anlamaq
B) Təhlil etmək
C) Dəyərləndirmək
D) Tətbiq etmək
E) Yaratmaq
8. Aşağıdakılardan hansı diaqnostik qiymətləndirməyə aid deyil?
A) Tədris ilinin, yarımilin və ya bölmənin əvvəlində keçirilməsi
B) Şagirdlərin mövcud bilik və bacarıq səviyyəsini müəyyənləşdirmək
C) Tədris prosesi boyu şagirdin fəaliyyətini mütəmadi olaraq izləmək və inkişafını qeyd etmək
D) Təlim strategiyalarının və dərslərin planlaşdırılmasını təmin etmək
E) Şagirdlərin fərdi xüsusiyyətlərini və öyrənmə ehtiyaclarını aşkar etmək
9. Müəllim dərsin reallaşdırılması mərhələsində şagirdlərə öyrənilən mövzu ilə bağlı müstəqil iş tapşırığı verir. Tapşırığın icrası zamanı müşahidə aparan müəllim müəyyən edir ki, sinfin çox az hissəsi tapşırığı doğru yerinə yetirib, əksər şagirdlər isə eyni tipli ciddi səhvlərə yol veriblər. Səmərəli dərs planlaşdırılması prinsiplərinə əsasən, müəllimin növbəti addımı necə olmalıdır?
A) Sinfin əksəriyyətinin çətinlik çəkdiyini nəzərə alıb, cari dərsin təlim nəticəsini daha sadə bir məqsədlə əvəz etmək.
B) Tapşırığı doğru yazan azsaylı şagirdlərin cavablarını sinifdə müzakirə etmək və illik plandan geri qalmamaq üçün növbəti fəaliyyətə keçmək.
C) Diferensial təlimi təmin etmək üçün tapşırığı yazanlara daha mürəkkəb, yazmayan əksəriyyətə isə dərhal səviyyələrinə uyğun sadələşdirilmiş tapşırıqlar vermək.
D) Dərsin gedişatını çevik şəkildə dəyişmək, çətinlik yaradan məqamı fərqli üsulla yenidən izah etmək və müvəqqəti dəstək tətbiq etmək.
E) Səhv edən hər bir şagirdə fərdi şəkildə gələcəyəyönümlü konstruktiv rəy verməklə dərsi yekunlaşdırmaq.
10. Tənqidi təfəkkürlə bağlı "Uyğunluğu müəyyənləşdirin"
Doğru
1. İnformasiyanı qəbul edərkən və ya hər hansı məsələni təhlil edərkən subyektiv mülahizələri obyektiv sübutlardan ayıra bilmək.
2Qarşı tərəfin arqumentlərindəki zəif nöqtələri və boşluqları tapmaq, hər bir fikrə şübhə ilə yanaşaraq onun qüsurlarını üzə çıxarmağa çalışmaq.
Yanlış
3Qarşıya çıxan çətin bir problemin həllində mövcud standartlardan kənara çıxaraq fərqli alternativ ideyalar irəli sürmək.
4.İnsanın öz düşüncə fəaliyyətinə kənardan baxa bilməsi, qəbul etdiyi qərarlardakı şəxsi qərəzliliyi, xətaları və stereotipləri müəyyən edib qiymətləndirməsi. |
A) 1, 2
B) 1, 3
C) 2, 4
D) 3, 4
E)1, 4
11.Müəllim ədəbiyyat dərsində şagirdlərə oxuduqları əsərin əsas ideyası ilə bağlı müzakirə sualı ünvanlayır. Şagirdlərin mövzu haqqında təsəvvürlərinin olduğunu, mövzunu anladıqlarını müşahidə etsə də, onların böyük əksəriyyəti öz fikirlərini şifahi şəkildə ifade etməkdə, cümlə qurmaqda və mülahizələrini əsaslandırmaqda ciddi çətinlik çəkir. Müəllimin atacağı ən effektiv addım hansıdır?
A) Müəllim mövzunu özü geniş şəkildə izah etməli, şagirdlərdən isə sadəcə olaraq deyilənləri dəftərlərinə qeyd etmələrini tələb etməlidir.
B) Müəllim şagirdlərə fərdi qaydada yanaşmalı, danışmaqda çətinlik çəkən şagirdləri ayağa qaldıraraq fikirlərini tam ifadə edənə qədər onları gözləməlidir.
C) Müəllim sinifdə interaktiv üsullardan istifadə etməli, şagirdlərə əvvəlcə fikirlərini qeyd etmək, daha sonra yoldaşı ilə bölüşmək imkanı yaradaraq tədricən auditoriya qarşısında danışmağa hazırlamalıdır.
D) Fikrini ifade edə bilməyən şagirdlərin valideynləri ilə əlaqə saxlayıb, evdə uşaqlarla daha çox nitq üzərində işləmələrini tapşırmalıdır.
E) Müəllim bu situasiyanı görməzdən gəlməli, dərsin proqramından geri qalmamaq üçün yalnız sinfin ən fəal və yaxşı danışan 2-3 şagirdi ilə dərsi davam etdirməlidir.
Düzgün Cavablar
Sual 1: C
Sual 2: B
Sual 3: E
Sual 4: B
Sual 5: A
Sual 6: B
Sual 7: C
Sual 8: C
Sual 9: D
Sual 10: B
Sual 11: C
Məmmədova Sevinc Rövşən qızı
Əlaqə: 051 771 70 72



























